قَالَ قَدْ وَقَعَ عَلَيْكُم مِّن رَّبِّكُمْ رِجْسٌۭ وَغَضَبٌ ۖ أَتُجَٰدِلُونَنِى فِىٓ أَسْمَآءٍۢ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍۢ ۚ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ
(Hud) onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu (artıq əzab və qəzəb gəldi). Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara ibadət edilməsi) barədə heç bir dəlil endirməmişdir. (Allahın əzabının gəlməsini) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
Hud onlara cavab olaraq dedi: "Pis əməllərinizlə özünüzə Allahın əzabını və qəzəbini vacib etdiniz. Bu sizə mütləq baş verəcəkdir. Sizin və ata-babalarınızın özlərindən uydurub ilah adlandırdıqları batil bütlər barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onların ilah olduğu iddianız barədə sübut etməyiniz üçün heç bir dəlil nazil etməmişdir. Elə isə sizə tez gəlməsini istədiyiniz əzabın gəlişini gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm. O əzab mütləq gələcəkdir".