لَهُم مِّن جَهَنَّمَ مِهَادٌۭ وَمِن فَوْقِهِمْ غَوَاشٍۢ ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ
Onlar üçün Cəhənnəmdən (cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!
Yalan sayan və təkəbbürlük edən kimsələrə Cəhənnəm odundan üzərində oturmaları üçün yataq və üstlərinə örtmək üçün atəşdən yorğan olacaqdır. Biz, küfr və üz çevirərək Allahın hüdudlarını aşan kimsələri belə bir cəza ilə cəzalandırırıq.