Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 131–140 of 206

131

فَإِذَا جَآءَتْهُمُ ٱلْحَسَنَةُ قَالُوا۟ لَنَا هَٰذِهِۦ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۭ يَطَّيَّرُوا۟ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓ ۗ أَلَآ إِنَّمَا طَٰٓئِرُهُمْ عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!

Firon xalqına bolluq, gözəl meyvələr və ucuzluq və s. bu kimi xoşladıqları şeylər verildikdə: "Bu nemətlər bizə, biz buna layiq olduğumuz və bunların yalnız bizə aid olduğu üçün verilmişdir!"– de­yərdilər. On­lara quraqlığ, yağışın yağmaması və xəstəliklər və s. bu kimi pisliklər üz verdikdə isə, Musa - aleyhissəlam - və onunla bir­likdə olan İsrail oğullarını uğur­suzluq əla­məti sayardılar. Əs­lində isə onla­rın uğur­suzluğu pak və uca olan Allahın qədəri ilədir, bu işdə Musanın - aleyhissəlam - onlara bəd dua etməsindən başqa, Musanın və ona iman gətirənlərin heç bir aidiyyatı yoxdur. La­kin onla­rın çoxu bunu bilmədikləri üçün bunu Allahdan başqalarının etdiyini zənn edirlər.

Al-A'raaf 7:131Listen in Qur'an →
132

وَقَالُوا۟ مَهْمَا تَأْتِنَا بِهِۦ مِنْ ءَايَةٍۢ لِّتَسْحَرَنَا بِهَا فَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ

(Fir’on adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə mö’cüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”

Firon xalqı Musaynın - aleyhissəlam - gətirdiyi haqqı qəbul etməkdən inadkarlıq edərək dedilər: "Sən bi­zə hər hansı bir ayəni, hər hansı bir dəlili gətirsən də, bizi yolumuzdan döndərmək məqsədi ilə dəlillərimizi batil edib, sənin həqiqətən də Allahın elçisi olduğunu sübut etmək üçün bizə hansı möcüzəni gətirsəndə belə, yenə də biz sənə inanan de­yilik!".

Al-A'raaf 7:132Listen in Qur'an →
133

فَأَرْسَلْنَا عَلَيْهِمُ ٱلطُّوفَانَ وَٱلْجَرَادَ وَٱلْقُمَّلَ وَٱلضَّفَادِعَ وَٱلدَّمَ ءَايَٰتٍۢ مُّفَصَّلَٰتٍۢ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًۭا مُّجْرِمِينَ

Biz ayrı-ayrı mö’cüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.

Biz də onların Allahın ayələrini yalan hesab edib və bu ayələrə inadkarlıq etdiklərinə görə, üzərinə leysan yağış göndərib, onların tarlalarını və meyvələrini suda qərq etdik. Biz onların üzərinə çə­yirt­kələr göndərdik və bu çəyirtkələr də onların məhsullarını talan etdilər. Biz onların üzərinə əkin sahələrini məhv edən və insanın saçına düşüb, insana əziyyət verən bit­lər göndərdik. Biz onların üzərinə qurba­ğalar göndərdik və beləliklə də, bu qurbağalar onların qab-qacağlarına doluşub, yemək-içməklərini məhv etdi, yuxularına da haram qatdı. Biz onların üzərinə qan göndərdik. Onların su quyuları və çayları qanla doldu. Biz onlara bu açıq-aydın möcüzələri ayrı-ayrılıqda, bir-birinin ardınca göndərdik. On­lara hər bir müsibət üz verdikdə, onlar Allaha iman gətirməkdən və Musanın - aleyhissəlam - gətirdiyini təsdiq etməkdən təkəb­bür­lük göstərdilər, bununla da gü­nahkar, batildən əl çəkməyən və haqqa yönəlməyən bir tayfa oldular.

Al-A'raaf 7:133Listen in Qur'an →
134

وَلَمَّا وَقَعَ عَلَيْهِمُ ٱلرِّجْزُ قَالُوا۟ يَٰمُوسَى ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ ۖ لَئِن كَشَفْتَ عَنَّا ٱلرِّجْزَ لَنُؤْمِنَنَّ لَكَ وَلَنُرْسِلَنَّ مَعَكَ بَنِىٓ إِسْرَٰٓءِيلَ

Onlara əzab gəldikdə dedilər: “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik”.

