Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 206

91

فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَٰثِمِينَ

Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).

Buna görə də onları dəhşətli bir zəlzələ bürüdü və beləliklə də onlar öz yurdlarında dizləri və üzləri üstə düşüb həlak oldular.

Al-A'raaf 7:91Listen in Qur'an →
92

ٱلَّذِينَ كَذَّبُوا۟ شُعَيْبًۭا كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَا ۚ ٱلَّذِينَ كَذَّبُوا۟ شُعَيْبًۭا كَانُوا۟ هُمُ ٱلْخَٰسِرِينَ

Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (ne’mət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.

Şueybi yalançı sayanların hamısı həlak oldu, san­ki onlar öz yurdlarında yaşamamış və orada əylənməmişdilər. Çünki onlar öz canlarını və sahib olduqları mal-dövlətilərini ziyana uğratdılar və Şueybin iman edən qövmündən olmadılar. Haqqı yalan sayan o kafirlərin iddia etdikləri kimi elə özləri ziyana uğrayan kimsələr oldular.

Al-A'raaf 7:92Listen in Qur'an →
93

فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰقَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَٰلَٰتِ رَبِّى وَنَصَحْتُ لَكُمْ ۖ فَكَيْفَ ءَاسَىٰ عَلَىٰ قَوْمٍۢ كَٰفِرِينَ

(Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”

Onlar həlak olduqdan peyğəmbərləri Şueyb - aleyhissəlam - onlardan üz çevi­rib onlara xitabən belə dedi: "Ey qövmüm! Mən Rəb­bi­­min mənə sizə çatdırmağı əmr etdiyi hökm­lərini sizə çatdırdım və sizə öyüd-nə­si­hət verdim, lakin siz mənim öyüd-nəsihətimi dinləyib, mənə tabe olmadınız. Elə isə Allaha küfr edib, günahlar etməkdə davam edən bir qövümdən ötrü mən necə qəm-qüssə edə bilə­rəm?"

Al-A'raaf 7:93Listen in Qur'an →
94

وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍۢ مِّن نَّبِىٍّ إِلَّآ أَخَذْنَآ أَهْلَهَا بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَضَّرَّعُونَ

Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!

Biz hər hansı bir diyara Allahın peyğəmbərlərindən bir pey­­ğəmbər göndərdikdə, onlar ona inanmayıb, onu yalançı hesab etdikləri zaman, Biz həmin diyarın əha­li­sini sı­xın­tı, yoxsulluq və xəstəlik və s. buna oxşar bəlalara düçar edirik ki, bəlkə onlar Allaha qarşı təkəbbürlük və küfür etməkdən əl çəkib, Ona acizanə halda dua etsinlər!

Al-A'raaf 7:94Listen in Qur'an →
95

ثُمَّ بَدَّلْنَا مَكَانَ ٱلسَّيِّئَةِ ٱلْحَسَنَةَ حَتَّىٰ عَفَوا۟ وَّقَالُوا۟ قَدْ مَسَّ ءَابَآءَنَا ٱلضَّرَّآءُ وَٱلسَّرَّآءُ فَأَخَذْنَٰهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ

Sonra sıxıntını (bəlanı, pisliyi) firəvanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi”. Elə bu an onları özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq.

Biz onları sı­xın­tını və xəstəliyə düçar etdikdən sonra onlara bol-bol ruzi və əmin-amanlıq bəxş etdik. Nəhayət onların sayı çoxalıb və mal-dövlətləri artdıqda: "Başmıza gələn xeyir və şər, eyni qayda da bizdən əvvəlki ata­-babalarımızın da başına gələmişdir" – dedilər. Amma onlar başlarına gələn əzabın onların başa düşüb öyüd-nəsihət almaları və onlara baş verən nemətlərin isə onlara qəfildən bəla göndərməsi üçün olduğunu dərk etmədilər. Biz də on­ları heç özləri də hiss et­mədikləri və əzabı gözləmədikləri bir halda onları qəf­lə­tən əzabla ya­xaladıq.

