Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 206

61

قَالَ يَٰقَوْمِ لَيْسَ بِى ضَلَٰلَةٌۭ وَلَٰكِنِّى رَسُولٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

(Nuh) dedi: “Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!

Nuh qövmünün hakim və kübar təbəqəsində olan insanlarına dedi: "Mən heç də sizin iddia etdiyiniz kimi haqq yoldan azan bir kimsə deyiləm. Mən Rəbbimin haqq yolundayam. Mən, mənim, sizin və bütün aləmlərin Rəb­bi olan Allah tə­rə­fin­dən sizə gön­dərilmiş bir elçi­yəm".

Al-A'raaf 7:61Listen in Qur'an →
62

أُبَلِّغُكُمْ رِسَٰلَٰتِ رَبِّى وَأَنصَحُ لَكُمْ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!

Mən, Allahın mənə vəhy edərək sizə göndərdiyi dini sizə təbliğ edir, sizi Allahın əmrlərini yerinə yetirib, savab qazanmanıza təşviq etdirib və Onun əmrlərinə müxalif olub, günah qazanmaqdan çəkindirərək sizə xeyir istəyirəm. Allahdan mənə gələn vəhy sayəsində sizin bil­mə­dik­lərinizi bili­rəm.

Al-A'raaf 7:62Listen in Qur'an →
63

أَوَعَجِبْتُمْ أَن جَآءَكُمْ ذِكْرٌۭ مِّن رَّبِّكُمْ عَلَىٰ رَجُلٍۢ مِّنكُمْ لِيُنذِرَكُمْ وَلِتَتَّقُوا۟ وَلَعَلَّكُمْ تُرْحَمُونَ

Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”

Yoxsa öz ara­nızdan olan, tanıdığınız və sizin dilinizdə danışan bir kişiyə Rəbbinizdən vəhy və öyüd-nə­si­hət gəlməsi təəccübünüzü artırdı?! O, sizin aranızda böyüyüb boya-başa çatmışdır, heç vaxt yalançı, azğın və qeyri adi bir məxluq da olmamışdır. Siz onu yalançı hesab etsəniz də, ona asi olsanız da, o, sizin Allahın əmrlərinə tabe olub, qadağalarından çəkinərək Onun əzabından qoxrmanız və Ona iman etdiyiniz təqdirdə Allahın rəhmətinə nail olmanız üçün gəlmişdir.

Al-A'raaf 7:63Listen in Qur'an →
64

فَكَذَّبُوهُ فَأَنجَيْنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ فِى ٱلْفُلْكِ وَأَغْرَقْنَا ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا عَمِينَ

Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda boğduq). Onlar, həqiqətən, kor bir camaat idilər.

Qövmü Nuhu yalançı he­sab etdi və ona iman gətirmədi, əksinə, hələ bu azmış kimi, olduqları küfürlərində də davam etdilər. Belə olduqda Nuh Allaha onları həlak etməsi üçün dua etdi. Biz onu və onunla birlik­də gəmidə olan­ möminləri suda qərq olmaqdan xilas etdik. Ayələrimizi yalan hesab edib, yalan samaqda davam edən kimsələri onlara əzab olaraq göndərilən tufanla suda qərq edərək məhv etdik. Doğrudan da, onların qəlbləri haqqı görməkdən kor idi.

Al-A'raaf 7:64Listen in Qur'an →
65

۞ وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًۭا ۗ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۚ أَفَلَا تَتَّقُونَ

Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”

Biz Ad qəbiləsinə də özlərindən elçi göndərdik. O, Hu­d - aleyhissəlam - peyğəmbərdir. O dedi: "Ey qöv­müm! Yalnız Allaha ibadət edin. Si­zin Ondan başqa haqq məbudu­nuz yox­dur. Onun əzabından xilas olmaq üçün Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qorxmursu­nuz?!"

