Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 181–190 of 206

181

وَمِمَّنْ خَلَقْنَآ أُمَّةٌۭ يَهْدُونَ بِٱلْحَقِّ وَبِهِۦ يَعْدِلُونَ

Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.

Yaratdıqlarımız içərisində özlərini haqq yola sövq edən və başqalarını da bu yola dəvət edən, insanlar arasında haqqla hökm verib, zülm etməyən bir camaatda də vardır.

Al-A'raaf 7:181Listen in Qur'an →
182

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ

Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!

Ayələrimizi yalan sa­yıb, onlara iman etməyib, əksinə, inkar edənlərə öz azğınlıqlarında davam etmələri üçün ruzi qapılarını onların üzünə açacağıq, sonra heç öz­lərinin də bilməyə­cəkləri bir yerdən əzabımız qəflətən onları yaxalayacaqdır.

Al-A'raaf 7:182Listen in Qur'an →
183

وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ

Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-ne’mət içində yaşadıqları halda gözlənilmədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox ağırdır!

Mən onlara şiddətli əzab vermək üçün Allahın ayələrini yalan hesab edib, küfr etdiklərdə davam etsinlər deyə, ta özlərinə əzab olunmayacaqlarını zənn edənə qədər azabı onlara gecikdirirəm. Şübhəsiz ki, Mənim hiyləm qüvvətlidir. Onlara zahirən yaxşılıq etdiyimi göstərir amma həqiqətdə isə bununla onları rüsvay etmək istəyirəm.

Al-A'raaf 7:183Listen in Qur'an →
184

أَوَلَمْ يَتَفَكَّرُوا۟ ۗ مَا بِصَاحِبِهِم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌۭ مُّبِينٌ

Məgər (islamı qəbul etməli olan kəslər) düşünmürlərmi ki, onların yoldaşında (Peyğəmbərdə) hər bir cünunluq (dəlilik) əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxudandır!

Məgər Allahın ayələrini və Onun elçisini yalan hesab edən kimsələr fikirləşib, öz ağıllarını işlədərək başa düşmürlərmi ki, Muhəmməddə - sallallahu aleyhi və səlləm - heç bir də­lilik yox­dur? O ancaq Allahın əzabından açıq-aşkar qorxu­dan, Allahın onu insanlara göndərdiyi bir elçisidir!

Al-A'raaf 7:184Listen in Qur'an →
185

أَوَلَمْ يَنظُرُوا۟ فِى مَلَكُوتِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍۢ وَأَنْ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقْتَرَبَ أَجَلُهُمْ ۖ فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ

Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yerdəki səltənətinə, qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna (bu Qur’ana) inanmadıqdan sonra hansı kəlama inanacaqlar?

Məgər onlar göylərdə və yerdə Allahın səl­tənətinə baxıb ibrət almırlarmı, Allahın orada ya­rat­­dı­ğı heyvan, bitkilər və s. bunlardan başqa yaratdığı hər şeyə fikir vermirlərmi, əcəllərinin ya­xın­­laşa biləcəyinə diqqət ye­tirib, bəlkə də bu onların sonu olacağını düşünüb, ölüm onlara gəlməzdən əvvəl Allaha tövbə etməyəcəklərmi? Əgər onlar Qurana, orada olan Cənnət və Cəhənnəm xəbərlərinə inanmayacaqlarsa, bundan sonra daha hansı kitaba inana­caqlar?!

Al-A'raaf 7:185Listen in Qur'an →
186

مَن يُضْلِلِ ٱللَّهُ فَلَا هَادِىَ لَهُۥ ۚ وَيَذَرُهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ

Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!

Allah kimi haqq yoldan sapdırıb, ona doğru yolu göstərməzsə, kimsə onu haqqa yönəldə bilməz. Bundan sonra Allah on­ları öz az­ğınlıqları və küfrləri içə­risində çaşqın dolaşan və­ziy­yətdə tərk edər.

Al-A'raaf 7:186Listen in Qur'an →
187

يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ رَبِّى ۖ لَا يُجَلِّيهَا لِوَقْتِهَآ إِلَّا هُوَ ۚ ثَقُلَتْ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ لَا تَأْتِيكُمْ إِلَّا بَغْتَةًۭ ۗ يَسْـَٔلُونَكَ كَأَنَّكَ حَفِىٌّ عَنْهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə mə’lumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında mə’lumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!”

