Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 206

31

۞ يَٰبَنِىٓ ءَادَمَ خُذُوا۟ زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍۢ وَكُلُوا۟ وَٱشْرَبُوا۟ وَلَا تُسْرِفُوٓا۟ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ

Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!

Ey Adəm övladları! Övrət yerinizi örtən libasınızı, namaz qılarkən və təvaf edərkən təmiz və gözəl geyim­lə­rinizi ge­yin. Allahın sizə halal etdiyi pak ruzilərdən istədiyiniz qədər yeyin-için, lakin həddi aşaraq is­rafa yol verməyin və halalı tərk edib harama keçməyin. Şübhəsiz ki, Allah həddi aşaraq israf edənləri sevməz!

Al-A'raaf 7:31Listen in Qur'an →
32

قُلْ مَنْ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِىٓ أَخْرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَٰتِ مِنَ ٱلرِّزْقِ ۚ قُلْ هِىَ لِلَّذِينَ ءَامَنُوا۟ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا خَالِصَةًۭ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ

(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız mö’minlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.

Ey Peyğəmbər! Allahın, libas, pak ruzi və s. bu kimi halal etdiyi şeyləri haram edən müşriklərə cavab olaraq de: "Zinət əşyası olan libasınızı və Allahın sizə ruzi olaraq bəxş etdiyi pak yeməkləri və içkiləri sizə kim haram etmişdir?! Ey Peyğəmbər! De: "Bu pak ruzilərə dünya həya­tında bütün insanlar - möminlər və kafirlər şərik olsalar da, Qiyamət günü isə bunlar yalnız mömin­lərə məxsus­ olacaq və heç bir kafirin bu ruzilərdən payı olmayacaq. Çünki Cənnət kafirlərə haramdır". Biz ayələri dərk edən adamlar üçün belə bir təfsilatla izah edirik. Çünki bu ayələrdən ibrət alan elə məhz onlardır.

Al-A'raaf 7:32Listen in Qur'an →
33

قُلْ إِنَّمَا حَرَّمَ رَبِّىَ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَٱلْإِثْمَ وَٱلْبَغْىَ بِغَيْرِ ٱلْحَقِّ وَأَن تُشْرِكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًۭا وَأَن تَقُولُوا۟ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur.

Ey Peyğəmbər! Allahın halal etdiyi şeyləri haram edən müşriklərə de: "Həqiqətən Allah qullarına həm aşkar, həm də gizli edilən çirkin, nalayiq əməl­ləri, bütün günahı, insanların canlarına, mallarına və namuslarına haq­sız­casına toxunaraq insalara zülm etməyi, heç bir dəlilliniz olmadan başqasını Allaha şərik qoş­mağınızı və Allahın adları, sifətləri, feilləri və şərəti barədə elmsiz danışmağı haram bu­yur­muşdur".

Al-A'raaf 7:33Listen in Qur'an →
34

وَلِكُلِّ أُمَّةٍ أَجَلٌۭ ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةًۭ ۖ وَلَا يَسْتَقْدِمُونَ

Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!”

Hər bir nəslin və əsrin əcəli qabaqcadan müəyyə edilmiş məhdud bir müddəti var­dır. On­ların qabaqcadan müəyyən edilmiş əcəli gəldiyi za­man bir­cə an nə yuba­nar, nə də qabağa keçə bi­lərlər.

Al-A'raaf 7:34Listen in Qur'an →
35

يَٰبَنِىٓ ءَادَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌۭ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ ءَايَٰتِى ۙ فَمَنِ ٱتَّقَىٰ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

Ey Adəm övladları! Əgər sizə öz qövmünüzdən olan Mənim elçilərim gəlib Mənim kitablarımdan onlara nazil edilən ayələ­ri­ sizə oxuduqda onlara itaət edin və onların gətirdiklərinə tabe olun. Allahın əmrlərinə tabe olub və qadağalarından çəkinərək Allahdan qorxub və öz əməllərini islah edən şəxs­lə­rin Qiyamət günü heç bir qorxusu yox­dur və onlar dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlənməyə­cəklər.

Al-A'raaf 7:35Listen in Qur'an →
36

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَٱسْتَكْبَرُوا۟ عَنْهَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar!

Amma ayələrimizi təkzib edib bu ayələrə iman etməyən və elçiləri onlara gətirdiklərinə təkəbbürlük yanaşıb əməl etməyən kafirlərə gəldikdə isə onlar odda əbədi qalacaq cəhənnəm sakinləridirlər.

Al-A'raaf 7:36Listen in Qur'an →
37

فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۚ أُو۟لَٰٓئِكَ يَنَالُهُمْ نَصِيبُهُم مِّنَ ٱلْكِتَٰبِ ۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمْ رُسُلُنَا يَتَوَفَّوْنَهُمْ قَالُوٓا۟ أَيْنَ مَا كُنتُمْ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ ۖ قَالُوا۟ ضَلُّوا۟ عَنَّا وَشَهِدُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا۟ كَٰفِرِينَ

Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (lövhi-məhfuzda) yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” – deyincə: “Onlar bizi qoyub qaçdılar!” – deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər.

