إِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ شَهْوَةًۭ مِّن دُونِ ٱلنِّسَآءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌۭ مُّسْرِفُونَ
Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”
Siz şəhvəti ödəmək üçün xəlq edilmiş qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Sizin bu əməliniz nə ağıla, nə Allahın dininə, nə də ki, fitrətə müvafiq deyildir. Əksin, siz bu əməlinizə sağlam bəşər düşüncəli ağla və fitrətə müxalif əməl etməklə həddi aşmış adamlarsınız.