Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 120

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَوْفُوا۟ بِٱلْعُقُودِ ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ ٱلْأَنْعَٰمِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّى ٱلصَّيْدِ وَأَنتُمْ حُرُمٌ ۗ إِنَّ ٱللَّهَ يَحْكُمُ مَا يُرِيدُ

Ey iman gətirənlər! Əhdlərə sadiq olun. İhramda olarkən ov sizə qadağan edilməklə, (aşağıda) adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!

Ey iman gətirənlər! Xaliqinizlə öz aranızda və bir-birinizlə bağladığınız bütün əhd­ləri­nizi ye­rinə yetirin. Sizə həcc yaxud ömrə ih­ram­ında ikən çöl ovu ovlamaq haram edilməklə yanaşı, haram olması sizə bildiriləcək hey­vanlar da istisna olmaqla, Allah sizə rəhmət olaraq: dəvə, inək və qoyunu si­zə halal etdi. Həqi­qətən, Allah hikmətinə müvafiq is­tədiyi halal və ya haram hök­münü verir, bu işdə Onu məcbur və hökmünə etiraz edən bir kimsə yoxdur.

2

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحِلُّوا۟ شَعَٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهْرَ ٱلْحَرَامَ وَلَا ٱلْهَدْىَ وَلَا ٱلْقَلَٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلْبَيْتَ ٱلْحَرَامَ يَبْتَغُونَ فَضْلًۭا مِّن رَّبِّهِمْ وَرِضْوَٰنًۭا ۚ وَإِذَا حَلَلْتُمْ فَٱصْطَادُوا۟ ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ أَن تَعْتَدُوا۟ ۘ وَتَعَاوَنُوا۟ عَلَى ٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا۟ عَلَى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqə’də, zülhiccə və məhərrəm aylarına), (Kə’bəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] İhramdan çıxdığınız zaman (istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm və haqsızlıq günahına batırmasın). Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!

Ey iman gətirənlər! Alla­hın etina ilə yanamanızı əmr etdiyi haramları özünüzə halallaşdırmayın. Tikişli paltar geyinmək kimi, həmçinin ov etmək kimi haram hüdudları daxilində edilməsi haram edilən əməllərdən əl çəkin. Haram aylarda: zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarında döyüşməyi, Allah üçün orada kəsmək məqsədi ilə göndərilən qurban­lıq heyvana qəsb etməyi, yaxud ora çatmasına mane olmağı, boynuna yundan və s. şeylərdən nişan ta­xılmış qurbanlıq hey­van­larını, ticarətin qazancını və Rəbbi­nin razı­lı­ğını di­lə­yə­rək Allahın toxunulmaz evinə gələnlərə qarşı hörmətsizlik etməyi özünüzə halal saymayın. Həcc və ümrə ih­ramından, yaxud haram hüdudlarından çıxdığınız za­man, istəsəniz ov edə bilərsiniz. Sizi Məs­ci­dul­ha­rama da­xil ol­­mağa qoy­ma­yan bir qövümə qarşı olan kin-küdu­rət sizi onlara qarşı zülm və haqsızlıq etməyə sövq et­mə­sin. Ey Möminlər! Sizə əmr edilən yaxşı işləri edib, pis əməllərdən çəkinməkdə bir-birinizə yar­­­dım edin. Günah və asi işlərdə və həmçinin insanların canlarına, mallarına və namuslarına qarşı olan düşmənçilik işlərdə bir-birinizə yar­­­dım etməyin. Allahın itaətinə mültəzim olub, günahlardan çəkinərək Allahdan qorxun. Həqiqətən, Allahın Ona asi olan qullarına əzabı şiddətlidir, elə isə Onun əzabından çəkinin!

