الٓمٓصٓ
Əlif, Lam, Mim, Sad.
(Əlif. Ləm. Mim. Sad). əl-Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
سُورَةُ الأَعۡرَافِ
Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies
Ayahs 1–10 of 206
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
الٓمٓصٓ
Əlif, Lam, Mim, Sad.
(Əlif. Ləm. Mim. Sad). əl-Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
كِتَٰبٌ أُنزِلَ إِلَيْكَ فَلَا يَكُن فِى صَدْرِكَ حَرَجٌۭ مِّنْهُ لِتُنذِرَ بِهِۦ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ
Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və mö’minlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. (Ya Rəsulum!) Ondan (onun təbliğindən) ötrü ürəyində bir sıxıntı olmasın!
Ey Peyğəmbər! Qurani Kərim Allahın sənə nazil etdiyi bir kitabdır. Elə isə ona görə qəlbində heç bir sıxıntı və səkk-şübhən olmasın. Allah bu kitabı sənə insanları qorxutmaq, onlar üzərində hüccət qaldırmaq və möminlərə öyüd-nəsihət vermək üçün nazil etmişdir. Çünki öyüd-nəsihətdən faydalanan kimsələr məhz onlardır.
ٱتَّبِعُوا۟ مَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَا تَتَّبِعُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ۗ قَلِيلًۭا مَّا تَذَكَّرُونَ
Rəbbinizdən sizə nazil edilənə (Qur’ana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!
Ey İnsanlar! Rəbbinizin sizə nazil etdiyi Kitaba və peyğəmbərinizin sünnəsinə tabe olun. Şeytanlardan olan dostlara, yaxud rahiblərə tabe olub, Allahın sizə nazil etdiyini tərk edərək nəfslərinizin istəklərinə meyl edib, onları özünüzə dost tutmayın. Həqiqətən, siz necə də az öyüd-nəsihət dinləyirsiniz. Əgər siz öyüd-nəsihət dinləsəydiz, o zaman haqqı hər bir şeydən üstün tutardınız, peyğəmbərinizin yoluna tabe olub, ona əməl edib və ondan başqa olan şeyləri tərk edərdiz.
وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَا فَجَآءَهَا بَأْسُنَا بَيَٰتًا أَوْ هُمْ قَآئِلُونَ
Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara (Lut peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud (Şüeyb peyğəmbərin qövmünə) günün günorta çağı (istirahət edərkən) gəldi.
Küfr və azğınlıqında israr etdiklərinə görə əzabımızla həlak etdiyimiz çoxlu sayda kəndlər vardır. Şiddətli əzabımız onlara gecə ikən yaxud günorta çağı, qəfil gəldiyi zaman, onlar nə özlərini əzabdan müdafiə etməyi bacardılar, nə də ki, iddia etdikləri bütləri onları əzabdan müdafiə etdi.
فَمَا كَانَ دَعْوَىٰهُمْ إِذْ جَآءَهُم بَأْسُنَآ إِلَّآ أَن قَالُوٓا۟ إِنَّا كُنَّا ظَٰلِمِينَ
Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmuşuq!” – deməkdən başqa heç bir sözləri olmamışdır.
Əzab gəldikdən sonra onların halı, Allaha küfr etdiklərinə görə, öz nəfislərinə zülm etdiklərini iqrar etməkdən başqa bir şey olmamışdır.
فَلَنَسْـَٔلَنَّ ٱلَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْـَٔلَنَّ ٱلْمُرْسَلِينَ
(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik.
Biz, Qiyamət günü elçilərimizi göndərdiyimiz ümmətləri, elçilərə nə cavab verdikləri barədə və elçiləri əmr olunduqları təbliğ barədə mütləq sorğu-suala tutacağıq.
فَلَنَقُصَّنَّ عَلَيْهِم بِعِلْمٍۢ ۖ وَمَا كُنَّا غَآئِبِينَ
Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı Biz qaib deyildik (onların yanındaydıq).
Biz bütün məxluqata dünyada etdikləri əməllər barədə Öz elmimizlə xəbər verəcəyik. Artıq Biz onların bütün etdiklərini bilirik, çünki heç bir əməl Bizə gizli qalmaz və Biz heç vaxt onlardan qaib olmadıq.
وَٱلْوَزْنُ يَوْمَئِذٍ ٱلْحَقُّ ۚ فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!
Qiyamət günü əməllərin tərəzidə çəkilməsi heç bir zülmə yol verilmədən ədalətli şəkildə olacaqdır. Tərəzidə yaxşı əməlləri pis əməllərindən ağır gələnlər - məhz onlar Cənnətə nail olub, Cəhənnəmdən xilas olan kimsələrdir.
وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُم بِمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَظْلِمُونَ
Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir.
Tərəzidə pis əməlləri yaxşı əməllərindən ağır gələnlər isə Allahın ayələrini inkar etdiklərinə və nəfslərini həlaka sürüklədiklərinə görə özlərini ziyana uğradan kimsələrdir.
وَلَقَدْ مَكَّنَّٰكُمْ فِى ٱلْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَٰيِشَ ۗ قَلِيلًۭا مَّا تَشْكُرُونَ
Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!
Ey Adəm övladı! Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq səbəbləri yaratdıq. Bunun müqabilində siz Allaha şükür etməli idiniz, lakin Allaha şükür etməniz necə də azdır!
Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.