Allahın şəriki olduğunu iddia edən və ya Onu naqislikdə itiham edən, yaxud Allahın demədiyi bir şeyi Onun adından deyib Allaha qarşı yalan uy­du­ran, yaxud da Allahın doğru yoluna aparan açıq-aydın ayələrini ya­lan hesab edən kim­sədən daha zalım heç kəs ola bilməz. Bu sifətləri özündə cəm edən kimsələr Lövhi-Məh­fuzda yazılmış xeyir və şər nə­siblərini alacaqlar. Nəhayət, ölüm mələyi və onun mələklərdən olan köməkçiləri onla­rın canını al­maq üçün yan­la­rı­na gəldiyi zaman onlara məzəmmət edərək: "Allah­­dan savayı ibadət etdiyiniz ilahlar ha­rada­dır?! Elə isə onları çağırın sizin imdadınıza yetişsinlər" – dedikdə. Müşriklər mələklərə: "İbadət etdiyimiz bütlər bizi qoyub getdilər, yox oldular və biz onların harada olduqlarını bilmirik!"– deyəcəklər. Beləliklə də, onlar özlərinin ka­fir ol­duqlarını təsdiq edəcək, lakin onların o vaxt təsqiq etmələri onlara heç bir fayda verməyəcəkdir.

Al-A'raaf 7:37Listen in Qur'an →
38

قَالَ ٱدْخُلُوا۟ فِىٓ أُمَمٍۢ قَدْ خَلَتْ مِن قَبْلِكُم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ فِى ٱلنَّارِ ۖ كُلَّمَا دَخَلَتْ أُمَّةٌۭ لَّعَنَتْ أُخْتَهَا ۖ حَتَّىٰٓ إِذَا ٱدَّارَكُوا۟ فِيهَا جَمِيعًۭا قَالَتْ أُخْرَىٰهُمْ لِأُولَىٰهُمْ رَبَّنَا هَٰٓؤُلَآءِ أَضَلُّونَا فَـَٔاتِهِمْ عَذَابًۭا ضِعْفًۭا مِّنَ ٱلنَّارِ ۖ قَالَ لِكُلٍّۢ ضِعْفٌۭ وَلَٰكِن لَّا تَعْلَمُونَ

(Allah qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə (özündən əvvəlki) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lə’nət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”

Mələklər onlara deyəcəklər: "Ey Müşriklər! Sizdən əvvəl küfr və zəlalət üzərində gə­lib-getmiş cin və in­san tay­fa­la­rı ilə bir­likdə oda girin!" Hər hansı bir tay­fa oda gir­dikcə ondan qabaq oda girən di­gər tayfaları lə­nətlə­yə­cək­dir. Nə­hayət, hamısı orada bir-biriləri ilə qarşılaşıb, top­lan­dığı zaman ora sonda girən səfeh başçılarının ardınca gedənlər onlardan əv­vəl girən başçıları barə­sində deyə­cəklər: "Ey Rəbbimiz! Bun­lar­­ bizim başçılarımızdır, bizi haqq yolundan azdıran məhz elə bunlardır! Onlar bizə zəlaləti gözəl göstərdikləri üçün on­la­ra iki­qat əzab ver!" Allah onlara cavab olaraq deyə­cəkdir: "Sizdən hər bir tayfanı ikiqat əzab gözləyir, lakin siz bundan cahilsiz və bunu dərk etmirsiniz!"

Al-A'raaf 7:38Listen in Qur'an →
39

وَقَالَتْ أُولَىٰهُمْ لِأُخْرَىٰهُمْ فَمَا كَانَ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۢ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْسِبُونَ

Əvvəl gələnlər isə sonrakılara: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. (Biz sizi günah işlərə məcbur etmədiyimiz, əksinə, siz onları könüllü surətdə gördüyünüz üçün hər ikimiz eyni əzaba düçar olmalıyıq). Buna görə də qazandığınız günahların cəzası olaraq dadın əzabı! – deyəcəklər.

Tabe olunan başçılar onların ardınca gələnlərə de­­yə­cək­lər: "Ey Bizim ardımızca gələn kimsələr! Əzabı sizdən yüngülləşdirmək üçün sizin bizim üzə­ri­miz­də heç bir üs­tün­lüyünüz olma­yıb. Əsas sizin etdiyiniz əməllərdir. Öz istəyinizə tabe olduğunuza görə sizin bu gün üzür gətirmək üçün heç bir haqqınız yoxdur. Ey bizə tabe olanlar! Elə isə qazandığınız küfr və günah əməllərə görə bizim daddığımız əzabı siz də da­dın!"

Al-A'raaf 7:39Listen in Qur'an →
40

إِنَّ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَٱسْتَكْبَرُوا۟ عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ أَبْوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدْخُلُونَ ٱلْجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلْجَمَلُ فِى سَمِّ ٱلْخِيَاطِ ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُجْرِمِينَ

Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!

Şübhəsiz ki, aşıq-aydın ayələrimizi yalan sa­yanlara, onlara boyun əyməkdən tə­kəb­bür­lüklə ya­na­şan və hər bir xeyirdən ümüdlərini kəsən kimsələrə öldükləri zaman küfürləri səbəbindən həm əməlləri üçün həm də ki, ruhlarının səmaya qalxması üçün gö­yün qapı­ları açılmayacaq və dəvə - o, ən böyük heyvanlardan biridir - əşyaların ən darı həcmlisi olan iynənin dəliyindən keçməyincə on­lar heç vaxt Cən­nətə girməyəcəklər. Bu, qeyri-mümkün olan bir işdir, çünki onların Cənnətə girmələri üçün qoyulan şərt, həyata keçməsi mümkün deyildir. Allah günah­ları çox olan kimsəni belə bir cəza ilə cəzalan­dıracaqdır.

Al-A'raaf 7:40Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.