إِنَّ ٱلَّذِينَ ٱتَّقَوْا۟ إِذَا مَسَّهُمْ طَٰٓئِفٌۭ مِّنَ ٱلشَّيْطَٰنِ تَذَكَّرُوا۟ فَإِذَا هُم مُّبْصِرُونَ
Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar.
Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxanlara şeytandan özlərinə bir vəsvəsə toxunub günah etdikləri zaman Allahın əzəmətini, günahkarlara verəcəyi əzabı və itaətkarlara üçün hazırladığı savabı xatırlayıb, dərhal günahlardan tövbə edib öz Rəbbinə tərəf dönər, haqqa qayıdıb, qəflətdən ayılarlar.