Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 206

51

ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَهُمْ لَهْوًۭا وَلَعِبًۭا وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۚ فَٱلْيَوْمَ نَنسَىٰهُمْ كَمَا نَسُوا۟ لِقَآءَ يَوْمِهِمْ هَٰذَا وَمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ

O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq!

Məhz o kafirlər, dinlərini məsxərə və əy­­lən­cə etmişdilər və dünya hə­yatı onları öz bər-bəzəyi ilə aldat­mış­dı. Onlar Allahın ayə­lə­ri­ni və dəlillərini haqq olduğunu yəqin bildiklərindən sonra in­kar etdikləri, bu gün üçün saleh əməl edib hazırlıq görmədikləri və bu günləri ilə qarşı­laş­mağı unut­duq­ları kimi, qiyamət günü Allah da onları əzad içərisində tərk edib unu­dacaqdır.

Al-A'raaf 7:51Listen in Qur'an →
52

وَلَقَدْ جِئْنَٰهُم بِكِتَٰبٍۢ فَصَّلْنَٰهُ عَلَىٰ عِلْمٍ هُدًۭى وَرَحْمَةًۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ

Həqiqətən, Biz onlara (Məkkə müşriklərinə və kafirlərinə) elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələrini öyrətmək üçün mükəmməl) bir Kitab (Qur’an) gətirdik.

Biz onlara bu Quranı göndərdik. O, Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil edilən bir kitabdır. Biz o kitabda bəyan etdiyimizi elmlə izah etmişik. O kitab, möminləri haqq yoluna yönəldəndir, dünya və axirət xeyirlərinə dəlalət etdiyinə görə onlar üçün rəhmətdir.

Al-A'raaf 7:52Listen in Qur'an →
53

هَلْ يَنظُرُونَ إِلَّا تَأْوِيلَهُۥ ۚ يَوْمَ يَأْتِى تَأْوِيلُهُۥ يَقُولُ ٱلَّذِينَ نَسُوهُ مِن قَبْلُ قَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِٱلْحَقِّ فَهَل لَّنَا مِن شُفَعَآءَ فَيَشْفَعُوا۟ لَنَآ أَوْ نُرَدُّ فَنَعْمَلَ غَيْرَ ٱلَّذِى كُنَّا نَعْمَلُ ۚ قَدْ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Onlar (kafirlər) ancaq aqibətimi (Kitabın xəbər vediyi aqibətimi) gözləyirlər? Onun xəbər verdiyi aqibət (qiyamət) gəlib çatdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: “Doğrudan da, Rəbbimizin elçiləri (bizə) haqqı gətirmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?” Onlar özlərinə ziyan etdilər. Uyduqları (bütlər də) onlardan uzaqlaşıb qeyb oldu.

Kafirlər yalnız axirətdə onlara ağrılı-acılı əzabın baş veriləcəyi xəbər­inin baş verməsini göz­lə­yir­lər. Onlara xəbər verilən ağrılı-acılı əzabın baş verməsi və möminlərə vəd edilən savabın gəlib yetişdiyi gün, dünya həyatında Quranı unu­dub, ona əməl etməyən kəslər de­yə­­cəklər: "Hə­qi­qətən də, Rəbbi­mizin el­çiləri heç bir şəkk-şübhə olmayan haqqı gətir­miş­dilər və onun Allahdan olması barədə heç bir şübhə yoxdur. Kaş, bizi əzabdan xilas etmək üçün Allah yanında bizim tərəfimizi sax­layan vasitəçilərimiz olaydı. Yaxud dünya həyatına geri qay­ta­rı­lıb etdiyimiz pis əməllərin əvəzinə saleh əməllər edib əzabdan canımızı qurtarardıq". Kafirlər etdikləri günahlar üzündən özlərini həlaka sürükləyərək ziyana uğradı­lar. Allahdan başqa ibadət etdikləri isə onlardan geyb oldu və onlara heç bir fayda verə bilmədilər.

Al-A'raaf 7:53Listen in Qur'an →
54

إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ يَطْلُبُهُۥ حَثِيثًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتٍۭ بِأَمْرِهِۦٓ ۗ أَلَا لَهُ ٱلْخَلْقُ وَٱلْأَمْرُ ۗ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ

Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sür’ətlə tə’qib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!

Ey İnsanlar! Doğrudan da, sizin Rəbbiniz göyləri və yeri altı gündə misilsiz yara­dan, son­ra da sizim dərk edə bilməyəcəyimiz tərzdə, Öz Cəlalına layiq bir şəkildə ərşə ucalan Allah­dır. O, gecənin zülmətini gündüzün nuru ilə, gündüzün nurunu isə gecənin zülməti ilə aparır. Onlardan hər biri, bir-birini sür­ətlə təqib edər və bir anda olsun belə o birindən gecikməz, belə ki, biri getdikdə dər hal o birisi onu əvəz edər. Gü­nəşi, ayı və ulduzları Öz əmrinə ta­be edərək xəlq edəndə də Pak olan Allahdır. Bilin ki, xəlq etmək bütünlüklə Allaha məxsusdur. Axı Ondan başqa xəlq edən kimdir? Hökm verməkdə yalnız Ona məxsusdur! Onun xeyiri, bərəkəti və lütfü boldur. Cəlal və kamillik sifətləri ilə vəsf olunan da yalnız aləm­lərin Rəbbi olan Allahdır.

