Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 141–150 of 206

141

وَإِذْ أَنجَيْنَٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ ۖ يُقَتِّلُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ

(Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Fir’on əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.

Ey İsrail oğulları! Sizi Firon və onun qövmünün əzabından xilas etdiyimizi yadınıza salın. Belə ki, onlar, sizin oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə özlərinə xidmət etmələri üçün sağ buraxaraq sizə müxtəlif növ əzablar verirdilər. Allahın sizi Firon və onun qövmünün əzabından xilas etməsi, sizdən ötrü Rəbbiniz tərəfindən Ona şükürü tələb edən böyük bir imtahan var idi.

Al-A'raaf 7:141Listen in Qur'an →
142

۞ وَوَٰعَدْنَا مُوسَىٰ ثَلَٰثِينَ لَيْلَةًۭ وَأَتْمَمْنَٰهَا بِعَشْرٍۢ فَتَمَّ مِيقَٰتُ رَبِّهِۦٓ أَرْبَعِينَ لَيْلَةًۭ ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَٰرُونَ ٱخْلُفْنِى فِى قَوْمِى وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ ٱلْمُفْسِدِينَ

Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə və’dələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) tə’yin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”

Allah, elçisi Musa - aleyhissəlam - ilə otuz gecə­ danışması üçün ona vədə ver­di, sonra da Allah buna on ge­cə də əla­və etdi və beləliklə də, bu gecələrin sayı qırx gecə oldu. Mu­sa - aleyhissəlam - Rəbbi ilə danışmağa getmək istədikdə, qardaşı Ha­runa - aleyhissəlam - belə dedi: "Ey Harun! Qövmüm içə­ri­sin­də mənim xəlifəm ol, on­la­rı gözəl bir şəkildə, onlara yaxşı münasibət bəsləyərək on­la­rı idarə et, günahlar edərək fəsad törədən­lərin yoluna uyma və günahkarlara da yardımçı olma!"

Al-A'raaf 7:142Listen in Qur'an →
143

وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِىٓ أَنظُرْ إِلَيْكَ ۚ قَالَ لَن تَرَىٰنِى وَلَٰكِنِ ٱنظُرْ إِلَى ٱلْجَبَلِ فَإِنِ ٱسْتَقَرَّ مَكَانَهُۥ فَسَوْفَ تَرَىٰنِى ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلْجَبَلِ جَعَلَهُۥ دَكًّۭا وَخَرَّ مُوسَىٰ صَعِقًۭا ۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبْحَٰنَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا۠ أَوَّلُ ٱلْمُؤْمِنِينَ

Musa tə’yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa:) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” – dedi.

Musa - aleyhissəlam, qırx gecənin tamamında, onun üçün təyin etdiyimiz vaxtda Rəbbi ilə da­nış­mağa gəldikdə, Rəbbi onu bəzi əmrlər, qadağalar və s. işlər barədə danışdırdı. Bu zaman Musa - aleyhissəlam - Rəbbini görmək arzusuna düşdü və Allahdan Onu görməsini istədi. Pak və uca olan Allah ona belə cavab verdi: "Sənin buna taqətin çatmadığın üçün sən dünya həyatında heç vaxt məni görə bilməzsən. Lakin Mən bu dağa baxdığım zaman səndə həmin dağa bax. Əgər o, öz ye­rin­də dəyişməyib sabit qalarsa, sən Məni gö­rə bilərsən. Əgər dağ yerlə bərabər olarsa, demək sən Məni dünyada heç vaxt görə bilməzsən". Allah dağa baxdıqda bu zaman dağ yerlə bərabər oldu və Musa - aleyhissəlam - bayı­la­raq yerə yıxıldı. Musa - aleyhissəlam - özünə gəl­dik­də isə dedi: "Ey Rəbb! Mən Səni, Sənə layiq olmayan bütün eyib və nöqsanlardan uzaq tuturam. Mən Səni dünyada ikən görmək üçün soruşduğumu bir daha Səndən soruşmağa tövbə edirəm və mən qövmümdən iman gətirənlərin bi­rin­ci­si­yəm!"

Al-A'raaf 7:143Listen in Qur'an →
144

قَالَ يَٰمُوسَىٰٓ إِنِّى ٱصْطَفَيْتُكَ عَلَى ٱلنَّاسِ بِرِسَٰلَٰتِى وَبِكَلَٰمِى فَخُذْ مَآ ءَاتَيْتُكَ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ

(Allah) belə buyurdu: “Ya Musa! Mən Öz risalətlərimdə (Tövratın lövhələrini nazil etməklə) və (səninlə arada heç bir vasitə olmadan) danışmağımla (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və (bu ne’mətlərə görə) şükür edənlərdən ol!”

