Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 151–160 of 206

151

قَالَ رَبِّ ٱغْفِرْ لِى وَلِأَخِى وَأَدْخِلْنَا فِى رَحْمَتِكَ ۖ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

(Musa) dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”

Musa - aleyhissəlam - Rəbbinə dua edərək dedi: "Ey Rəb­bim! Məni və mənim qardaşımı ba­ğış­la, bizi Öz mərhəmətinə qo­vuşdur və o mərhəmət bizi hər bir tərəfdən bürüsün. Ey Rəbbimiz! Sən bizə rəhm edənlərin ən rəhm­li­sisən!"

Al-A'raaf 7:151Listen in Qur'an →
152

إِنَّ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ ٱلْعِجْلَ سَيَنَالُهُمْ غَضَبٌۭ مِّن رَّبِّهِمْ وَذِلَّةٌۭ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُفْتَرِينَ

Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!

Həqiqətən, buzovu özlərinə ilah qəbul edib, ona ibadət edənlər Rəbbini qəzəbləndirdiklərinə və Onu lazımınca qiymətləndirmədiklərinə görə onlara Rəbbindən şiddətli bir qə­zəb və dünya həyatında alçalmaq üz verəcəkdir. Biz Allaha qarşı yalan iftira yaxan­ları be­lə bir cəza ilə cəzalandırırıq.

Al-A'raaf 7:152Listen in Qur'an →
153

وَٱلَّذِينَ عَمِلُوا۟ ٱلسَّيِّـَٔاتِ ثُمَّ تَابُوا۟ مِنۢ بَعْدِهَا وَءَامَنُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌۭ رَّحِيمٌۭ

Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir!

Allaha şərik qoşaraq və günah əməllər edərək pis işlər görüb sonra bu­nun ardından Allaha iman gətirib Ona tövbə edərək, etdikləri günahlardan əl çəkən kimsələrə gəlincə, Ey Peyğəmbər! şübhəsiz ki, Rəbbin, Ona tövbə etdikdən sonra şirkdən imana, günahdanda da itaətə qayıdan kimsələrin günahlarının üstün örtün, onları bağış­la­­yar və onlara rəhm edər.

Al-A'raaf 7:153Listen in Qur'an →
154

وَلَمَّا سَكَتَ عَن مُّوسَى ٱلْغَضَبُ أَخَذَ ٱلْأَلْوَاحَ ۖ وَفِى نُسْخَتِهَا هُدًۭى وَرَحْمَةٌۭ لِّلَّذِينَ هُمْ لِرَبِّهِمْ يَرْهَبُونَ

Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” - (deyə yazılmışdı).

Musanın - aleyhissəlam - qəzəbi sakit­lə­şdikdə, qəzəbləndiyinə görə əlindən yerə atdığı löv­hələri yerdən götürdü. Bu lövhələrdə, hidayət yolunu zəlalətdən ayırd edən, haqqa yönəldən doğru yol və Rəbbinin əzabından qorxub, çəkinənlər üçün mər­həmət var idi.

Al-A'raaf 7:154Listen in Qur'an →
155

وَٱخْتَارَ مُوسَىٰ قَوْمَهُۥ سَبْعِينَ رَجُلًۭا لِّمِيقَٰتِنَا ۖ فَلَمَّآ أَخَذَتْهُمُ ٱلرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ أَهْلَكْتَهُم مِّن قَبْلُ وَإِيَّٰىَ ۖ أَتُهْلِكُنَا بِمَا فَعَلَ ٱلسُّفَهَآءُ مِنَّآ ۖ إِنْ هِىَ إِلَّا فِتْنَتُكَ تُضِلُّ بِهَا مَن تَشَآءُ وَتَهْدِى مَن تَشَآءُ ۖ أَنتَ وَلِيُّنَا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا ۖ وَأَنتَ خَيْرُ ٱلْغَٰفِرِينَ

Musa Bizim (Sina dağında) tə’yin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mö’təbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğra yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan!

