Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 206

81

إِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ شَهْوَةًۭ مِّن دُونِ ٱلنِّسَآءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌۭ مُّسْرِفُونَ

Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”

Siz şəhvəti ödəmək üçün xəlq edilmiş qadınları qoyub şəhvətlə ki­şi­lərə yaxınlaşırsınız. Sizin bu əməliniz nə ağıla, nə Allahın dininə, nə də ki, fitrətə müvafiq deyildir. Əksin, siz bu əməlinizə sağlam bəşər düşüncəli ağla və fitrətə müxalif əməl etməklə həddi aş­mış adam­larsınız.

Al-A'raaf 7:81Listen in Qur'an →
82

وَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوٓا۟ أَخْرِجُوهُم مِّن قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌۭ يَتَطَهَّرُونَ

(Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): “Onları (Lutu və ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul olmayan) adamlardır!” – deməkdən başqa bir şey olmamışdı.

Lut qövmündən bu çirkin işi edənlərə inkar etdikdə, onların haqqı inkar edərək Lut haqqında ca­va­bı belə olmuşdur: "Lutu və oun əhl-əyalını yurdunuzdan çıxa­rın. On­lar bizim etdiyimiz bu əməldən uzaq olmağa can atan adam­lardır, elə buna görə də onların bizim arasında qalması yol verilməzdir".

Al-A'raaf 7:82Listen in Qur'an →
83

فَأَنجَيْنَٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَٰبِرِينَ

Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti (Vailə öz gizki küfrü səbəbilə) həlak oldu.

Qövmünə Allahın əzabı gəlməzdən öncə Biz ona gecə vaxtı yaşadığı yurdundan çıxmağı əmr edərək onu və əhl-əyalını əzabdan xilas etdik. Yal­nız arvadından baş­qa. O, qövmü ilə birgə qalan­lardan ol­du və onlara baş verən müsibət onada baş verdi.

Al-A'raaf 7:83Listen in Qur'an →
84

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًۭا ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُجْرِمِينَ

Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör (Allaha asi olan, peyğəmbələri inkar edən) günahkarların axırı necə oldu!

Biz onun qövmünün üstünə çoxlu sayda palçıqdan olan daş­larla­­ ya­ğış yağdırdıq və həmin kəndin altını üstünə çevirdik. Ey Peyğəmbər! Bir düşün Lut peyğəmbərin gü­nah­kar­ qövmünün aqi­bəti necə oldu. Onların aqibəti həlak və daimi rəzillik oldu.

Al-A'raaf 7:84Listen in Qur'an →
85

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا ۗ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ قَدْ جَآءَتْكُم بَيِّنَةٌۭ مِّن رَّبِّكُمْ ۖ فَأَوْفُوا۟ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ بَعْدَ إِصْلَٰحِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (mö’cüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz mö’minsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!

Biz Mədyən qəbiləsinə də qar­daşları Şueybi - aleyhissəlam - peyğəmbər göndərdik. Şueyb - aleyhissəlam - onlara de­di: "Ey qövmüm! Tək Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan haqq məbudunuz yox­dur. Artıq Allahdan sizə açıq-aydın bir dəlil və Rəbbimdən sizə gətirdiyimin doğru olduğunu təsdiq edən sübut gəldi. Elə isə ölçüdə və çəkidə naqislik etmədən insanların haqqını verin. Malın eybinə görə insanların haqqını kəsməyin və ya buna görə mal sahibini aldatmayın. Bundan öncə peyğəmbərlərin gəlişi ilə yer üzü islah olunduqdan sonra bir daha orada günahlar edərək fəsad törət­mə­yin. Əgər mö­min­si­nizsə, bu deyilənlər sizin üçün daha xeyir­li və daha faydalıdır. Çünki bu, sizi Allahın qadağan etdiyi günahları tərk etməyə və Onun əmrini yerinə yetirərək Allaha yaxınlaşdırmağa sövq edər".

Al-A'raaf 7:85Listen in Qur'an →
86

وَلَا تَقْعُدُوا۟ بِكُلِّ صِرَٰطٍۢ تُوعِدُونَ وَتَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ بِهِۦ وَتَبْغُونَهَا عِوَجًۭا ۚ وَٱذْكُرُوٓا۟ إِذْ كُنتُمْ قَلِيلًۭا فَكَثَّرَكُمْ ۖ وَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُفْسِدِينَ

Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!

Hər yolun başında otu­rub, yoldan ötən insanları hədələyib mallarını mənimsəməyin. İnsanların Allahın yoluna gəlməməsi üçün bu yolu onlara əyri göstərərək, Allahın dinini qəbul etmək istəyənləri dinindən sap­dır­mayın. Allaha şükür etməniz üçün Onun sizə bəxş etdiyi nemətlərini xatırlayın. Sayınız az idi­niz, O sizi çoxaltdı. Yer üzündə sizdən öncə fəsad tö­rə­dən­lərin aqi­bətlərinin necə olduğunu bir düşünün. Onların aqibəti, özlərinin məhv olması ilə sona çatdı.

