Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 165

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَ ۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ يَعْدِلُونَ

Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tə’rif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar.

Mütləq kamilliklə vəsf olunmaq, məhəbbətlə yanaşı ali gözəlliklərlə həmd-sənaya layiq olmaq, göyləri və yeri misli olmadan yaratmaq yalnız Allaha aiddir. O, bir-birini təqib edən gecə və gündüzü - gecəni zül­mət­, gündüzü isə nur üçün yaradmışdır. Bu dəlil­lər­dən sonra kafir olan­lar hələ də başqalarını Ona tay tutub, onları Allah şərik qoşurlar.

2

هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن طِينٍۢ ثُمَّ قَضَىٰٓ أَجَلًۭا ۖ وَأَجَلٌۭ مُّسَمًّى عِندَهُۥ ۖ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ

Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında mə’lum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!

Ey İnsanlar! Atanız Adəmi - aleyihssəlam - palçıqdan yaratdığı zaman sizi də palçıqdan yaradan, son­ra da sizin dünya həyatında qalmanız üçün müəyyən vaxt təyin edən pak olan Allahdır. Allah Qiya­mət gü­nü qəbirlərdən dirilməyiniz üçün də yalnız Onun bildiyi bir vaxt təyin etmişdir. Bunu bildikdən sonra siz ye­nə də pak olan Allahın ölüləri diriltmə qüdrətinə şübhə edir­siniz!

3

وَهُوَ ٱللَّهُ فِى ٱلسَّمَٰوَٰتِ وَفِى ٱلْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ

Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!

O, həm göylərdə, həm də yerdə haqqlı olaraq ibadət edilən pak olan Allah­dır. Ona heç bir şey gizli qalmaz. O, gizlində saxladığınız niyyətləri, sözləri və əməlləri də, bunlardan aşkara çıxardığınızı da bilir. O, bu əməllərin əvəzini sizə verəcəkdir.

4

وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍۢ مِّنْ ءَايَٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ

Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!

Müşriklərə Rəbbindən nə dəlil gəldisə, onlar bu dəlillərə heç fikir vermədən onları tərk etdilər! Artıq onlara Allahın təkliyinə dəlalət edən açıq-aydın dəlillər və Allahın elçilərinin doğruluğuna dəlalət edən ayələr gəlmişdir. Amma buna baxmayaraq onlar yenə də bu dəlillərə və ayələrə fikir verməyərək üz çevirdilər!

5

فَقَدْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنۢبَٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Onlara haqq olan (Qur’an) gəldiyi zaman onu yalan hesab etdilər. (Müşriklərin) məsxərəyə qoyduqlarının (Qur’anın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!

Əgər onlar bu açıq-aydın dəlillərdən üz çevirdilərsə, artıq bundan da açıq-aydın dəlillərdən üz çevirmişdilər. Onlar Muhəmmədin - sallallahu aleyhi və səlləm - Qurandan gətirdiyi haqqı yalan saydılar. Qiyamət günü əzabı gördükdə onlara gələn, istehza et­dik­lə­ri şe­yin haqq olduğunu biləcəklər.

6

أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍۢ مَّكَّنَّٰهُمْ فِى ٱلْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا ٱلسَّمَآءَ عَلَيْهِم مِّدْرَارًۭا وَجَعَلْنَا ٱلْأَنْهَٰرَ تَجْرِى مِن تَحْتِهِمْ فَأَهْلَكْنَٰهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ

Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət və sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq.

Məgər bu kafirlər Allahın zalim ümmətləri məhv et­di­yi­­ni sünnəsini bilmirlərmi?! Allah onların özlərindən əvvəl bir çox ümmətləri məhv etmiş, onlara yer üzündə bu kafirlərə verilmədiyi yaşamaq və qüvvət im­kan­ları vermiş­dik. On­ların üzə­rinə bol-bol yağış yağ­dır­mış və onlar üçün ev­lərinin al­tından çaylar axıt­mışdı. Onlar isə bunu qarşılığında Allaha asi oldular. Allah da onları günahlarına görə hə­lak etdi və onlardan sonra başqa ümmətlər yaratdı.

7

وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَٰبًۭا فِى قِرْطَاسٍۢ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ

(Ya Rəsulum!) Əgər sənə kağız üzərində (yazılı) bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: “Bu, açıq-aydın bir sehrdir”, - deyərdilər.

Ey Peyğəmbər! Əgər sənə vərəqlər üzərində yazılı bir kitab nazil etsəydik, onlar öz gözləri ilə buna şahid olub, əlləri ilə ona toxunub hissiyatları ilə onun kitab olmasına yəqin olsaydılar belə, onlar yenə də inadkarlıq və təkəbbürlük üzündən iman etməzdilər və: "Gətirdiyin bu şey, açıq-aydın sehrdən başqa bir şey de­yil­, biz ona heç vaxt iman gətirməyəcəyik!"– deyərdilər.

8

وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ مَلَكٌۭ ۖ وَلَوْ أَنزَلْنَا مَلَكًۭا لَّقُضِىَ ٱلْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ

Onlar dedilər: “Məgər ona (Həzrəti–Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi.

Kafirlər: "Əgər Allah Muhəmmədlə - səllallahu aleyhi və səlləm - birgə bizi danışdıran və onun Allahın elçisi olmasına şahidlik edən bir mə­lək endi­rsəydi, biz mütləq iman edərdik"– dedilər. Əgər biz onların vəsf etdikləri kimi bir mələk en­dirsəydik, bundan sonra iman etməsəydilər, biz onları məhv edərdik və onlar nazil olsa heç tövbə etməyə belə möh­lət ve­ril­məz­di".

9

وَلَوْ جَعَلْنَٰهُ مَلَكًۭا لَّجَعَلْنَٰهُ رَجُلًۭا وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ

Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri şübhəyə salardıq.

Əgər biz onlara göndərilən kimsəni mələk et­səy­­­dik, əl­bət­tə, onu bir kişi qiyafəsində edərdik ki, onlar onu dinləyib ondan qəbul edə bilsinlər. Çünki Allah mələyi yaradığı qiyafədə onlar mələklə danışa bilməzlilər. Əgər biz onu kişi qiyafəsində etsəydik, on­la­r bu mələk barədə bir daha şüb­hə­yə düşərdilər.

10

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi.

Əgər onlar səninlə birgə mələk nazil olmasını tələb edərək istehza edirlərsə, səndən əvvəlki ümmətlər də onlara göndərilən el­çilərə istehza etmişdilər. Am­ma inkar və istehza edənləri, ondan qorxudulduqları əzab hər tərəf­dən bürüdü.

Al-An'aam 6:10Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.