Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 206

41

لَهُم مِّن جَهَنَّمَ مِهَادٌۭ وَمِن فَوْقِهِمْ غَوَاشٍۢ ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ

Onlar üçün Cəhənnəmdən (cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!

Yalan sayan və təkəbbürlük edən kimsələrə Cəhənnəm odun­­dan üzərində oturmaları üçün yataq və üstlərinə örtmək üçün atəşdən yorğan ola­caq­dır. Biz, küfr və üz çevirərək Allahın hüdudlarını aşan kimsələri belə bir cəza ilə cəza­lan­dı­rırıq.

Al-A'raaf 7:41Listen in Qur'an →
42

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!

Rəbbinə iman gətirib, bacardığı qədər yaxşı əməl edənlər isə Cənnət sa­kinləri­dir. On­lar ora daxil olub, orada əbədi qalacaqlar. Biz hər kəsi onun bacardığından artıq qədər yükləmərik.

Al-A'raaf 7:42Listen in Qur'an →
43

وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّۢ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ ۖ وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى هَدَىٰنَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهْتَدِىَ لَوْلَآ أَنْ هَدَىٰنَا ٱللَّهُ ۖ لَقَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِٱلْحَقِّ ۖ وَنُودُوٓا۟ أَن تِلْكُمُ ٱلْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ

Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir.

Allah onların qəlblərindəki kin-kü­durəti çıxardıb, qəlblərini bu kimi şeylərdən təmizləməsi, Allahın Cənnət sakinlərinə olan nemətlərini tamamlamasıdır. On­ların ayaqları al­tından çay­lar axacaqdır. Onlar isə Allahın onlara bəxş etdiyi nemətləri etiraf edərək deyəcəklər: "Bi­zi bu dərəcəyə nail olmaq üçün saleh əmələ müvəffəq edən Allaha həmd olsun! Əgər Allah bizi buna müvəffəq etməsəydi, biz özümüz bu dərəcəyə müvəffəq ola bilməzdik. Əlbəttə, bizə Rəbbi­mizin el­çi­ləri heç bir şəkk-şübhə olmayan, Cənnət və Cəhənnəm barədə düzgün olan haq­qı gətirmişdi­lər". Onlara belə xitab ediləcək­dir: "Bu, elçilərimin dünyada ikən sizə xəbər verdiyi Cənnətdir, Allah bunu, ixlasla etdiyiniz saleh əməllərinizə görə sizin üçün hazırlamışdlr!"

Al-A'raaf 7:43Listen in Qur'an →
44

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلْجَنَّةِ أَصْحَٰبَ ٱلنَّارِ أَن قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّۭا فَهَلْ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمْ حَقًّۭا ۖ قَالُوا۟ نَعَمْ ۚ فَأَذَّنَ مُؤَذِّنٌۢ بَيْنَهُمْ أَن لَّعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ

Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə və’d etdiyini (axirət ne’mətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə və’d etdiyini (cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?” – deyə soruşacaq. Onlar: “Bəli!” – deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): “Allah zalımlara lə’nət eləsin!” – deyə səslənəcək.

Cənnət və Cəhənnəm əhlindən hər iki dəstə, onlar üçün hazırlanmış yerlərinə daxil olduqdan sonra Cənnətin əbədi sakinləri, Cəhənnəmin əbədi sakin­lə­rini səs­lə­yib deyəcəklər: "Biz Rəb­bi­mi­zin bizə Cənnətdə vəd etdiyinin doğru olduğunu gördük və Rəbbimiz bizi ora daxil olmağa müvəffəq etdi. Ey kafirlər! Siz də Rəb­bi­ni­zin sizə Cəhənnəmdə vəd etdiyinin doğru olduğunu gördünüz­mü?" Kafirlər: "Rəbbimizin bizə Cəhənnəmdə vəd etdiyini doğru olduğunu gördük!"– deyə­cəklər. Bu zaman bir car­çı: "Allah zalımləri Öz rəhmətindən məhrum etməsi!" – deyərək dua edəcəkdir. Artıq Allah onlara dünya həyatında Öz rəhmə qapılıranı açmış, amma onlar isə bundan üz çevirmişdilər.

Al-A'raaf 7:44Listen in Qur'an →
45

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًۭا وَهُم بِٱلْءَاخِرَةِ كَٰفِرُونَ

O kəslər ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyər və axirətdə də inkar edərlər!”

Məhz o zalım kəslərə ki, şəxsən özləri insanları Allah yo­lundan sapdırır, başqalarını da buna sövq etdirir, insanların haqq yolunun tutmaması üçün daima bu yolu onlara əyri gös­tərməyə çalışır, axi­rəti inkar edir və ona hazırlıq da görmürlər.