Al-A'raaf 7:65Listen in Qur'an →
66

قَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِى سَفَاهَةٍۢ وَإِنَّا لَنَظُنُّكَ مِنَ ٱلْكَٰذِبِينَ

(Hud) tayfasının kafir başçıları ona: “Biz səni safehlik içində görür və yalançılardan (biri) hesab edirik!” – deyə cavab verdilər.

Qövmünün Allaha küfr edən və Onun elçisini yalan sayan hakim və kübar təbəqəsindən olan insanları ona dedilər: "Ey Hud, Biz səni yalnız Allaha ibadət etməyə çağırdığın və bütlərə sitayiş etməkdən çıkindirdiyin vaxtdan bəri ağlının zəyif və özünün də təlaş içində olduğunu bilirik. Çünki biz sənin Allah tərəfindən göndərilən bir elçi olduğun iddianda yalan danışdığını hesab edi­rik!"

Al-A'raaf 7:66Listen in Qur'an →
67

قَالَ يَٰقَوْمِ لَيْسَ بِى سَفَاهَةٌۭ وَلَٰكِنِّى رَسُولٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

(Hud) dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!

Hud öz qövmünə cavab olaraq belə dedi: "Ey Qövmüm, ağlımda heç bir zəyiflik yoxdur və özündə təlaş içində deyiləm, əksinə, mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!"

Al-A'raaf 7:67Listen in Qur'an →
68

أُبَلِّغُكُمْ رِسَٰلَٰتِ رَبِّى وَأَنَا۠ لَكُمْ نَاصِحٌ أَمِينٌ

Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.

Mən sizə, Allahın sizə çatdırmağı mənə əmr etdiyi tək İlah oduğunu və Onun şəriətini təbliğ edi­rəm. Mən sizə təbliğ etməklə əmr olunduğum işdə sizin ən eti­barlı nəsi­hət­çinizəm. Bu işdə nöqsana və ya ziyadəyə yol vermərəm.

Al-A'raaf 7:68Listen in Qur'an →
69

أَوَعَجِبْتُمْ أَن جَآءَكُمْ ذِكْرٌۭ مِّن رَّبِّكُمْ عَلَىٰ رَجُلٍۢ مِّنكُمْ لِيُنذِرَكُمْ ۚ وَٱذْكُرُوٓا۟ إِذْ جَعَلَكُمْ خُلَفَآءَ مِنۢ بَعْدِ قَوْمِ نُوحٍۢ وَزَادَكُمْ فِى ٱلْخَلْقِ بَصْۜطَةًۭ ۖ فَٱذْكُرُوٓا۟ ءَالَآءَ ٱللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın ne’mətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”

Yoxsa sizi qorxutmaq üçün mələk və cinlərdən olmayan, əksinə, öz ara­nızdan olan və sizin dildə danışan bir ki­şi­nin va­si­təsi ilə Rəb­binizdən si­zə öyüd-nəsihət gəlməsi hey­­rətinizi artırdı?! Rəbbinizə həmd-səna edin, Allahın yer üzündə sizə bəxş etdiyi nemətlərə, Nuh qövmünü küfür əməlləri üzündən həlak etdiyindən sonra sizi yer üzünə xə­ləf­lər tə­yin etdiyinə və sizi xilqətcə daha cüssəli, qüv­vətli və şiddətli etdiyinə görə Ona şükür edin və Cənnətə daxil olub və Cəhənnəmdən nicat tapmanız üçün Allahın sizə verdiyi böyük nemətlərini daima xa­tır­la­yın!

Al-A'raaf 7:69Listen in Qur'an →
70

قَالُوٓا۟ أَجِئْتَنَا لِنَعْبُدَ ٱللَّهَ وَحْدَهُۥ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا ۖ فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

(Hud tayfasının kafirləri) dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!”

Qövmü ona dedi: "Ey Hud! Yanı­mı­za ata-babalarımızın iba­dət et­diklərini tərk edib tək Alla­ha iba­dət etməyimizi əmr etməyəmi gəldin? Əgər iddianda doğrusansa, elə isə bizə vəd et­diyin əzabı gətir".

Al-A'raaf 7:70Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.