Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 171–180 of 206

171

۞ وَإِذْ نَتَقْنَا ٱلْجَبَلَ فَوْقَهُمْ كَأَنَّهُۥ ظُلَّةٌۭ وَظَنُّوٓا۟ أَنَّهُۥ وَاقِعٌۢ بِهِمْ خُذُوا۟ مَآ ءَاتَيْنَٰكُم بِقُوَّةٍۢ وَٱذْكُرُوا۟ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” – demişdik.

Ey Muhəmməd! İsrail oğulları Tövratda olan hökmlərə əməl etməkdən imtina etdikləri zaman, dağı yerindən qoparıb başları üstünə qaldırdıqda, sanki dağ onların başılarının üstü­nə bu­lud kimi kölgələndirdiyini və onlar da dağın on­la­rın üstünə düşə­cəyini zənn etdiklərini, onlara: "Sizə verdiyimiz­dən möhkəm, əzm və qətiyyətlə ya­pı­şın, Allahın sizin üçün qoyduğu hökmləri xatırlayın, unutmayın ki, bəlkə, onları yerinə yetirdikdə Allahdan qorxasınız!"– dediyini yadına sal.

Al-A'raaf 7:171Listen in Qur'an →
172

وَإِذْ أَخَذَ رَبُّكَ مِنۢ بَنِىٓ ءَادَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰٓ أَنفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ ۖ قَالُوا۟ بَلَىٰ ۛ شَهِدْنَآ ۛ أَن تَقُولُوا۟ يَوْمَ ٱلْقِيَٰمَةِ إِنَّا كُنَّا عَنْ هَٰذَا غَٰفِلِينَ

(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”;

Ey Muhəmməd! Yadına sal ki, bir zaman Rəbbin Adəm oğul­la­rı­nın bellərindən onların züriyyətini çı­xarmış və: "Mən sizin Rəbbiniz de­yi­ləm­mi?"– de­yə, on­ların fitrətlərində qoyduğu imanla Özünün Rəbb olduğunu onlara isbat etdirməklə, onların Xaliqi və Rəbbi olduğunu onlara etiraf etdirmiş, onların hamısı: "Bəli, Sən bizim Rəbbimizsən!"– demişdilər. Onda Allah buyurmuşdur: "Biz, Qiyamət günü bunu inkar etməklə Allah yanında üzür gətirməməniz üçün sizi imtahan edib, sizdən əhd-peyman aldıq ki, sizin bun­dan xəbəriniz yox idi – deməyə­siniz.

Al-A'raaf 7:172Listen in Qur'an →
173

أَوْ تَقُولُوٓا۟ إِنَّمَآ أَشْرَكَ ءَابَآؤُنَا مِن قَبْلُ وَكُنَّا ذُرِّيَّةًۭ مِّنۢ بَعْدِهِمْ ۖ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ ٱلْمُبْطِلُونَ

Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bis də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər biz batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür.

Yaxud: "Ata-babalarınız siz­dən əvvəl onlardan alınan əhd-peymanı pozub, Allaha şərik qoşmuş və siz də onlardan sonra gələn bir nəsil olub, onları Allaha şərik qoşduqlarını görüb, onların ardınca getmisiniz deyə özünüzə bəhanə axtararaq: "Ey Rəbbimiz! Məgər Sən bizi, bizdən əvvəl olub keçmiş, Allaha şərik qoşaraq öz əməllərini batil etmiş ata-babalarımızın etdikləri əməl­lə­rə görə əzabmı verəcəksən?! Bizim günahmız yoxdur, biz cahilliyimiz üzündən onların ardınca getdik"– demə­yə­si­niz.

Al-A'raaf 7:173Listen in Qur'an →
174

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ وَلَعَلَّهُمْ يَرْجِعُونَ

Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!

Biz yalan hesab edən ümmətlərin aqibəti barədə olan ayələri izah ediyimiz kimi ayələri bunlara da beləcə izah edirik ki, bəlkə Allahın onlardan aldığı əhd-peymana əsasən, Allaha şərik qoşmaqdan tövbə edib, Onu tək İlah qəbul edib, yalnızOna ibadət edələr!

Al-A'raaf 7:174Listen in Qur'an →
175

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱلَّذِىٓ ءَاتَيْنَٰهُ ءَايَٰتِنَا فَٱنسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ ٱلشَّيْطَٰنُ فَكَانَ مِنَ ٱلْغَاوِينَ

(Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu

Ey Peyğəmbər! İsrail oğullarına, özünə ayələrimizi ver­di­­yimiz, bu ayələri bilib, haqqı başa düşdükdən sonra əməl etməyən, əksinə haqqa arxa çevirib, şeytanın təqibinə məruz qalıb, onu özünə dost tutan və beləliklə də nicat tapıb, doğru yolda olduqdan sonra zəlalətə düşərək həlak olan bir kişinin əhvalatını oxu.

