Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 191–200 of 206

191

أَيُشْرِكُونَ مَا لَا يَخْلُقُ شَيْـًۭٔا وَهُمْ يُخْلَقُونَ

Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı (bütlərimi Allaha) şərik qoşarlar?

Məgər onlar bu bütləri və başqalarını ibadətdə Allaha şəriklərmi qoşurlar? Axi onlar o bütlərin heç bir şey yaratmadığlarını və ibadətə layiq olmadığlarını bilirlər. Əksinə, onlar özləri məxluqdurlar. Elə isə o bütləri necə Allaha şərik qoşurlar?!

Al-A'raaf 7:191Listen in Qur'an →
192

وَلَا يَسْتَطِيعُونَ لَهُمْ نَصْرًۭا وَلَآ أَنفُسَهُمْ يَنصُرُونَ

Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər!

Bu ibadət olunanlar, nə onlara ibadət edənlərə, nə də ki, özlərinə yardım etmək iqtidarında deyillər. Axi belə bir halda necə onlara ibadət edirlər?!

Al-A'raaf 7:192Listen in Qur'an →
193

وَإِن تَدْعُوهُمْ إِلَى ٱلْهُدَىٰ لَا يَتَّبِعُوكُمْ ۚ سَوَآءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنتُمْ صَٰمِتُونَ

Siz onları (müşrikləri və ya bütləri) doğru yola də’vət etsəniz, sizə tabe olmazlar. İstər onları də’vət edin, istər susun – birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur).

Ey Müşriklər! Siz Allahdan başqa özünüzə ilah qəbul etdiyniz bütləri doğru yola ça­ğır­sa­nız, onlar sizin çağırışınızı qəbul edib, sizin ardınızca gəl­məz­lər. Onları ça­ğırsanız da, sussanız da onlar üçün fərqi yoxdur. Çünki onlar anlamayan, eşitməyən və danışa bilməyən sadəcə cansız bir əşyadırlar.

Al-A'raaf 7:193Listen in Qur'an →
194

إِنَّ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ ۖ فَٱدْعُوهُمْ فَلْيَسْتَجِيبُوا۟ لَكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ

Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər.

Ey Müşriklər! Sizin Allahdan qeyri ibadət etdikləriniz Allahın yaratdığı məxluqlardır. Onlarda Allahın qullarıdır və sizin kimi məxluqdurlar. Bununla belə siz onlardan daha üstünsünüz, çünki siz dirisiniz, danışırsınız, gəzirsiniz, eşidib və görürsünüz. Amma ibadət ediyiniz bütlər isə heç də belə deyillər. Əgər iddainızda doğru de­yirsinizsə, elə isə onları çağırın, qoy sizə cavab ver­sinlər.

Al-A'raaf 7:194Listen in Qur'an →
195

أَلَهُمْ أَرْجُلٌۭ يَمْشُونَ بِهَآ ۖ أَمْ لَهُمْ أَيْدٍۢ يَبْطِشُونَ بِهَآ ۖ أَمْ لَهُمْ أَعْيُنٌۭ يُبْصِرُونَ بِهَآ ۖ أَمْ لَهُمْ ءَاذَانٌۭ يَسْمَعُونَ بِهَا ۗ قُلِ ٱدْعُوا۟ شُرَكَآءَكُمْ ثُمَّ كِيدُونِ فَلَا تُنظِرُونِ

Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: “Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!

Məgər özünüzə ilah qəbul etdiyiniz bu bütlərin öz ehtiyaclarını ödəmək üçün gəzib-dolaşan ayaqla­rı­mı vardır? Yoxsa sizi müdafiə edən qüvvətli əlləri vardır?! Yoxsa onla­rın sizin görmədiyiniz şeyləri görüb o haqqda sizə xəbər göz­ləri vardır?! Yoxsa onların sizin eşidib bilmədiyiniz şeyləri eşidib sizə bildirən qulaqla­rı vardır?! Əgər o bütləriniz bütün bu şeylərdən məhrumdurlarsa o zaman onlardan mənfəət umub, zərərdən qorunmaq üçün necə onlara ibadət edirsiniz?! Ey Peyğəmbər! O müşriklərə de: "Çağırın Allahla bərabər tutduğunuz ilahlarınızı, son­ra mənim əzabıma qarşı hiylə qurun və mənə heç möh­lət də verməyin!".

