Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 206

101

تِلْكَ ٱلْقُرَىٰ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآئِهَا ۚ وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ بِمَا كَذَّبُوا۟ مِن قَبْلُ ۚ كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلْكَٰفِرِينَ

(Ya Rəsulum!) O məmləkətlərin bə’zi xəbərlərini (əhvalatlarını) sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (mö’cüzələr) gətirmişdilər. (Həmin məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (mö’cüzələrə, dəlillərə) yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər.

Ey Peyğəmbər! Misal çəkdiyimiz diyar, Nuh, Hud, Saleh, Lut və Şueyb qövmünün diyarıdır ki, Biz on­ların xəbərlərindən - elçiləri yalan hesab edib, onlara qarşı inadkarlıq etmələrindən və bu üzdən onları həlaka düçar etdiyimizin bəzisini sənə söy­ləyirik ki, qoy başqaları üçün bir ibrət və öyüd-nəsihət olsun. Artıq o diyarın əhlinə elçiləri onlara özlərinin həqiqətən də Allah tərəfindən göndərilən elçilər olduğuna dəlalət edən açıq-aydın dəlillər gə­tir­dilər. Amma elçilər onlara gəldikdə isə iman gə­tir­mədilər. Halbuki Allah onların iman gətirməyəcəyini əzəldən bilirdi. Allah elçiləri yalan hesab edən o diyar əhlinin qəlblərini möhürlədiyi kimi, Muhəmmədə - sallallahu aleyhi və səlləm - iman gətirməyənlərin də gəlblərini eləcə möhürləyər və onlar əsla imana yönələ bilməzlər.

Al-A'raaf 7:101Listen in Qur'an →
102

وَمَا وَجَدْنَا لِأَكْثَرِهِم مِّنْ عَهْدٍۢ ۖ وَإِن وَجَدْنَآ أَكْثَرَهُمْ لَفَٰسِقِينَ

Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini (Allahın itaətindən çıxmış, Onun əmrlərini pozmuş) günahkar kəslər gördük.

Biz özlərinə elçilər göndərilən ümmətlərin əksəriyyətini Allahın onlara nəsihət etdiyinə vəfalı olan və Onun əmrlərini yerinə yetirən görmədik. On­ların ço­xu­­nu Allahın itaətindən uzaq olan kimsələr gördük.

Al-A'raaf 7:102Listen in Qur'an →
103

ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِم مُّوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَظَلَمُوا۟ بِهَا ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُفْسِدِينَ

Onlardan sonra Musanı mö’cüzələrimizlə Fir’ona və onun ə’yanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin mö’cüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu!

Biz o elçilərdən sonra Musa­nın - aleyhissəlam - həqiqətən də, Allah tərəfindən göndərilən elçi olduğuna dəlalət edən açıq-aşkar dəlillərimiz və möcü­zələrimizlə onu Firon və onun qövmünə elçi göndər­dik. Amma on­lar bu dəlillərdən üz çevirib, küfr et­di­lər. Ey Peyğəmbər! Sən, Firon və onun qövmünün aqibətinin necə olduğuna fikir ver. Allah onları suda qərq etdi, onları dünya və axirətdə lənətə düçar etdi.

Al-A'raaf 7:103Listen in Qur'an →
104

وَقَالَ مُوسَىٰ يَٰفِرْعَوْنُ إِنِّى رَسُولٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

Musa dedi: “Ey Fir’on! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!

Allah Musanı - aleyhissəlam - Firon yanına göndərdiyi zaman o, Firona gələrək dedi: "Ey Firon! Həqi­qə­tən, mən bütün məxluqatın Xaliqinin, onların Hökmdarının və işlərini idarə edənin tə­rə­findən göndərilmiş bir el­çi­yəm".

Al-A'raaf 7:104Listen in Qur'an →
105

حَقِيقٌ عَلَىٰٓ أَن لَّآ أَقُولَ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ ۚ قَدْ جِئْتُكُم بِبَيِّنَةٍۢ مِّن رَّبِّكُمْ فَأَرْسِلْ مَعِىَ بَنِىٓ إِسْرَٰٓءِيلَ

Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (mö’cüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə bərabər (babalarının vətəni olan Şama) göndər!”

Musa - aleyhissəlam - dedi: "Allah məni sizə elçi göndərdiyi təqdirdə mənim üzərimə düşən borcum, sizə Onun ba­rəsində yalnız həqi­qə­ti de­məkdir. Mən si­zə, mənim doğru olduğuma və mənim həqiqətən də, Rəb­bim tərəfindən göndərilən bir elçi olduğuma dəlalət edən açıq-aydın dəlillər gə­tir­mi­şəm. Elə isə əsarətdə saxladığın İsrail oğullarını mə­­nim­lə getməsinə izin ver".

Al-A'raaf 7:105Listen in Qur'an →
106

قَالَ إِن كُنتَ جِئْتَ بِـَٔايَةٍۢ فَأْتِ بِهَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

(Fir’on Musaya) dedi: “Əgər mö’cüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!”

Firon Musaya - aleyhissəlam - dedi: "Əgər iddia etdiyin kimi bir mö­cü­zə gətir­misənsə və iddianda da doğrusansa elə isə iddia etdiyin möcüzəni gətir göstər!".

Al-A'raaf 7:106Listen in Qur'an →
107

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌۭ مُّبِينٌۭ

(Fir’on bunu deyən kimi) Musa əsasını (yerə atdı) və o, dərhal (hamının gözünə) aşkar görünən bir əjdaha oldu.

Musa əlindəki əsasını atdı və o, dərhal insanların gözü önündə hərəkətə gələrək əzəmətli bir ilana çevrildi.

Al-A'raaf 7:107Listen in Qur'an →
108

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّٰظِرِينَ

(Sonra) əlini (qoltuğunun altından və ya cibindən) çıxartdı və o, bir anda baxanlara nur kəsildi.

Musa - aleyhissəlam - əlini paltarının boyun keçən hissəsindən yaxud qoltuğunun altından çı­xart­dı və onu ba­xan insanlara heç bir ləkəsiz, ağap­paq par­laq bir halda göstərdi.

Al-A'raaf 7:108Listen in Qur'an →
109

قَالَ ٱلْمَلَأُ مِن قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٌۭ

Fir’on tayfasının ə’yanları dedilər: “Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır.

Təkəb­bür­lü başçılar və əyan­lar, Musanın - aleyhissəlam - əsasının gözləri önündə ilana çevrilməsini və əlinin də heç bir ləkə olmadan, ağap­paq par­laq bir halda olmasını gördükdə dedilər: "Musa, sehri dərindən bilən, bilikli bir sehr­baz­dan başqa bir şey deyil".

Al-A'raaf 7:109Listen in Qur'an →
110

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُمْ ۖ فَمَاذَا تَأْمُرُونَ

O sizi yurdunuzdan çıxartmaq istəyir!” (Fir’on da:) “Elə isə tədbiriniz nədir?” - (deyə soruşdu).

Musa - aleyhissəlam - etdiyi bu əməllər ilə sizi öz diyarınız, Misirdən çı­xartmaq istəyir. Bunda sonra Firon Musa - aleyhissəlam - barədə əyanları ilə məsləhətləşərək onlara dedi: "Sizin mənə təkli­finiz nə­dir?"

Al-A'raaf 7:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.