Musa, onlardan buzova ibadət edən səfehlərin etdiyi əmələ görə Rəbbindən bağışlanma diləmək üçün qövmündən yetmiş hörmətli ki­şi seçdi. Allah onların gəlişi üçün müəyyən vaxt təyin etdi. On­lar təyin edilmiş vaxtda gəldikdə, Allaha qarşı özlərində cürət tapıb, Musadan - aleyhissəlam - Allahın onlara gözlə görünməsini tələb etdilər. Elə bu zaman onları zəl­zə­lə yaxala­dı və zəlzələnin dəhşətindən bayılmaqlar və beləliklə də onlar məhv oldular. Musa - aleyhissəlam - bunu gördükdə, Rəbbinə yalvararaq dedi: "Ey Rəb­bim! Əgər is­tə­səydin, bura gəlməzdən əvvəl on­ları da və məni də onlarla birgə məhv edərdin. Özü­müz­dən olan ağıldan kəmlərin etdik­lərinə görə bizi həlakmı edəcək­sən? Qövmümün buzova ibadət etməsi, yalnız Sə­nin istədiyin kimsəni azdırmaq və istədiyinidə doğru yola yönəltmək üçün olan sınağdan başqa bir şey deyildi. Sən bizim himayə­çi­mizsən! Bi­zim günahlarımızı bağışla və bizə Öz geniş rəhmətinlə rəhm et! Axı Sən günahı ba­ğış­la­yanla­rın və əfv edənlərin ən yax­şısı­san!

Al-A'raaf 7:155Listen in Qur'an →
156

۞ وَٱكْتُبْ لَنَا فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةًۭ وَفِى ٱلْءَاخِرَةِ إِنَّا هُدْنَآ إِلَيْكَ ۚ قَالَ عَذَابِىٓ أُصِيبُ بِهِۦ مَنْ أَشَآءُ ۖ وَرَحْمَتِى وَسِعَتْ كُلَّ شَىْءٍۢ ۚ فَسَأَكْتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِنَا يُؤْمِنُونَ

Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlədə, ayələrimizə iman gətirənlərə yazacağam!

Bizi bu həyat­da nemətlərlə, sağlamlıqla ikram etdiyin, saleh əməllərə müvəffəq etdib və saleh qulların üçün Axirətdə cənnət hazırladığın qullarından et, Həqi­qə­tən, biz, Sənə üz tut­duq və etdiyimiz günahlarımızı boynumuza aldıq! Uca Allah dedi: "Bədbəxtçilik səbəblərindən yapışan kimsələri istədi­yi­m əza­bı­ma düçar edi­rəm. Bu dünyada isə rəhmətim hər şeyi əhatə etmişdir. Yer üzündə elə bir canlı yoxdur ki, rəhmətim ona toxunmasın, lütfüm və yaxşılığım onu bürüməsin. Mən rəhmətimi Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qor­xan, mallarının zə­katını fəqirlərə verən və ayələrimizə iman gətirənlər üçün yaza­ca­ğam.

Al-A'raaf 7:156Listen in Qur'an →
157

ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِىَّ ٱلْأُمِّىَّ ٱلَّذِى يَجِدُونَهُۥ مَكْتُوبًا عِندَهُمْ فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ يَأْمُرُهُم بِٱلْمَعْرُوفِ وَيَنْهَىٰهُمْ عَنِ ٱلْمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيْهِمُ ٱلْخَبَٰٓئِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَٱلْأَغْلَٰلَ ٱلَّتِى كَانَتْ عَلَيْهِمْ ۚ فَٱلَّذِينَ ءَامَنُوا۟ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُوا۟ ٱلنُّورَ ٱلَّذِىٓ أُنزِلَ مَعَهُۥٓ ۙ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Qur’anın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”

O kəslər ki, oxuyub yazmağı bil­mə­yən, ona yalnız Rəbbi tərəfindən vəhy edilən, onun adını və əlamətlərini Musaya - Aleyhissəlam - nazil edilmiş Tövratda və İsaya - Aleyhissəlam - nazil edilmiş İncildə yazıl­mış olduğunu gördükləri peyğəmbər Muhəmmədin - sallallahu aleyhi və səlləm - ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi əmr edər, sağlam ağıl və fitrətin pis gördüyü əməl­ləri isə qadağan edər, on­lara pak və halal olan yemək-içməyi və nikahları halal, bunlardan mur­dar şey­ləri isə haram edər. On­ların özlərindən əvvəlki ümmətlərin yükləndiyi, məsələn: qatilin qəsdən və ya xətadan öldürməsindən aslı olmayaraq onu öldürməyin vacib olduğu kimi ağır yüklərini yüngül­ləş­di­rər. İsrail oğullarından və onlardan başqalarından ona iman gətirən, ona hörmət, ehtiram və sayğı edən, ona, onunla düşmənçilik edən kafir qövmə qarşı kömək edən və onun­la gön­dərilmiş nur kimi doğru yol göstərən Quranın ardınca ge­­dənlər, məhz bu kimsələr dilədikləri Cənnətə daxil olub, qorxduqları Cəhənnəmdən xilas olaraq ni­cat tapan­ kimsələrdir.

