O kəslər ki, oxuyub yazmağı bilməyən, ona yalnız Rəbbi tərəfindən vəhy edilən, onun adını və əlamətlərini Musaya - Aleyhissəlam - nazil edilmiş Tövratda və İsaya - Aleyhissəlam - nazil edilmiş İncildə yazılmış olduğunu gördükləri peyğəmbər Muhəmmədin - sallallahu aleyhi və səlləm - ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi əmr edər, sağlam ağıl və fitrətin pis gördüyü əməlləri isə qadağan edər, onlara pak və halal olan yemək-içməyi və nikahları halal, bunlardan murdar şeyləri isə haram edər. Onların özlərindən əvvəlki ümmətlərin yükləndiyi, məsələn: qatilin qəsdən və ya xətadan öldürməsindən aslı olmayaraq onu öldürməyin vacib olduğu kimi ağır yüklərini yüngülləşdirər. İsrail oğullarından və onlardan başqalarından ona iman gətirən, ona hörmət, ehtiram və sayğı edən, ona, onunla düşmənçilik edən kafir qövmə qarşı kömək edən və onunla göndərilmiş nur kimi doğru yol göstərən Quranın ardınca gedənlər, məhz bu kimsələr dilədikləri Cənnətə daxil olub, qorxduqları Cəhənnəmdən xilas olaraq nicat tapan kimsələrdir.