Allah Musaya - aleyhissəlam - dedi: "Ey Musa! Mən səni qövmünə peyğəmbər göndərdiyim zaman Öz vəhyimlə və səninlə heç bir vasirəsiz danışmağımla sə­ni insanlardan se­çib üstün et­dim. Elə isə sə­nə verdiyim bu şərəfli işi: nemətləri, əmr və qadağaları gö­tür və bu əzəmətli bəxşişə görə Allaha şükür edənlərdən ol!"

Al-A'raaf 7:144Listen in Qur'an →
145

وَكَتَبْنَا لَهُۥ فِى ٱلْأَلْوَاحِ مِن كُلِّ شَىْءٍۢ مَّوْعِظَةًۭ وَتَفْصِيلًۭا لِّكُلِّ شَىْءٍۢ فَخُذْهَا بِقُوَّةٍۢ وَأْمُرْ قَوْمَكَ يَأْخُذُوا۟ بِأَحْسَنِهَا ۚ سَأُو۟رِيكُمْ دَارَ ٱلْفَٰسِقِينَ

Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyurduq:) “Bundn möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axirətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!

Biz Musa üçün taxta və ya başqa bir şeydən olan lövhə­lərdə İsrail oğullarının dünya və axirətdə ehtiyac duyduqları hər şeydən, onlardan düşünüb ibrət alan kimsələr üçün öyüd-nəsihət və təfsilata ehtiyac olan hər bir hökmlərin təf­si­latını yazdıq və dedik: "Ey Musa! Bu Tövratı möhkəm və əzmlə tut, qövmün İsrail oğullarına da Tövratın əmr etdiyi: səbir və əfv etmək kimi hökmlərini kamil şəkildə yerinə yetirib, əcri böyük olan ən yax­şı­ hökmlərindən tutmağı əmr et! Mən sizə, Mənim əmrimə müxalif olub, itaətimdən çıxan kimsənin aqibətini və onun necə həlak və məhv olmasını göstə­rəcəyəm".

Al-A'raaf 7:145Listen in Qur'an →
146

سَأَصْرِفُ عَنْ ءَايَٰتِىَ ٱلَّذِينَ يَتَكَبَّرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍۢ لَّا يُؤْمِنُوا۟ بِهَا وَإِن يَرَوْا۟ سَبِيلَ ٱلرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًۭا وَإِن يَرَوْا۟ سَبِيلَ ٱلْغَىِّ يَتَّخِذُوهُ سَبِيلًۭا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَكَانُوا۟ عَنْهَا غَٰفِلِينَ

Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə mö’cüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.

Haqsız olaraq haqqa və Allahın qullarına tə­kəb­bürlük göstərən kimsələri, kainatdakı, öz nəfislərindəki ayələrimi və Kitabımda olan ayələri anlamaqdan uzaq­laş­dıracağam. On­lar bütün möcüzələri gör­­sələr də, bu möcüzələrdən üz çevirdiklərinə, Allaha və Onun elçisinə düşmənçilik etdiklərinə görə bunları inanmazlar. Onlar Allahın razılığına yönəldən haqq yolu görsələr, ora yö­nəl­məz, bu yola rəğbət bəsləməz, Allahın qəzəbinə sürükləyən, zəlalət və az­ğın­lıq yolunu görsələr, o yola yönələrlər. Onlara üz verən bu müsibət, onların, peyğəmbərlərin gətirdikləri vəhyin doğru olduğuna dəlalət edən Allahın əzəmətli ayələrini yalan hesab etdiklərinə və onlara məhəl qoy­madıqlarına görədir.

Al-A'raaf 7:146Listen in Qur'an →
147

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَلِقَآءِ ٱلْءَاخِرَةِ حَبِطَتْ أَعْمَٰلُهُمْ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ

Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!”

Elçilərimizin doğru olduğuna dəlalət edən ayələrimizi və Qiyamət günü Allahla qarşılaşmağı yalan sayanların etdikləri saleh əməl­lə­r puç ol­du. Onlar Allaha iman gətirmədikləri üçün dünyada ikən etdikləri əməllərə görə heç bir savab qazanmadılar. Onlar Qiyamət günü yalnız etdikləri küfr və şirk əməllərə görə cəzalandıralacaqlar. Bu cəza, Cəhənnəmdə əbədi qalmaq cəzasıdır.

