Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 206

21

وَقَاسَمَهُمَآ إِنِّى لَكُمَا لَمِنَ ٱلنَّٰصِحِينَ

Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”,- deyə and içdi.

Üstəlik onların hər ikisi üçün: "Ey Adəm və Həvva! Şübhə­siz ki, mən sizə dediyim bu işdə sizin nəsihətçi­ləri­niz­də­nəm" – deyə Allaha and içdi.

Al-A'raaf 7:21Listen in Qur'an →
22

فَدَلَّىٰهُمَا بِغُرُورٍۢ ۚ فَلَمَّا ذَاقَا ٱلشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ ٱلْجَنَّةِ ۖ وَنَادَىٰهُمَا رَبُّهُمَآ أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا ٱلشَّجَرَةِ وَأَقُل لَّكُمَآ إِنَّ ٱلشَّيْطَٰنَ لَكُمَا عَدُوٌّۭ مُّبِينٌۭ

Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”

Beləliklə, şeytan onları tov­layıb aldataraq Cənnətdə olduqları yerdən aşağı en­dirdi. Hər ikisi də qadağan olunduqları ağac­dan yedikdə, övrət yerləri özlərinə gö­ründü və on­lar Cənnət yarpaq­ların­dan ayıb yer­lərinin üstünə yapışdırmağa baş­la­dılar. Rəbbi onlara be­lə xitab etdi: "Mən sizə bu ağacdan yeməyi qa­­da­ğan etmədimmi və hər ikinizi şeytanın şərindən çəkindirərək o, si­zin açıq-aş­kar düşməniniz­dir, de­mə­dimmi?".

Al-A'raaf 7:22Listen in Qur'an →
23

قَالَا رَبَّنَا ظَلَمْنَآ أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ ٱلْخَٰسِرِينَ

(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər.

Adəm və Həvva: "Ey Rəbbi­miz! Sənin qadağan etdiyin ağacın meyvəsindən yeməklə biz öz nəfsimizə zülm etdik. Əgər günahımızı ba­ğış­la­ma­san və bizə Öz rəhmətinlə rəhm etməsən, əlbəttə, dünya və axirət payımızı itirməklə zi­yana uğ­ra­yan­lar­dan olarıq"– dedilər.

Al-A'raaf 7:23Listen in Qur'an →
24

قَالَ ٱهْبِطُوا۟ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّۭ ۖ وَلَكُمْ فِى ٱلْأَرْضِ مُسْتَقَرٌّۭ وَمَتَٰعٌ إِلَىٰ حِينٍۢ

(Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır”.

Allah Adəmə, Həvvaya və İblisə dedi: "Cənnətdən yer üzünə enin! Sizdən bir qisminiz digərinizin düşməni olacaq. Yer­də si­zin üçün müəyyən vaxta qədər qə­rar tutacağınız məs­kən və müəyyən olunmuş əcəl gəlib çatana qədər fay­da­lanmaq üçün isti­fadə edəcə­yiniz şeylər vardır".

Al-A'raaf 7:24Listen in Qur'an →
25

قَالَ فِيهَا تَحْيَوْنَ وَفِيهَا تَمُوتُونَ وَمِنْهَا تُخْرَجُونَ

(Allah) buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan (dirilib) çıxarılacaqsınız!”

Allah Adəmə, Həvvaya və onların nəslinə müraciət edərək dedi: "Siz bu yer üzündə Allahın müəyyən etdiyi əcəliniz gəlib çatana qədər ya­şayacaq, orada öləcək, dəfn olunacaq və Qiyamət günü sorgu-sual edilmək üçün ora­da qəbirlərinizdən çı­xa­rıla­caq­sı­nız".

Al-A'raaf 7:25Listen in Qur'an →
26

يَٰبَنِىٓ ءَادَمَ قَدْ أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًۭا يُوَٰرِى سَوْءَٰتِكُمْ وَرِيشًۭا ۖ وَلِبَاسُ ٱلتَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌۭ ۚ ذَٰلِكَ مِنْ ءَايَٰتِ ٱللَّهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.

Ey Adəm övladları! Biz övrət yer­lə­rinizi örtəsiniz deyə, sizin üçün zəruru libas və bir də insanlar arasınada bəzənmək üçün bəzəkli libas nazil etdik. Təqva - bu, Allahın əmrlərini yerinə yetirib qadağalarından cəkinməkdir - libası isə hissi libasdan daha xeyir­li­dir. Sizə deyilən bu libas, Allahın qüdrətinə dəlalət edən ayələrindəndir ki, bəlkə, Allahın sizə olan nemətlərini düşünüb və bu nemətlərə görə Ona şükür edəsiniz.

