Ey Adəm övladları! Şeytan, sizə günah işləri gözəl göstərib, övrət yerini örtən, hissi libası, yaxud təqva libasını soyunduraraq sizi azdırmasın. Çünki şeytan, ata-ananızı aldatıb onların hər ikisinə Cənnətdəki ağacın meyvəsindən yeməyi gözəl göstərib, övrət yerlərinin özlərinə göstərməyə və sonda onların Cənnətdən qovulmasına səbəb olmuşdur. Şübhəsiz ki, şeytan və onun nəsli, siz onları görüb müşahidə edə bilməsəniz də, onlar sizi görüb müşahidə edə bilirlər. Həqiqətən, Biz, şeytanları Allaha iman gətirməyənlərin dostları etdik. Amma xeyirxah işlər görən möminlərə gəldikdə isə, şeytan onlara heç bir zərər yetirə bilməz.