Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 161–170 of 206

161

وَإِذْ قِيلَ لَهُمُ ٱسْكُنُوا۟ هَٰذِهِ ٱلْقَرْيَةَ وَكُلُوا۟ مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا۟ حِطَّةٌۭ وَٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًۭا نَّغْفِرْ لَكُمْ خَطِيٓـَٰٔتِكُمْ ۚ سَنَزِيدُ ٱلْمُحْسِنِينَ

(Ya Rəsulum!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: “Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, “hittə” (“bizi bağışla”) deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!”

Ey Peyğəmbər! Bir zaman Allahın İsrail oğullarına: "Beytülmüqəddəsə daxil olun, ora­da olan meyvələrdən, istədiyiniz yerlərdə və istədiyiniz qədər ye­yin, "Ey Rəbbimiz! Xətalarımızı bağış­la!" – deyin və qapıdan Rəbbinizə rüku və səcdə edə­rək daxil olun, əgər belə etsəniz gü­nah­larınızdan keçərik" – dediyini xatırla. Biz yaxşı işlər görən­lərin dünya və axirət mükafat­larını ar­tı­ra­rıq.

Al-A'raaf 7:161Listen in Qur'an →
162

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنْهُمْ قَوْلًا غَيْرَ ٱلَّذِى قِيلَ لَهُمْ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِجْزًۭا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُوا۟ يَظْلِمُونَ

Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik.

Onlardan özlərinə zülm edənlər onlara əmr olunan sözü dəyişib, Allahdan bağışlanma istəmək əvəzinə: "Sünbülün üstündəki buğda"– dedilər. Onlara əmr olunan əməli də başqa bir əməllə dəyişib, (şəhərə) Allaha təslim olub, boyunlarını əyərək daxil olmaq əvəzinə, əksinə, yanları üstə sürünə-sürünə daxil oldular. Biz də onların etdikləri zülmə görə onların üzərinə göydən şiddətli əzab göndərdik.

Al-A'raaf 7:162Listen in Qur'an →
163

وَسْـَٔلْهُمْ عَنِ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَتْ حَاضِرَةَ ٱلْبَحْرِ إِذْ يَعْدُونَ فِى ٱلسَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًۭا وَيَوْمَ لَا يَسْبِتُونَ ۙ لَا تَأْتِيهِمْ ۚ كَذَٰلِكَ نَبْلُوهُم بِمَا كَانُوا۟ يَفْسُقُونَ

(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik.

Ey Peyğəmbər! Yəhudilərədən dənizə yaxın kəntdə yaşayan ata-babaları barədə Allahın onlara necə əzab verdiyini onlara xatıriatmaq üçün xə­bər al! O vaxt on­lar şənbə gü­nü ov etmək üçün qoyulmuş qadağanı po­zub, Allahın hüdudlarını aşaraq o günü ov edirdilər. Belə ki, Allah onları, şən­bə günü balıq­ları dənizin üzə çıxararaq onla­rın ya­nı­na axışıb gəlməsi, şən­bədən başqa gün­lərdə isə onlara tə­rəf gəl­məməsi ilə imtahana çəkdi. Allah onların etdikləri günahlara və Onun itaətində çıxdıqlarına görə belə bir imtahana çəkmişdi. Onlar balıq ovlamaq üçün torlarını qoyub, quyularını qazıyaraq hiyləgərliyə əl atdılar. Beləliklə də, altıncı gün balıqlar tora düşürdü, bazar günü isə o balıqları tordan çıxarıb yeyirdilər.

Al-A'raaf 7:163Listen in Qur'an →
164

وَإِذْ قَالَتْ أُمَّةٌۭ مِّنْهُمْ لِمَ تَعِظُونَ قَوْمًا ۙ ٱللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبُهُمْ عَذَابًۭا شَدِيدًۭا ۖ قَالُوا۟ مَعْذِرَةً إِلَىٰ رَبِّكُمْ وَلَعَلَّهُمْ يَتَّقُونَ

Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından) bir dəstə: “Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verirsiniz?” – dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: “(İnsanları yaxşı işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb) pis əməllərdən çəkinsinlər!” – dedilər.