Al-A'raaf 7:26Listen in Qur'an →
27

يَٰبَنِىٓ ءَادَمَ لَا يَفْتِنَنَّكُمُ ٱلشَّيْطَٰنُ كَمَآ أَخْرَجَ أَبَوَيْكُم مِّنَ ٱلْجَنَّةِ يَنزِعُ عَنْهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوْءَٰتِهِمَآ ۗ إِنَّهُۥ يَرَىٰكُمْ هُوَ وَقَبِيلُهُۥ مِنْ حَيْثُ لَا تَرَوْنَهُمْ ۗ إِنَّا جَعَلْنَا ٱلشَّيَٰطِينَ أَوْلِيَآءَ لِلَّذِينَ لَا يُؤْمِنُونَ

Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik.

Ey Adəm övladları! Şey­tan, sizə günah işləri gözəl göstərib, övrət yerini örtən, hissi libası, yaxud təqva libasını soyunduraraq sizi azdırmasın. Çünki şeytan, ata-ananızı aldatıb onların hər ikisinə Cənnətdəki ağacın meyvəsindən yeməyi gözəl göstərib, övrət yerlərinin özlərinə gö­stərməyə və sonda onların Cənnətdən qovulmasına səbəb olmuşdur. Şübhəsiz ki, şeytan və onun nəs­li, siz onları görüb müşahidə edə bilməsəniz də, onlar sizi görüb müşahidə edə bilirlər. Hə­qi­­qə­tən, Biz, şeytanları Allaha iman gətirməyən­lə­rin dostları etdik. Amma xeyirxah işlər görən möminlərə gəldikdə isə, şeytan onlara heç bir zərər yetirə bilməz.

Al-A'raaf 7:27Listen in Qur'an →
28

وَإِذَا فَعَلُوا۟ فَٰحِشَةًۭ قَالُوا۟ وَجَدْنَا عَلَيْهَآ ءَابَآءَنَا وَٱللَّهُ أَمَرَنَا بِهَا ۗ قُلْ إِنَّ ٱللَّهَ لَا يَأْمُرُ بِٱلْفَحْشَآءِ ۖ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

(Şeytanla dost olanlar) ədəbsizlik (bütpərəstlik adəti üzrə Kə’bəni çılpaq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir”,- deyirlər. (Ya Peyğəmbərim!) De: “Allah ədəbsizlik (yaramaz işlər) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”

Müşriklər Allaha şərik qoşmaq, Kəbənin ətrafında çılpaq tavaf etmək və s. buna bənzər olduqca çirkin işlər gördükləri zaman ata-babalarından be­lə gör­düklərini və bunu Allahın onlara əmr et­diyini bəhanə gətirirlər. Ey Muhəmməd, onlara cavab olaraq de: "Allah günah əməlləri əmr et­məz. Əksinə, qadağan edər. Axı siz bunu yalandan necə iddia edirsiniz?! Ey Müşriklər! Yoxsa Allaha qarşı bil­mədiyiniz şeylər yalandan və Allaha iftira yaxaraq deyirsiniz?!"

Al-A'raaf 7:28Listen in Qur'an →
29

قُلْ أَمَرَ رَبِّى بِٱلْقِسْطِ ۖ وَأَقِيمُوا۟ وُجُوهَكُمْ عِندَ كُلِّ مَسْجِدٍۢ وَٱدْعُوهُ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ ۚ كَمَا بَدَأَكُمْ تَعُودُونَ

De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!

Ey Muhəmməd! Müşriklərə de: "Həqiqətən Allah ədalətli ol­mağı əmr etmişdir. O heç vaxt çirkin və pis əməlləri əmr etməmişdir. Allah, ümumiyyətlə, xüsusən də, məscidlərdə ixlasla Ona ibadət etmənizi və Allaha itaəti məhz Ona məxsus edə­rək, tək Ona dua etməyinizi əmr etmişdir. Allah sizi ilk dəfə yoxdan var etdiyi kimi, öldükdən sonra yenidən dirildəcəkdir. Sizi ilk dəfə yaratmağa qadir olan, sizi yenidən yaratmağa və qəbirlərdən dirildib çıxarmağa da qadirdir.

Al-A'raaf 7:29Listen in Qur'an →
30

فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ ٱلضَّلَٰلَةُ ۗ إِنَّهُمُ ٱتَّخَذُوا۟ ٱلشَّيَٰطِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱللَّهِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ

(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər.

Allah insanları iki qisimə bölmüşdür: Sizdən bir qisiminiz doğru yola yönəltdiyi, doğru yola aparan vasitələri ona asalnaşdırdığı və bu yolda olan maneələri ondan uzaqlaşdırdığı kimsələrdir. Di­gər­ bir qisiminiz isə haqq yoldan azmağa layiq görülən kimsələr. Çünki on­lar Alla­hı qo­yub şeytanları özlərinə dost tutdular, cahillikləri üzündən ona tabe oldular və bununla belə elə güman edirlər ki, onlar doğru yoldadırlar.

Al-A'raaf 7:30Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.