Al-A'raaf 7:95Listen in Qur'an →
96

وَلَوْ أَنَّ أَهْلَ ٱلْقُرَىٰٓ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَٰتٍۢ مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ وَلَٰكِن كَذَّبُوا۟ فَأَخَذْنَٰهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ

Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.

Əgər elçilər göndərdiyimiz diyarın əhalisi elçilərin onlara gətirdiklərini təsdiq edərək, günah əməlləri tərk edib, Allahın əmrlərinə tabe olsaydılar, əl­bət­tə, Biz onlara hər bir tərəfdən xeyir qapılarını açar­dıq. Lakin onlar pey­ğəm­bər­ləri təsdiq etmədilər və onların dəvətindən üz çevirdilər. Elə bu azlıq edirmiş kimi, onları yalançı da hesab etdilər. Belə olduğu təqdirdə Biz də on­ların qa­zandıq­ları gü­nahlara görə onları qəflətən əzab­la yaxa­ladıq.

Al-A'raaf 7:96Listen in Qur'an →
97

أَفَأَمِنَ أَهْلُ ٱلْقُرَىٰٓ أَن يَأْتِيَهُم بَأْسُنَا بَيَٰتًۭا وَهُمْ نَآئِمُونَ

Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?

Məgər peyğəmbərləri yalan hesab edən o diyarın əha­li­si, əza­bı­mı­zın onlara gecə vaxtı, on­lar yuxuya daldıqları və dincəlib rahatlandıqları bir vaxta da gəl­məyəcə­yin­dən əmin idilər?!

Al-A'raaf 7:97Listen in Qur'an →
98

أَوَأَمِنَ أَهْلُ ٱلْقُرَىٰٓ أَن يَأْتِيَهُم بَأْسُنَا ضُحًۭى وَهُمْ يَلْعَبُونَ

Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?

Yaxud onlar əzabımızın onlara dündüzün ilk çağında, onların başı dünya işləri ilə qarışdığı bir vaxta gəlməyəcəyindən əmin idilər?!

Al-A'raaf 7:98Listen in Qur'an →
99

أَفَأَمِنُوا۟ مَكْرَ ٱللَّهِ ۚ فَلَا يَأْمَنُ مَكْرَ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْخَٰسِرُونَ

Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-ne’mət içində yaşadıqları halda qəflətən onlara əzab gondərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!

Allahın onlara verdiyi möhlətə fikir ver. Allah onları qəfil yaxalamaq üçün onlara güc-qüvvət və bol-bol ruzi vermişdir. Məgər elçiləri yalah hesab edən o diyarın əhalisi Allahın gizli məkrindən və hiy­­lə­sindən əmin idilər?! Alla­hın məkrindən yalnız həlaka məruz qalan kimələr əmin olar. Amma müvəffəq olan kimsələr Onun məkrindən qorxar, onlara verilən nemətlərə görə qürurlanmazlar, əksinə, o nemətlərin onlara Allah bəxş etdiyini etiraf edib, daima Ona şükür edərlər.

Al-A'raaf 7:99Listen in Qur'an →
100

أَوَلَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ ٱلْأَرْضَ مِنۢ بَعْدِ أَهْلِهَآ أَن لَّوْ نَشَآءُ أَصَبْنَٰهُم بِذُنُوبِهِمْ ۚ وَنَطْبَعُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ

Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşıtməzdilər?

Məgər keçmiş ümmətlərin günahları səbəbindən həlak olduğundan sonra yer üzünə sakin olanlara, keçmişdəkilərin həlak olma səbəbi bəyan olmadımı və onlara baş verən müsibətdən ibrət almadılarmı? Əksinə, onlar, özlərindən əvvəlkilərin etdikləri əməlləri etdilər. Lakin onlar bilmirdilər ki, əgər Allah istəstəydi, əvvəlkiləri etdiyi kimi, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardı və heç bir öyüd-nəsihət eşitməz və heç bir xatırlatma fayda verməzdi.

Al-A'raaf 7:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.