3

حُرِّمَتْ عَلَيْكُمُ ٱلْمَيْتَةُ وَٱلدَّمُ وَلَحْمُ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ وَٱلْمُنْخَنِقَةُ وَٱلْمَوْقُوذَةُ وَٱلْمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسْتَقْسِمُوا۟ بِٱلْأَزْلَٰمِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ ٱلْيَوْمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَٱخْشَوْنِ ۚ ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَٰمَ دِينًۭا ۚ فَمَنِ ٱضْطُرَّ فِى مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍۢ لِّإِثْمٍۢ ۙ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kə’bənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Allah sizə kəsilmədən ölmüş heyvanı, axar qanı, donuz ətini, kəsildikdə Allah­dan baş­qa­sının adı ilə kəsil­miş, boğularaq ölmüş, vurulub öldürül­müş, hün­dür bir yerdən yı­xı­lıb gə­bər­­miş, başqa bir heyvanın buynuzu ilə vurulub öl­­müş, aslan, pələnğ və canavar kimi yır­tıcı hey­van tərəfin­dən parçala­nıb ye­yil­miş – qeyd edilən heyvanlardan canı çıxmamış kəsdiyiniz heyvanlar isə sizə halaldır – bütlər üçün kəsilmiş hey­van­lar və üzərində (et) və ya (etmə) sözləri yazılmış daş, yaxud fal ox­ları ilə qeybdən qismət ax­tar­ıb, bu fal oxlarından bəxtinizə çıxana əməl etmənizi haram etdi. Sadalanan bu haramları etmək, Allahın taətindən çıxmaq deməkdir. Bu gün kafir­lər dininizin gücünü gördükdən sonra, sizin İslamdan geri dönmənizdən ümidlərini kəsdi­lər. Elə isə siz on­lar­dan qorx­ma­yın, yalnız Mən­dən qorxun. Bu gün dininiz İslamı sizin üçün ka­mil et­dim, sizə olan aşkar və gizli nemətimi ta­mam­ladım və sizin üçün din olaraq İslamı seçdim. Mən ondan başqa heç bir din qəbul etmirəm. Kim aclıq səbəbindən çarəsiz qa­lar­sa, gü­naha meyl et­mə­yə­rək, ölmüş heyvandan yeməsində ona günah yazılmaz. Çün­ki Allah ba­ğışla­yandır, rəhmlidir.

4

يَسْـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمْ ۖ قُلْ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ ۙ وَمَا عَلَّمْتُم مِّنَ ٱلْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُ ۖ فَكُلُوا۟ مِمَّآ أَمْسَكْنَ عَلَيْكُمْ وَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهِ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak ne’mətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə tə’lim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s.) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (tə’lim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!

Ey Peyğəmbər! Səhabələrin səndən Allahın onlara nəyin yeyilməsinin ha­lal etdiyini soruşurlar. Ey Peyğəmbər! De: "Allah sizə tə­miz yeməkləri və Allahın si­zə nemət bəxş edərək öyrət­di­yi elmdən, ov etməyi öyrədib, əh­li­ləş­dir­di­­yiniz, ovçu, ov heyvanını ovun arxasınca göndərdikdə sıçrayıb gedən və onu ovdan uzaqlaşdirdıqda uzaqlaşan yır­tıcı dişi olan ov itləri, bəbirlər və caynağı olan şahin quşları kimi heyvan­la­rın ovla­dıq­larından yemək sizə halal edildi. On­­ların tutub gətirdikləri ovdan, hətta ovu öldürsələr belə, yeyin və onları ova gön­dərərkən Alla­hın adını çəkin. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qor­­xun! Şüb­həsiz ki, Allah əməlləri tez haqq-hesab çəkən­dir".

5

ٱلْيَوْمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ ۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ حِلٌّۭ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّۭ لَّهُمْ ۖ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلْمُؤْمِنَٰتِ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَٰفِحِينَ وَلَا مُتَّخِذِىٓ أَخْدَانٍۢ ۗ وَمَن يَكْفُرْ بِٱلْإِيمَٰنِ فَقَدْ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِى ٱلْءَاخِرَةِ مِنَ ٱلْخَٰسِرِينَ

Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!

Bu gün Allah sizə ləzzətli yeməkləri və həmçinin yəhudi və nəsranilərdən olan Kitab əhlinin kəsdiklərindən yeməyi və sizin də kəsdiklərinizdən onların yeməsini halal etdi. Mö­min qadınlardan ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan), azad olanlar və sizdən öncə yəhudi və nəsranilərdən olan Kitab verilənlər­dən is­mətli qa­dın­la­r, mehr­­ləri­ni verdiyiniz təq­dir­də, fahişəlik etmədən namuslu olub, onlarla zina­karlıq et­mə­mək və aş­na saxlamamaq şər­ti ilə sizə ha­lal­dır. Kim Allahın qulları üçün qanun etdiyi şəri əhkamları inkar edərsə, iman şərti datil olduğuna görə əməli boşa çıxar və o, Qiyamət günü əbədi qalacağı cəhənnəmə daxil olduğu üçün ziyana uğrayan­lar­dan olar.

6

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا قُمْتُمْ إِلَى ٱلصَّلَوٰةِ فَٱغْسِلُوا۟ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى ٱلْمَرَافِقِ وَٱمْسَحُوا۟ بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى ٱلْكَعْبَيْنِ ۚ وَإِن كُنتُمْ جُنُبًۭا فَٱطَّهَّرُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌۭ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءًۭ فَتَيَمَّمُوا۟ صَعِيدًۭا طَيِّبًۭا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ ۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍۢ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne’mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!