Al-A'raaf 7:157Listen in Qur'an →
158

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُمْ جَمِيعًا ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِىِّ ٱلْأُمِّىِّ ٱلَّذِى يُؤْمِنُ بِٱللَّهِ وَكَلِمَٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ

(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”

Ey Peyğəmbər! De: "Ey insanlar! Şüb­hə­siz ki, sizin ərəb və ya əcəm olmanızdan aslı olmayaraq, mən sizin hamınıza göndərilmiş Alla­hın elçi­si­yəm. Göy­lərin və yerin mülkü yalnız Onun əlindədir, Ondan başqa iba­də­tə layiq olan haqq məbud yoxdur. O, ölüləri diril­dir, diriləri də öl­dü­rür. Ey İnsanlar! Elə isə Allaha və Onun yazıb-oxu­maq bil­mə­yən, sizə yalnız Rəbbinin ona vəhy etdiyindən xəbər verən, həm Allaha, həm də ona nazil edilən Allahın kəlmələri­nə və özündən əvvəl göndərilən peyğəmbərlərə, onlar arasında fərq qoymadan hamısına iman gətirmiş elçisi Muhəmməd peyğəm­bərə - sallallahu aleyhi və səlləm - iman gətirin. Onun Rəbbindən sizə gətirdiyinin ardın­ca gedin ki, bəlkə dünyada və axirətdə sizə faydalı olan şeylərə yö­nə­lə­si­niz".

Al-A'raaf 7:158Listen in Qur'an →
159

وَمِن قَوْمِ مُوسَىٰٓ أُمَّةٌۭ يَهْدُونَ بِٱلْحَقِّ وَبِهِۦ يَعْدِلُونَ

Musa ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər.

Musanın - aleyhissəlam - İsrail oğullarından olan qövmü içərisində düzgün dində sabit qalan, isanları haqqa yönəldən və insanlar arasında ədalətlə hökm verib, zülm etməyən bir camaat da vardır.

Al-A'raaf 7:159Listen in Qur'an →
160

وَقَطَّعْنَٰهُمُ ٱثْنَتَىْ عَشْرَةَ أَسْبَاطًا أُمَمًۭا ۚ وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ إِذِ ٱسْتَسْقَىٰهُ قَوْمُهُۥٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْحَجَرَ ۖ فَٱنۢبَجَسَتْ مِنْهُ ٱثْنَتَا عَشْرَةَ عَيْنًۭا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍۢ مَّشْرَبَهُمْ ۚ وَظَلَّلْنَا عَلَيْهِمُ ٱلْغَمَٰمَ وَأَنزَلْنَا عَلَيْهِمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ ۖ كُلُوا۟ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ ۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ

Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak ne’mətlərdən yeyin!” dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!

Biz İsrail oğulların on iki qəbiləyə böldük. Qövmü Mu­sadan - aleyhissəlam - Allahın onlara yağış yağdırması üçün Ona dua etməsini tələb etdiyi zaman, Biz ona: "Ey Musa! Əsanla daşa vur!" – deyə vəhy etdik. Musa - aleyhissəlam - da əsası ilə daşa vurdu, elə bu zaman onların on iki qəbilələrinin sayı qədər daşdan on iki bulaq qay­nayıb çıxdı. Hər qəbilə özü­nün ona xas olan su içəcəyi ye­ri bildi. Həmən bulaqdan başqa qəbilədən olan kimsə su içə bilməzdi. Biz on­la­rın üstünə buludla kölgə sal­dıq, onlar yer üzündə seyr edikdə o buludlarda onların üzərində onlarla birgə seyr edər, dayandıqları zaman üzərindəki o buludlarda dayanardı. Biz onlara bal kimi şirin olan şərab və bil­dirçinə oxşar, əti dadlı kiçik quş nemətlərimizdən ruzi endir­dik, özlərinə də: "Sizə ruzi olaraq ver­di­yi­miz pak şey­lər­­dən yeyin!"– de­dik. On­lar etdikləri günahlarla, nemətlərə küfür etməklə və onlara verilən nemətlərə layiqincə şükür etmədiklərinə görə bizə qarşı deyil, lakin Allahın əmrlərinə müxalif olub, Onun nemətlərinə nankorluq etdikləri üçün özlərini həlaka sürüklədiklərinə görə yalnız özləri öz­lə­ri­nə zülm etdilər.

Al-A'raaf 7:160Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.