Al-A'raaf 7:147Listen in Qur'an →
148

وَٱتَّخَذَ قَوْمُ مُوسَىٰ مِنۢ بَعْدِهِۦ مِنْ حُلِيِّهِمْ عِجْلًۭا جَسَدًۭا لَّهُۥ خُوَارٌ ۚ أَلَمْ يَرَوْا۟ أَنَّهُۥ لَا يُكَلِّمُهُمْ وَلَا يَهْدِيهِمْ سَبِيلًا ۘ ٱتَّخَذُوهُ وَكَانُوا۟ ظَٰلِمِينَ

(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb (özlərinə) zülm eləyən oldular.

Musa - aleyhissəlam - Rəbbi ilə danışmağa getdikdən sonra Musanın - aleyhissəlam - qöv­mü öz zinət əşyalarından canı olmayan, bö­yü­rən bir buzov hey­kə­li düzəltdilər. Məgər bu buzovun on­larla da­nışmadı­ğı­nı, onlara hissi və mənəvi haqq yolunu gös­tər­mə­di­yini, nə bir xeyir, nə də bir zərər vermədiyini görmür­dü­lərmi?! Buna bax­ma­ya­raq o buzovu özlərinə mə­bud qəbul etdilər və buna görə özlərinə zülm edənlərdən ol­dular.

Al-A'raaf 7:148Listen in Qur'an →
149

وَلَمَّا سُقِطَ فِىٓ أَيْدِيهِمْ وَرَأَوْا۟ أَنَّهُمْ قَدْ ضَلُّوا۟ قَالُوا۟ لَئِن لَّمْ يَرْحَمْنَا رَبُّنَا وَيَغْفِرْ لَنَا لَنَكُونَنَّ مِنَ ٱلْخَٰسِرِينَ

Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox mə’yus olub) dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!”

Onlar tutduqları işdən peş­man olub, çaşqınlıq içəində qaldıqları zaman, buzovu Allahla yanaşı özlərinə məbuq qəbul etdiklər üçün özlərinin doğru yol­dan azdıqlarını bildikdə, Allaha yalvararaq: "Əgər Rəb­bi­miz bizi, Ona itaət etməyə müvəffəq edib bizə rəhm etməsə və buzova ibadət ediyimizə görə bizi bağışlamasa, əlbəttə, dünya və axirətlərini ziya­na uğra­yan­lar­dan olarıq!"– de­dilər.

Al-A'raaf 7:149Listen in Qur'an →
150

وَلَمَّا رَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَٰنَ أَسِفًۭا قَالَ بِئْسَمَا خَلَفْتُمُونِى مِنۢ بَعْدِىٓ ۖ أَعَجِلْتُمْ أَمْرَ رَبِّكُمْ ۖ وَأَلْقَى ٱلْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُۥٓ إِلَيْهِ ۚ قَالَ ٱبْنَ أُمَّ إِنَّ ٱلْقَوْمَ ٱسْتَضْعَفُونِى وَكَادُوا۟ يَقْتُلُونَنِى فَلَا تُشْمِتْ بِىَ ٱلْأَعْدَآءَ وَلَا تَجْعَلْنِى مَعَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ

Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”

Musa Rəbbi ilə danışdıqdan sonra qövmünün buzova ibadət etdiklərinə görə qəzəbli və kədər­li halda öz qövmünün yanına qa­yıt­dığı zaman onlara dedi: "Ey Qövmüm! Sizi qoyub getdikdən son­ra məni gözləməkdən bezib, buzovu özünüzə məbud qəbul etməklə, sizi həlaka və bədbəxtçiliyə sürükləyən işlər görüb necə də pis bir hala düşdünüz?!" Musa ona üz vermiş qəzəb və hüznündən dolayı əlindəki löv­hə­ləri yerə atdı və qardaşı Harunun - aleyhissəlam -, onlarla birlikdə olarkən, onları buzova ibadət etdiklərinə mane olmadığı üçün onun ba­şın­dan və saqqalından yapışıb özünə tə­rəf çəkdi. Harun - aleyhissəlam - Musaya - aleyhissəlam - üzürxahlıq edib, könlünü almaq üçün ona dedi: "Ey ana­mın oğlu! Həqiqətən, camaat məni zəif hesab edib, məni rəzil etdilər və az qala ki, onlar məni öldürsünlər. Məni rüsvay et­məklə düşmən­lərimi sevindirmə. Mənə qəzəbləndiyinə görə məni Allahdan başqasına ibadət etməklə özlərinə zülüm edən za­lım­ qövümlə tay tut­ma".

Al-A'raaf 7:150Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.