Al-A'raaf 7:54Listen in Qur'an →
55

ٱدْعُوا۟ رَبَّكُمْ تَضَرُّعًۭا وَخُفْيَةً ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ

Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!

Ey Möminlər! Rəbbinizə dua edərkən riyakarlığa yol vermədən, Allaha şərik qoşmadan, Onun qarşısında tam zəlil və acizanə bir halda giz­li­cə dua edin! Şübhəsiz ki, O, dua edərkən həddi aşan­ları sevməz. Dua etdikdə ən böyük həddi aşan kimsələr, müşriklərin etdiyi kimi Allahdan başqasına dua edən kimsələrdir.

Al-A'raaf 7:55Listen in Qur'an →
56

وَلَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ بَعْدَ إِصْلَٰحِهَا وَٱدْعُوهُ خَوْفًۭا وَطَمَعًا ۚ إِنَّ رَحْمَتَ ٱللَّهِ قَرِيبٌۭ مِّنَ ٱلْمُحْسِنِينَ

Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!

Allah yer üzünə peyğəmbərlər göndərərək oranı tək Ona itaət etməklə islah etdikdən sonra, orada günahlar edərək yenidən fəsad törət­mə­yin. Alla­hın əzabının qorxusunu hiss edərək və Onun savabına ümid bəsləyərək Ona səmimi qəlbdən dua edin. Həqiqətən, Allahın rə­hməti yaxşılıq edənlərə yaxındır və sizdə o kimsələrdən olun!

Al-A'raaf 7:56Listen in Qur'an →
57

وَهُوَ ٱلَّذِى يُرْسِلُ ٱلرِّيَٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦ ۖ حَتَّىٰٓ إِذَآ أَقَلَّتْ سَحَابًۭا ثِقَالًۭا سُقْنَٰهُ لِبَلَدٍۢ مَّيِّتٍۢ فَأَنزَلْنَا بِهِ ٱلْمَآءَ فَأَخْرَجْنَا بِهِۦ مِن كُلِّ ٱلثَّمَرَٰتِ ۚ كَذَٰلِكَ نُخْرِجُ ٱلْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!

Küləkləri yağışın gəlişi ilə müj­dəçi ola­raq göndərən pak olan Allahdır. Nə­ha­yət, o küləklər su ilə dolu ağır bulud­ları daşıyar­kən, Biz o buludları qurumuş bir diyara tərəf gətirir, Biz onunla yağmur en­di­­rir və bu­ yağmurun vasi­təsi ilə bütün növ meyvə yetişdi­ri­rik. Biz meyvələri belə bir şəkildə çıxartdığımız kimi ölüləri də qəbirlərindən diri olaraq belə çıxartacağıq. Ey İnsanlar! Biz bunları, Allahın qüdrətini, misilsiz yaraqa olduğunu və Onun ölüləri diriltməyə qadir olduğunu xatırlamanız üçün etdik!

Al-A'raaf 7:57Listen in Qur'an →
58

وَٱلْبَلَدُ ٱلطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُۥ بِإِذْنِ رَبِّهِۦ ۖ وَٱلَّذِى خَبُثَ لَا يَخْرُجُ إِلَّا نَكِدًۭا ۚ كَذَٰلِكَ نُصَرِّفُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَشْكُرُونَ

Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü də az) yetişər. Biz ayələrimizi (ne’mətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik.

Yaxşı yerdə bitkilər Allahın izni ilə çox yaxşı, tam bir şəkildə yetişər. Mömin kimsə də belədir, öyüd-nəsihət eşidəndə ondan ibrət alar, yaxşı işlər görüb bundan faydalanar. Şoran yerdə olan bitkilər çox çətinliklə, kasad bir şəkildə yetişər. Kafir kimsə də belədir, öyüd-nəsihət eşidəndə ondan ibrət almaz, yaxşı işlər görməz və bundan heç bir fayda əldə etməz. Biz Allahın nemətlərinə küfr etməyən, əksinə, şükür edib və Rəbbinə tabe olan bir qövmə haqqı isbat etmək üçün dəlil və sübutları beləcə, növbənöv edirik.

Al-A'raaf 7:58Listen in Qur'an →
59

لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍۢ

Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”

Biz Nuhu öz qövmünə, onları tək Allaha ibadətə və Ondan başqasına ibadət etdiklərini tərk etməyə çağırmaq üçün elçi olaraq gön­dər­dik. Nuh onlara dedi: "Ey qöv­müm! Tək olan Alla­ha iba­dət edin. Si­zin Ondan başqa haqq məbudu­nuz yox­dur. Ey Qövmüm! Mən sizin, küfr əməllərə davam edəcəyiniz təqdirdə si­zə üz verəcək bö­yük gü­nün əzabın­dan qor­xuram!"

Al-A'raaf 7:59Listen in Qur'an →
60

قَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ

Tayfasının başçıları ona! “Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!, - deyə cavab verdilər.

Qövmünün hakim və kübar təbəqəsində olanları de­di­lər: "Ey Nuh! Doğrudan da, biz sənin həqiqətdən açıq-ay­dın uzaq olduğunu gö­rürük!".

Al-A'raaf 7:60Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.