Al-A'raaf 7:195Listen in Qur'an →
196

إِنَّ وَلِۦِّىَ ٱللَّهُ ٱلَّذِى نَزَّلَ ٱلْكِتَٰبَ ۖ وَهُوَ يَتَوَلَّى ٱلصَّٰلِحِينَ

Şübhəsiz ki, mənim hamim Kitabı (Qur’anı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!

Həqiqətən, mənim hi­ma­yəda­rım, mənə yardım edən və məni qoruyan Allahdır. Mən Ondan başqasına üz tutmaram və sizin bütlərinizdən də qorxub çəkinmərəm. İnsanlara doğru yolu göstərən Quranı mənə nazil edən Odur. Qullarından əmə­li­sa­lehlərə hi­mayəçilik edən, onları qoruyan və onlara kömək olan da Odur!

Al-A'raaf 7:196Listen in Qur'an →
197

وَٱلَّذِينَ تَدْعُونَ مِن دُونِهِۦ لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَآ أَنفُسَهُمْ يَنصُرُونَ

Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!”

Ey Müşriklər! Dua edib çağırdığınız bu bütlər nə sizə, nə də ki, özlərinə yardım etməyə qadirdilər. Onlar aciz bir məxluqdurlar. Axı belə olan təqdirdə siz Allahı qoyub necə onlara dua edirsiniz?!

Al-A'raaf 7:197Listen in Qur'an →
198

وَإِن تَدْعُوهُمْ إِلَى ٱلْهُدَىٰ لَا يَسْمَعُوا۟ ۖ وَتَرَىٰهُمْ يَنظُرُونَ إِلَيْكَ وَهُمْ لَا يُبْصِرُونَ

Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!

Ey Müşriklər! Allahdan başqa ibadət etiyiniz bütlərinizi doğru yola ça­ğır­sa­nız, onlar sizin çağırışınızı eşitməzlər. Sən onları gözlərini dikib sənə ba­xan gö­rürsən, halbuki o gözlərlə görməzlər. Müşriklər insanlar və heyvanlar şəkilində, əlləri, ayağları və gözləri olan bütlər düzəldirdilər, lakin onlar cansızdırlar, diri deyillər və heç bir hərəkət etməyə də belə qadir deyillər.

Al-A'raaf 7:198Listen in Qur'an →
199

خُذِ ٱلْعَفْوَ وَأْمُرْ بِٱلْعُرْفِ وَأَعْرِضْ عَنِ ٱلْجَٰهِلِينَ

Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!

Ey Peyğımbər! İnsanlardan gözəl əməl və gözəl əxlaqları qəbul et, bacarmadıqları işlərlə onları mükəlləf etmə, çünki bu onlarda niftər hissi oyadar. Onlara hər bir yaxşı söz deməyi və hər bir yaxşı əməl etməyi əmr et və cahil­lər­dən üz döndər. Sənə cahillik edənə, cahilliklə qarşılıq vermə. Sənə əziyyət verənə, sən əziyyət vermə. Sənə haqqını verməyənə sən haqqını kəsmə.

Al-A'raaf 7:199Listen in Qur'an →
200

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيْطَٰنِ نَزْغٌۭ فَٱسْتَعِذْ بِٱللَّهِ ۚ إِنَّهُۥ سَمِيعٌ عَلِيمٌ

Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!

Ey Peyğəmbər! Əgər şeytanın sənə bir vəsvəsə yaxud sənə hər hansı bir xeyir əməl etməyə mane olduğunu hiss etsən, bu zaman onun şərindən Allaha sığın. Çün­ki Allah, dediyin sözü eşidəndir, Ona sığındığını biləndir və O, səni şeytanın şərindən qoruyacaqdır.

Al-A'raaf 7:200Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.