Al-A'raaf 7:175Listen in Qur'an →
176

وَلَوْ شِئْنَا لَرَفَعْنَٰهُ بِهَا وَلَٰكِنَّهُۥٓ أَخْلَدَ إِلَى ٱلْأَرْضِ وَٱتَّبَعَ هَوَىٰهُ ۚ فَمَثَلُهُۥ كَمَثَلِ ٱلْكَلْبِ إِن تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَث ۚ ذَّٰلِكَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا ۚ فَٱقْصُصِ ٱلْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!

Əgər Biz bu ayələrlə ona fayda vermək istəsəydik, bu ayə­lə­rin sayə­sində onu ucaldar və bu ayələrə əməl etməyə müvəffəq edib, onu dünya və axirətdə yüksək dərəcələrə ucalardıq. La­kin o, dünyanı axirətdən üstün tutaraq dünya­ şəhvətlərinə meyl salıb özünə rəzaləti seçdi və öz nəfsinin batil istəyinə uydu. Onun dünyaya həddən artıq hərisliyinin misalı hər zaman ləhləyən itin misalına bən­­zə­yir; onu dayansa da dilini çı­xardıb ləh­lə­yər, qovulsa da. Bu deyilən məsəl, ayələri­mizi ya­lan he­sab edən­, azğın qövmün məsəlidir. Ey Peyğəmbər! Bu əhva­lat­la­rı onlara da­nış ki, bəlkə onlar fikirləşib Allahın ayələrini yalan saymaqa son qoyub bu azğınlıqdan əl çəksinlər.

Al-A'raaf 7:176Listen in Qur'an →
177

سَآءَ مَثَلًا ٱلْقَوْمُ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَأَنفُسَهُمْ كَانُوا۟ يَظْلِمُونَ

Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!

Dəlillərimizi və sübutlarımızı təsdiq etməyib, yalan sa­yan kimsələrdən də daha pis kimsə yoxdur! Məhz elə bu kimsələr, özlərini həlaka sürükləməklə nəfislərinə zülm edən kimsələrdir.

Al-A'raaf 7:177Listen in Qur'an →
178

مَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِى ۖ وَمَن يُضْلِلْ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ

Allahın doğru yola yönəltdiyi kimsə kimsə doğru yoldadır. Onun (haqq yolundan) sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.

Allah kimi doğru yola müvəffəq edərsə, həqiqətən də o, doğ­ru yoldadır. Allah kim­i də doğru yoldan uzaqlaşdırarsa, həqiqətən də, onlar öz axirət paylarını naqis edən kimsələrdir. Şübhəsiz ki, ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!

Al-A'raaf 7:178Listen in Qur'an →
179

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًۭا مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ لَهُمْ قُلُوبٌۭ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌۭ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ ءَاذَانٌۭ لَّا يَسْمَعُونَ بِهَآ ۚ أُو۟لَٰٓئِكَ كَٱلْأَنْعَٰمِ بَلْ هُمْ أَضَلُّ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْغَٰفِلُونَ

Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö’cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!

Biz əzəli elmimizə əsasən kimin nə əməl sahibi olacağını bildiyimiz üçün, Cəhənnəm üçün bir çox cin­lər və bir çox insanlar yaratdıq. On­ların qəlb­lə­ri var, onunla özlərinə fayda və zərər verən şeyləri dərk etməzlər; gözləri var, onunla özlərində və kainatda olan Allahın ayələrini gör­üb ibrət almazlar; qulaqları var, onun­la Allahın ayələrini eşidib düşünməzlər. Belə bir sifətlərə sahib olan kimsələr ağıllarını itirdikləri üçün heyvan ki­mi­dirlər, əksinə, onlar hət­ta heyvandan da daha çox az­ğın­lıq­dadırlar. Allahın ayələrindən və axirət günündən qafil olanlar da məhz onlardır.

Al-A'raaf 7:179Listen in Qur'an →
180

وَلِلَّهِ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ فَٱدْعُوهُ بِهَا ۖ وَذَرُوا۟ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ أَسْمَٰٓئِهِۦ ۚ سَيُجْزَوْنَ مَا كَانُوا۟ يَعْمَلُونَ

Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!

Pak olan Allahın cəlalına və kamalına dəlalət edən ən gözəl adlar Onundur. İstədiyinizə nail olmaq üçün Allaha bu adlar vasitəsi ilə dua edin, Ona bu adlarla həmd-səna edin, Onun adlarını başqasına verənləri, bu adları inkar və ya təhrif edənləri yaxud da başqalarını bu ad və sifətlərə oxşadadaraq haqdan sapanları tərk edin. Haqdan sapanların et­dik­ləri əməllərin cəzası ağrılı-acılı əzab alacaqdır.

Al-A'raaf 7:180Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.