Ey iman gətirənlər! Na­ma­z qılmaq üçün ayağa qalxmaq istədikdə, dəstəmazsız olsanız, üzünüzü və dir­­sək­lərlə birgə əl­lə­rinizi yu­yun, ba­şı­nıza məsh çəkin və baldır sümükləri ilə pəncə sümüklərinin birləşdiyi yerdə yanlara çıxan iki oynaqla birgə ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə olsanız, qüsl etmə səbəbindən xəstəliyin artmasından və ya şəfanın gecikməsindən qorxsanız yaxud sağlam ikən səfərdə ol­­sanız, ya­xud siz­lər­dən biri ayaq­yolun­dan gəldiyi üçün dəstəmazı və ya qadın­la­rla yaxınlıq etdiyinə görə qüslu olmazsa, təmizlənmək üçün su axtardıqdan sonra tapmasanız, tə­miz torpaqla təyəmmüm edin və əllərinizi yerə vurun ondan üzünüzə və əl­lə­ri­ni­zə sür­tün. Allah, sizin sudan istifadə edib səhhətinizə zərər yerirərək sizə şəri hökmlərində çə­tinliyə sal­maq is­təməz. Xəstəlik üzündən və ya su tapılmadığından sizə suyu əvəz edən torpaqla təyəmmüm etmənizə icazə verməsi, Allahın sizə olan ne­mətinin ta­mam­lıqındandır ki, bəlkə Allahın sizə olan nemətinə şü­kür edib, inkar etməyəsiniz.

7

وَٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ وَمِيثَٰقَهُ ٱلَّذِى وَاثَقَكُم بِهِۦٓ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Allahın sizə olan ne’mətini və: “Eşitdik və itaət etdik”, - dediyiniz zaman sizinlə bağladığı əhdi unutmayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə olanları (qəlblərin sirrini) biləndir!

Allahın sizə olan hidayət və İslam nemətini və Peyğəmbərə - sallallahu aleyhi və səlləm - xoş gündə və sıxıntı anlarında əmirləri dinləyib itaət edəcəyinizə dair beyət etdikdə: "Sözünü eşitdik və əmrinə ita­ət etdik!"– de­diyiniz za­man si­zdən aldığımız əhdi xa­tırlayın. Allah­­dan Onun əmrlərini yerinə yetirməklə -həmçinin əhdlərinidə- və qadağalarından çəkinməklə qor­xun! Şüb­hə­siz ki, Allah, qəlblərdə olan­ları bilir və Ona heç bir şey gizli qalmaz.

8

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ عَلَىٰٓ أَلَّا تَعْدِلُوا۟ ۚ ٱعْدِلُوا۟ هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ

Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!

Ey Allaha və Onun peyğəmbərinə iman gətirənlər kimsələr! Allahın rizasını qazanmaq üçün, Allahın sizin üzərinizdə olan haqqlarını qoru­yan, zülümlə deyil, ədalətlə şa­hid­lik edən kimsələr olun. Bir qövmə qarşı olan qəzəb sizi əda­lət­siz­li­yə sövq etmə­sin. Dost ilə də, düşmənlə də əda­lətlə rəftar edin. Onların hər ikisi ilədə ədalətli olun. Ədalətli olmaq, Allahdan qorxmaqa, zalım olmaq isə xüsrana uğramağa daha yaxındır. Allah­­ın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qor­xun! Şüb­həsiz ki, Allah nə etdik­ləriniz­dən xəbərdar­dır. Əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və O, əməllərinizin əvəzini verəcəkdir.

9

وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ ۙ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌ عَظِيمٌۭ

Allah iman gətirib yaxşı işlər görənlərə onlara bağışlanma və böyük mükafat gözlədiyini və’d buyurmuşdur!

Allah, Allaha və rəsullarına iman gətirib saleh əməllər edənlərə onlara günahlarının bağışlanmasını və böyük mükafat gözlədiyini vəd -Allah vədinə xilaf çıxmaz- vermişdir, bu mükafat, cənnətə daxil olmaqdır.

10

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ

Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!

Allahı inkar edib, ayələrini ya­lan sa­yanlara gəlincə, məhz onlar küfür etdiklərinə və yalan saydıqlarına görə cəza olaraq daxil olacaqları Cəhənnəm sa­kin­­­ləridirlər. Yoldaş yoldaşından ayrılmadığı kimi onlardan Cəhənnəmdən ayrılmayacaqlıar.

Al-Maaida 5:10Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.