Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 206

11

وَلَقَدْ خَلَقْنَٰكُمْ ثُمَّ صَوَّرْنَٰكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ لَمْ يَكُن مِّنَ ٱلسَّٰجِدِينَ

Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.

Ey İnsanlar! Biz, atanız Adəmi xəlq etdik, sonra ona ən gözəl bir surət verib, onu ən gözəl bir biçimdə yaratdıq, sonra da mə­lək­lərə Adəmə hörmət əlaməti olaraq səc­də etmələrini əmr etdik. İb­lisdən başqa ha­mı­sı Allahın əmrinə boyun əyərək Adəmə səcdə etdi. Amma İb­lis təkəbbürluk və inadkarlıq edərək səcdə etməkdən qoyun qaçırdı.

Al-A'raaf 7:11Listen in Qur'an →
12

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ ۖ قَالَ أَنَا۠ خَيْرٌۭ مِّنْهُ خَلَقْتَنِى مِن نَّارٍۢ وَخَلَقْتَهُۥ مِن طِينٍۢ

(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.

Uca Allah İblisə, onu məzəmmət edərək dedi: "Mən sənə Adəmə səcdə etmək əmrini verdik­də sənə Mənim əmrimə tabe olmağa nə ma­ne oldu?" İblis Rəbbinə cavab olaraq dedi: "Mənim ondan əfzəl olmağım, məni ona səcdə etməyə mane oldu. Çünki Sən mə­ni oddan, onu isə pal­çıq­dan yaratmısan, od isə palçıqdan daha üstündür!

Al-A'raaf 7:12Listen in Qur'an →
13

قَالَ فَٱهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخْرُجْ إِنَّكَ مِنَ ٱلصَّٰغِرِينَ

(Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!”

Allah ona dedi: "Cənnətdən aşa­ğı en! Sənin orada təkəbbür­lük gös­tər­məyə heç bir haqqın yoxdur. Çünki Cənnət pakların və yaxşıların yeridir, orada olmaq sənə caiz deyildir. Sən özünü Adəmdən üstün görsən də, həqiqətdə sən zəlil və alçaqlardansan".

Al-A'raaf 7:13Listen in Qur'an →
14

قَالَ أَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

(İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”

İblis dedi: "Ey Rəbb! İnsanlardan bacardığım qədərini azdırmaq üçün mənə qəbirlərdən di­rildiləcəkləri günə qə­dər mə­nə möhlət ver".

Al-A'raaf 7:14Listen in Qur'an →
15

قَالَ إِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ

(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”

Allah ona dedi: "Ey İblis! Sura ilk dəfə üfürüləcəyi zaman bütün məxluqatın ölüb yalnız tək Allahın qalacağı gün, sən ölümə məhkum edilmiş kimsələrdən müstəsnasan".

Al-A'raaf 7:15Listen in Qur'an →
16

قَالَ فَبِمَآ أَغْوَيْتَنِى لَأَقْعُدَنَّ لَهُمْ صِرَٰطَكَ ٱلْمُسْتَقِيمَ

(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam!

İblis dedi: "Sənin Adəmə səcdə etmək əmrini tərk etdiyimə görə məni azdırdığın üçün, mən də Sə­nin düz yo­lu­nun üstündə oturub onları tov­la­yıb, azdıracaq və mən onların ataları Adəmə səcdə etməyib yolumdan azdığım kimi, onları da düz yoldan azdıracam".

Al-A'raaf 7:16Listen in Qur'an →
17

ثُمَّ لَءَاتِيَنَّهُم مِّنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَٰنِهِمْ وَعَن شَمَآئِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَٰكِرِينَ

Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”

Sonra onları axirətdən uzaqlaşdırıb, dünya həyatını sevdirmək, qəlblərinə şübhə salmaq və şəhvətləri gözəl göstərmək üçün mən onların yanına hər bir tərəfdən gələcə­m. Ey Rəbb! Sən onların ək­sə­riy­yə­ti­ni, küfrə meyil etdirdiyim üçün, Sənə şükür edən görməyə­cək­sən".

Al-A'raaf 7:17Listen in Qur'an →
18

قَالَ ٱخْرُجْ مِنْهَا مَذْءُومًۭا مَّدْحُورًۭا ۖ لَّمَن تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكُمْ أَجْمَعِينَ

(Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!

Allah ona dedi: "Ey İblis! Cənnətdən mənfur və Allahın rəhmətindən qovulmuş halda çıx! Mən Qiyamət günü Cəhənnəmi səninlə və sənin ardınca gedib, sənə itaət edən və öz Rəbbinə asi olan hər bir kəslə doldu­raca­ğam".

Al-A'raaf 7:18Listen in Qur'an →
19

وَيَٰٓـَٔادَمُ ٱسْكُنْ أَنتَ وَزَوْجُكَ ٱلْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ

Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!”

Allah Adəmə dedi: "Ey Adəm, sən zövcən Həvva ilə Cənnətdə qal və hər ikiniz oradakı pak meyvələrdən, istədiyiniz qədər, bol-bol yeyin, yalnız bu (qadağan etdiyim) ağacdan yeməyin! Əgər siz Mənim bu qadağamdan sonra həmin ağacdan yesəniz, Allahın hüdudlarını aşanlardan olarsınız".

Al-A'raaf 7:19Listen in Qur'an →
20

فَوَسْوَسَ لَهُمَا ٱلشَّيْطَٰنُ لِيُبْدِىَ لَهُمَا مَا وُۥرِىَ عَنْهُمَا مِن سَوْءَٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنْ هَٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ ٱلْخَٰلِدِينَ

Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”

İblis onların bir-birin­dən gizli qalan övrət yerlərini öz­lə­ri­nə göstərmək üçün on­lara gizlincə pıçıldayıb dedi: "Rəbbi­niz sizə bu ağacdan yeməyi qadağan etməsi yalnız sizin mələk olmağınızı yaxud da sizin Cənnətdə əbədi qalmağınızı istəməməsinə görədir".

Al-A'raaf 7:20Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.