Al-A'raaf 7:86Listen in Qur'an →
87

وَإِن كَانَ طَآئِفَةٌۭ مِّنكُمْ ءَامَنُوا۟ بِٱلَّذِىٓ أُرْسِلْتُ بِهِۦ وَطَآئِفَةٌۭ لَّمْ يُؤْمِنُوا۟ فَٱصْبِرُوا۟ حَتَّىٰ يَحْكُمَ ٱللَّهُ بَيْنَنَا ۚ وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ

Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!”

Əgər aranızdan olan bir camaat Rəbbimdən təbliğ etdiyimə inan­­mış, bir camaatınız isə buna inanma­mışsa, elə isə ey yalan hesab edən kimsələr! Allah aramızda hökm verə­nə­dək gözləyin. Çünki O, hökm verənlərin ən yaxşı­sı və ən ədalətlisidir.

Al-A'raaf 7:87Listen in Qur'an →
88

۞ قَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ مِن قَوْمِهِۦ لَنُخْرِجَنَّكَ يَٰشُعَيْبُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَكَ مِن قَرْيَتِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۚ قَالَ أَوَلَوْ كُنَّا كَٰرِهِينَ

(Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü ə’yanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. (Şüeyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)?

Şueyb - Aleyhissəlam - qövmünün təkəb­bür­lü başçıları ona dedilər: "Ey Şu­eyb! Ya biz səni və səninlə birlikdə sənə iman gə­tirən­lə­­ri mütləq bu yurdumuzdan çıxaracaq, ya da sən bizim dinimizə qayıdacaqsan". Şu­eyb onların bu sözünə təəccüb edərək və onlara inkar edərək dedi: "Biz sizin getdiyiniz yolun batil olduğunu bildiyimiz halda, hətta nifrət etmiş olsaq belə, sizin dininizə və yolunuza tabe olacağıq?"

Al-A'raaf 7:88Listen in Qur'an →
89

قَدِ ٱفْتَرَيْنَا عَلَى ٱللَّهِ كَذِبًا إِنْ عُدْنَا فِى مِلَّتِكُم بَعْدَ إِذْ نَجَّىٰنَا ٱللَّهُ مِنْهَا ۚ وَمَا يَكُونُ لَنَآ أَن نَّعُودَ فِيهَآ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّنَا ۚ وَسِعَ رَبُّنَا كُلَّ شَىْءٍ عِلْمًا ۚ عَلَى ٱللَّهِ تَوَكَّلْنَا ۚ رَبَّنَا ٱفْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِٱلْحَقِّ وَأَنتَ خَيْرُ ٱلْفَٰتِحِينَ

Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu e’tiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül emişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”

Allah bizi Öz lütfü sayəsinsdə sizin etdiyiniz şirk və küfr əməllərdən xilas et­dikdən sonra biz sizin doğru yolda olduğunuzu etiqad etmiş olsaq, Allaha qar­şı yalan uydurmuş olarıq. Bütün bəşəriyyət Onun istəyinə boyun əydiyi üçün Rəb­bi­miz Allah is­təməyincə bizim sizin batil dininizə dönməyi­miz heç vaxt baş tutacaq bir şey deyildir. Rəb­­bi­miz hər şeyi elmini əhatə et­miş­dir və bundan Ona heç bir şey gizli qalmaz. Allah bizi doğru yolda sabitqədəm etməsi və bizi Cəhənnəmə aparan yoldan qoruması üçün biz yalnız tək Allaha arxalanmışıq. Ey Rəb­bi­miz! Bizimlə kafir qövmümüz arasında haqqla hökm ver! Məzlum haqq sahibinə haqqsız zalıma qarşı kömək ol! Ey Rəb­bi­miz! Sən hökm ve­rən­lərin ən yax­şı­sısan!"

Al-A'raaf 7:89Listen in Qur'an →
90

وَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ لَئِنِ ٱتَّبَعْتُمْ شُعَيْبًا إِنَّكُمْ إِذًۭا لَّخَٰسِرُونَ

(Şüeyb) tayfasının kafir ə’yanları (tabeliyində olanlara) dedilər: “Əgər (dininizi atıb) Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!”

Şueyb qövmündən tövhid dəvətini inkar edib, insanları Sueybdən - aleyhissəlam - və onun dinindən çəkindirən təkəb­bür­lü başçıları dedilər: "Ey camaatımız! Əgər Şu­ey­bin dinini qəbul edib, özünüzün və ata-dabalarınızın dinini tərk etsəniz siz müt­ləq zi­yana uğrayanlardan olar­sı­nız".

Al-A'raaf 7:90Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.