Ey Peyğəmbər! O zaman onlardan bir dəstə onları pis işlərdən çəkindirib, qadağan etdiyini yadına sal. Bu vaxt başqa bir dəstə onlara de­di: "Etdikləri əməllərə görə Allahın onları dünyada məhv edə­cəyi və ya Qiyamət günü şid­dət­li əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nə­si­hət verirsiniz?" Öyüd-nəsihət edən kimsələr on­lar belə de­dilər: "Bizim onlara verdiyimiz öyüd-nəsihət, Allahın bizə əmr etdiyi yaxşılığı əmr edib, pislikdən çəkindirməyi yerinə yetirərək bizə əzab verməməsinə görə Allah ya­nında üzrxah­lıq et­mək üçün­dür. Bəlkə, onlar bu öyüd-nəsihətdən ibrət alıb, etdikləri pis əməl­lər­dən çəkinələr!"

Al-A'raaf 7:164Listen in Qur'an →
165

فَلَمَّا نَسُوا۟ مَا ذُكِّرُوا۟ بِهِۦٓ أَنجَيْنَا ٱلَّذِينَ يَنْهَوْنَ عَنِ ٱلسُّوٓءِ وَأَخَذْنَا ٱلَّذِينَ ظَلَمُوا۟ بِعَذَابٍۭ بَـِٔيسٍۭ بِمَا كَانُوا۟ يَفْسُقُونَ

Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirinlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah içlədikləri üçün şiddətli bir əzabla məhv etdik.

Günahkarlar onlara nəsihət edənlərin öyüd-nəsihərindən üz çevirib, altıncı gün balıq ovlamaqdan əl çəkmədikləri zaman Biz pis əməl­ləri qadağan edən kimsələri əzabdan xilas etdik, altıncı gün balıq ovlamaqla özlərinə zülüm edənləri isə Allahın itaətdən çıxdıq­la­rına və günahlar etməkdə davam etdiklərinə görə dəhşətli bir əzabla yaxa­ladıq.

Al-A'raaf 7:165Listen in Qur'an →
166

فَلَمَّا عَتَوْا۟ عَن مَّا نُهُوا۟ عَنْهُ قُلْنَا لَهُمْ كُونُوا۟ قِرَدَةً خَٰسِـِٔينَ

Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: “Həqir (zəlil) meymunlar olun!” – deyə əmr etdik.

Onlar Allaha qarşı təkəbbürlük və inadkarlıq edərək özlərinə qoyulan həddi poz­ub, öyüd-nəsihətdən üz çevirdikdə, Biz onlara: "Ey günahkar insanlar! Zəlil mey­munlar olun! – dedik, onlarda dediyimiz kimi oldular. Biz bir şeyin olmasını istədiyimiz zaman ona ancaq: "Ol!" – deyərik. O da dərhal olar.

Al-A'raaf 7:166Listen in Qur'an →
167

وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ مَن يَسُومُهُمْ سُوٓءَ ٱلْعَذَابِ ۗ إِنَّ رَبَّكَ لَسَرِيعُ ٱلْعِقَابِ ۖ وَإِنَّهُۥ لَغَفُورٌۭ رَّحِيمٌۭ

(Ey Rəsulum!) O zaman Rəbbin onlara (yəhudilərə) qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara) tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də (tövbəkarları) bağışlayandır, rəhm edəndir!

Ey Peyğəmbər! O zaman Allahın yəhudilərə dünya həyatından ta Qi­ya­mət gününədək onları alçaldacaq və rəzil edəcək kim­sələr göndə­rəcəyini açıq-aşkar olaraq bildirdiyini yadına sal. Ey Peyğəmbər! Doğ­rudan da, sənin Rəb­bin Ona asi olanlara tez cəza ve­rən­dir. Bəzən də Allah, onların əzabını axirətə saxlamaz elə dünyada ikən əzabını tezləşdirər. Hə­qiqətən də, O, Ona tövbə edən qulların günahını bağışla­yan­dır və onlara qarşı rəhmli­dir.