Qiyamət gününü yalan hesab edib buna inadkarlıq edənlər, səndən o saatın nə zaman qopacağını və onların da buna nə vaxt yəqin olacaqları barəsin­də soru­şurlar? Ey Muhəmməd! De: "Qiyamətin qopma saatı barədə nə mən, nə də ki, başqa bir kimsə bilər. Bu saatın qopacağı vaxtı yalnız tək Allah bilir. Onun qopaca­ğı üçün müəyyən edilmiş vaxtı yalnız Allah, aşkara çıxara bilər. Onun qopacağı vaxt göylər və yer əhlinə gizlin qalmışdır. O si­zə gözlənmədən gələ­cək­dir". Sanki onu bilir­mişsən ki­mi səndən Qiyamət saatı barədə soru­şur­lar. Lakin onlar bilmirlər ki, sən Rəbbini kamil bir şəkildə tanıdığın üçün bu barədə soruşmursan. Ey Muhəmməd! Onlara de: "Qiyamətin qopma saatının bilgisi ancaq Allaha aid­dir. Lakin insanların ço­xu bu­nu bilməzlər".

Al-A'raaf 7:187Listen in Qur'an →
188

قُل لَّآ أَمْلِكُ لِنَفْسِى نَفْعًۭا وَلَا ضَرًّا إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ وَلَوْ كُنتُ أَعْلَمُ ٱلْغَيْبَ لَٱسْتَكْثَرْتُ مِنَ ٱلْخَيْرِ وَمَا مَسَّنِىَ ٱلسُّوٓءُ ۚ إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌۭ وَبَشِيرٌۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ

De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!”

Ey Muhamməd! De: "Mən Allahın istə­di­yindən başqa özümə nə bir fayda verməyə, nə də bir zə­rəri özümdən uzaqlaşdırmağa qadirəm. Bu, yalnız Allahın ixtiyarında olan bir işdir. Allahın mənə öyrətdiyindən başqa bir şey bilmirəm. Mən qeybi bilmirəm. Əgər qey­bi bilsəydim, əvvəlcədən hər şeyi bilib, sonunun necə qurtaracağını bildiyimə görə, əl­bət­tə, özüm üçün xeyir artıraran səbəblərdən yapışardım və özümü pis­liklərdən qoruyardım. Mən sadəcə, Allah tərəfindən göndərilən bir elçiyəm. Mən, mənim uca və pak olan Allahın elçisi olduğuma iman gətirib, mənim gətirdiyimə inanan bir qövm üçün Onun ağrılı-acılı əzabı ilə qorxu­dan, Allah qatında böyük savabla müjdə­lə­yənəm".

Al-A'raaf 7:188Listen in Qur'an →
189

۞ هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ وَجَعَلَ مِنْهَا زَوْجَهَا لِيَسْكُنَ إِلَيْهَا ۖ فَلَمَّا تَغَشَّىٰهَا حَمَلَتْ حَمْلًا خَفِيفًۭا فَمَرَّتْ بِهِۦ ۖ فَلَمَّآ أَثْقَلَت دَّعَوَا ٱللَّهَ رَبَّهُمَا لَئِنْ ءَاتَيْتَنَا صَٰلِحًۭا لَّنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ

Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu ne’mətə görə Sənə) şükür edənlərdən olarıq!” – dedi.

Ey kişi və qadınlar! Sizi tək bir candan, Adəmdən - aleyhissəlam -, Adəmdən də - aleyhissəlam - onun zöv­cəs Həvvanı yaradan Odur. Allah Həvvanı Adəm onunla ünsiyyət bağlayıb, rahatlıq tapsın deyə onun qabırğasından yaratdı. Adəm zöv­cəsinə yaxınlıq etdikdə, zövcəsi yün­gül bir yüklə yükləndib ha­milə qal­dı. Hamiləliyin ilkin vaxtı olduğu üçün heç özüdə bunu hiss etmədi. Həvva bir müddət ağırlıq hiss etmədən onu bətnində gəzdir­di. Bətnindəki körpəsi böyüyüb, ağır­laşdığı za­man hər ikisidə: "Ey Rəbbimiz! Əgər Sən bizə bütün əzaları sağlam bir övlad ver­sən, əlbəttə, Sənin nemətlərinə şükür edən­lərdən ola­rıq" – deyə Allaha dua etdilər.

Al-A'raaf 7:189Listen in Qur'an →
190

فَلَمَّآ ءَاتَىٰهُمَا صَٰلِحًۭا جَعَلَا لَهُۥ شُرَكَآءَ فِيمَآ ءَاتَىٰهُمَا ۚ فَتَعَٰلَى ٱللَّهُ عَمَّا يُشْرِكُونَ

Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)

Allah onların hər ikisinin duasına cavab verib, onlara, dua edib istədikləri kimi onlara sağlam bir öv­lad ver­dikdə isə özlərinə ver­di­yi övladda Allaha şəriklər qoşaraq, onu Allahdan başqasının qul edib, uşağa Abdul haris (Əkinçinin qulu) adı verdilər. Allah isə hər bir şə­rikdən ucadır. Rəbbliyə və ilahlığa layiq olan yalnız Odur.

Al-A'raaf 7:190Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.