Al-A'raaf 7:45Listen in Qur'an →
46

وَبَيْنَهُمَا حِجَابٌۭ ۚ وَعَلَى ٱلْأَعْرَافِ رِجَالٌۭ يَعْرِفُونَ كُلًّۢا بِسِيمَىٰهُمْ ۚ وَنَادَوْا۟ أَصْحَٰبَ ٱلْجَنَّةِ أَن سَلَٰمٌ عَلَيْكُمْ ۚ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ

Onların ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə (səs, maneə) və Ə’raf (Cənnətlə Cəhənnəm arasındakı səddin yüksəklikləri) üzərində isə (savabları və günahları, xeyir və şər əməlləri bərabər olan) insanlar (kişilər) vardır ki, onlar hamını (cənnətlikləri və cəhənnəmlikləri) üzündən tanıyıb cənnət əhlinə: “Sizə salam olsun!” - deyə müraciət edərlər. Bunlar (ə’raf əhli) çox istədiklərinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmamış (lakin Ə’rafda günahları təmizləndikdən sonra daxil olacaq) kimsələrdir.

Bu iki tərəfin - Cənnət və Cəhənnəm əhli arasında "əl-Əraf" yəni, sədd deyilən hündür bir maneə vardır və bu hündür maneənin üzərində isə yaxşı əməlləri ilə pis əməlləri eyni səviyyədə olan insanlar vardır. Onlardan Cənnət əhlinin üzlərinin ağlığı və Cəhənnəm əhlinində üzlərinin qaralığı kimi əlamətləri ilə ta­nıyan insan­lar ola­caqdır ki, onlar Cən­nət əhlini səs­lə­yib hörmət əlaməti olaraq: "Sizə salam ol­sun!"–deyə­cəklər. əl-Əraf əhli, Allahın rəhməti ilə ora daxil olmağı ümid etdikləri halda hələ Cənnətə daxil olmayan kimsələrdir.

Al-A'raaf 7:46Listen in Qur'an →
47

۞ وَإِذَا صُرِفَتْ أَبْصَٰرُهُمْ تِلْقَآءَ أَصْحَٰبِ ٱلنَّارِ قَالُوا۟ رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ

Onların nəzərləri cəhənnəm əhlinə çevrildiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” - deyərlər.

Sədd əhlinin gözləri Cəhənnəm əhlinə tərəf çevrildikdə və onların çəkdikləri şiddətli əzaba şahid olduqları zaman Allaha dua edərək deyə­cək­lər: "Ey Rəbbimiz, bizi küfr edərək və Sənə şərik qoşaraq öz nəfsinə zülüm edən zalım­lara tay tutma!"

Al-A'raaf 7:47Listen in Qur'an →
48

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلْأَعْرَافِ رِجَالًۭا يَعْرِفُونَهُم بِسِيمَىٰهُمْ قَالُوا۟ مَآ أَغْنَىٰ عَنكُمْ جَمْعُكُمْ وَمَا كُنتُمْ تَسْتَكْبِرُونَ

Ə’raf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yiğdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi”, - deyəcək.

Sədd əhli onları üzlərinin qaralığı və gözlərinin göylüyü kimi əlamət­lərin­dən ta­nı­dıq­la­rı Cəhənnəm əhlindən olan kafirlərə səsləyib de­yə­cək­lər: "Sizə nə yığdığınız mal-dövlət, oğul-uşaq, nə də ki, təkəbbür­lük gös­tər­ərək haqqdan üz çevirməyiniz fayda vermədi".

Al-A'raaf 7:48Listen in Qur'an →
49

أَهَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقْسَمْتُمْ لَا يَنَالُهُمُ ٱللَّهُ بِرَحْمَةٍ ۚ ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ لَا خَوْفٌ عَلَيْكُمْ وَلَآ أَنتُمْ تَحْزَنُونَ

(Və fağır, yoxsul mö’minləri kafirlərin böyüklərinə göstərərək:) “Allah onları Öz mərhəmətinə nail etməyəcək, -deyə and içdiyiniz kəslər bunlarmıdır?” – söyləyəcəklər. (O anda Allah həmin mö’minlərə müraciətlə belə buyuracaq:) “Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!”

Allaha kafirlərə məzəmmət edərək deyəcəkdir: "Allah onlara mərhəmət nəsib et­məyəcək"– deyə ba­rə­sin­də and içdi­yiniz kəslər bun­lar­dırmı?" Allah möminlərə deyəcək: "Ey Möminlər! Cən­nə­tə girin! Sizi qarşıda gözləyən şeylərə görə, sizə heç bir qorxu yoxdur və Cənnətdə sizə bəxş edilən əbədi nemətləri gördükdə isə dünyada ikən əldə edə bilmədiyiniz dünya nemətlərinə görə siz kədərlən­məyəcək­si­niz".

Al-A'raaf 7:49Listen in Qur'an →
50

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلنَّارِ أَصْحَٰبَ ٱلْجَنَّةِ أَنْ أَفِيضُوا۟ عَلَيْنَا مِنَ ٱلْمَآءِ أَوْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ ۚ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلْكَٰفِرِينَ

Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər.

Cəhənnəm əhli Cənnət əh­lini səs­lə­yib onlardan özlərinə bir çıxış yolu axtararaq deyəcəklər: "Ey Cənnət əhli! Üs­tü­müzə bir az su tökün və ya Allahın sizə ruzi olaraq verdiyi təamdan bizə də bir qədər verin!" Cənnət əhli onlara deyəcək: "Allah bu nemətləri kafirlərin etdikləri günahlar ucbatından onlara haram etmişdir. Biz isə Allahın sizə haram etdiyi bir şeyi sizə yardım edə bilmərik".

Al-A'raaf 7:50Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.