Al-A'raaf 7:167Listen in Qur'an →
168

وَقَطَّعْنَٰهُمْ فِى ٱلْأَرْضِ أُمَمًۭا ۖ مِّنْهُمُ ٱلصَّٰلِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ ۖ وَبَلَوْنَٰهُم بِٱلْحَسَنَٰتِ وَٱلسَّيِّـَٔاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ

(Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər.

Biz onları, yer üzündə bir camaat halında olduqdan sonra üm­mət­lə­rə və tayfalara böldük. Onlar arasında həm əmə­lisaleh olub, Allahın və insanların haqqlarını verən, həm mötədil olub, islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini etiraf edən bir camaat, həm də günah qazanmaqla öz nəfslərinə zülüm edən kimsələrdə vardır. Biz onları asanlıq və çətinliklə imtahan etdik ki, bəlkə günahlardan əl çəkib doğru yola qayıtsınlar.

Al-A'raaf 7:168Listen in Qur'an →
169

فَخَلَفَ مِنۢ بَعْدِهِمْ خَلْفٌۭ وَرِثُوا۟ ٱلْكِتَٰبَ يَأْخُذُونَ عَرَضَ هَٰذَا ٱلْأَدْنَىٰ وَيَقُولُونَ سَيُغْفَرُ لَنَا وَإِن يَأْتِهِمْ عَرَضٌۭ مِّثْلُهُۥ يَأْخُذُوهُ ۚ أَلَمْ يُؤْخَذْ عَلَيْهِم مِّيثَٰقُ ٱلْكِتَٰبِ أَن لَّا يَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ وَدَرَسُوا۟ مَا فِيهِ ۗ وَٱلدَّارُ ٱلْءَاخِرَةُ خَيْرٌۭ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ

Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: “Biz (Allah tərəfindən) bağışlanacağıq!” Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

Onlardan sonra onlara xələflər olan pis insanlar gəldi. Ata-babalarından Tövrata varis olub onu oxudular, lakin ona əməl etmədilər. Allahın kitabını təhrif etmək və orada olandan başqa bir hökm vermək üçün çirkin dünya malını rüşvət olaraq qəbul etdilər. On­lar, Allah onların günahlarını bağışlayacağını özlərinə təsəlli verirdilər. Əgər on­la­ra buna bənzər dəyərsiz dünya malı gəlsəydi, tərəddüd etmədən onu da alardılar. Mə­gər Allah onlardan Onun barə­sin­də təhrif etmədən, haqdan başqa bir şey söylə­məyəcəklərinə dair əhd-peyman alın­ma­mış­dı­mı? Onların kitaba əməl etməmələri cahilliklərinə görə deyil, əksinə, özləri bilərəkdən ona əməl etmirdilər. Halbuki on­lar o kitabı oxuyub, orada olanları öy­rən­miş­di­lər. Bundan sonra onların haqqdan üz çevirmələri daha şiddətlidir. Amma Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinən kimsələr üçün axirət həyatı və orada olan daimi nemətlər fani dünya mənfəətindən daha xeyirlidir. Məgər Allahın kəlamlarını fani dünya malına dəyişən kimsələr, Allahın axirətdə müttə­qi­lər üçün hazırladığı nemətlərin daha xeyirli olduğunu an­la­mır­larmı?!

Al-A'raaf 7:169Listen in Qur'an →
170

وَٱلَّذِينَ يُمَسِّكُونَ بِٱلْكِتَٰبِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ إِنَّا لَا نُضِيعُ أَجْرَ ٱلْمُصْلِحِينَ

Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!

Kitabdan möhkəm ya­pı­şıb, orada olanlara əməl edib, namazın vaxtlarına, şərtlərinə, vaciblərinə və sünnələrinə əməl edərək qılanlara gə­lincə, Allah onların etdikləri əməllərin mükafatını verəcəkdir. Allah saleh əməl edənlərin əcrini heç vaxt zay etməz.

Al-A'raaf 7:170Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.