Bu əzab onları bürü­dük­də Musanın - aleyhissəlam - yanına gələrək belə dedilər: "Ey Musa! Allah aramızdan səni peyğəmbər seçdiyinə görə və tövbə edəcəyimiz təqdirdə bizə üz verən bu əzabı bizdən so­vuşdur­ması üçün, sənə verdiyi əhd ilə bizim üçün Rəb­binə dua et! Əgər sən əzabı biz­dən so­vuşdur­san, o zaman biz mütləq sənə iman gəti­rəcək və İsrail oğul­larını müt­ləq sə­ninlə birlikdə göndərib, onları azad edəcəyik".

Al-A'raaf 7:134Listen in Qur'an →
135

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلرِّجْزَ إِلَىٰٓ أَجَلٍ هُم بَٰلِغُوهُ إِذَا هُمْ يَنكُثُونَ

Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular.

Biz onları suda qərq etməzdən əvvəl müəy­yən vaxta qədər əzabı onlardan so­vuş­durduqda, özlərindən peyğəmbərə iman gətirmələri və İsrail oğullarını Musa - aleyhissəlam - ilə göndərmələri üçün aldığımız əhdi dərhal poz­dular. Beləliklə də, öz küfrlərində əvəllki kimi davam etdərək, İsrail oğullarını Musa - aleyhissəlam - ilə birgə göndərməkdən imtina etdilər.

Al-A'raaf 7:135Listen in Qur'an →
136

فَٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَٰهُمْ فِى ٱلْيَمِّ بِأَنَّهُمْ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَكَانُوا۟ عَنْهَا غَٰفِلِينَ

Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara e’tinasız yanaşdıqları) üçün (Fir’on əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.

Nəhayət onları həlak etməmiz üçün onlara verilən müəyyən vaxt gəlib yetişdikdə, ayələrimizi yalan hesab edib, heç bir şəkk və şübhə olmayan haqqı inkar edib, ondan üz çevirdiklərinə görə əzabımızı göndərərək onları dənizdə qərq et­dik.

Al-A'raaf 7:136Listen in Qur'an →
137

وَأَوْرَثْنَا ٱلْقَوْمَ ٱلَّذِينَ كَانُوا۟ يُسْتَضْعَفُونَ مَشَٰرِقَ ٱلْأَرْضِ وَمَغَٰرِبَهَا ٱلَّتِى بَٰرَكْنَا فِيهَا ۖ وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ ٱلْحُسْنَىٰ عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ بِمَا صَبَرُوا۟ ۖ وَدَمَّرْنَا مَا كَانَ يَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهُۥ وَمَا كَانُوا۟ يَعْرِشُونَ

Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (və’dlər) tam yerinə yetdi. Fir’onun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq.

Firon və əyanlarının alçatdıqları İsrail oğullarını yer üzünün şərq və qərb böl­gələrinə varislər təyin etdik. Şərq və qərb bölgələri dedikdə burada qəsd olunan, Şam diyarıdır. Allah bu diyarın torpağından çıxan bitkisinə və meyvəsinə bol-bol bərəkət vermişdir. Ey Peyğəmbər! Beləliklə də, Rəbbinin İs­rail oğul­ları barə­sin­dəki: ﴾Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək﴿ [Qasas: 5] – dediyi gözəl sözü tam ye­rinə yet­di və nəhayət, Allah onları, Firon və onun qövmünün əziyyətlərinə səbir etdikləri üçün yer üzündə bərqərar etdi, Fironun qur­duğu yurd-yuvanı, əkin sahələrini və onların tikib ucaltdıq­la­rı qəsirləri darma­da­ğın etdi.

Al-A'raaf 7:137Listen in Qur'an →
138

وَجَٰوَزْنَا بِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْبَحْرَ فَأَتَوْا۟ عَلَىٰ قَوْمٍۢ يَعْكُفُونَ عَلَىٰٓ أَصْنَامٍۢ لَّهُمْ ۚ قَالُوا۟ يَٰمُوسَى ٱجْعَل لَّنَآ إِلَٰهًۭا كَمَا لَهُمْ ءَالِهَةٌۭ ۚ قَالَ إِنَّكُمْ قَوْمٌۭ تَجْهَلُونَ

Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!

Musa əsasını dənizə vuran kimi o dərhal yarıldı, Biz İsrail oğullarını də­nizdən ke­­çirtdik və onlar Allahdan başqa öz büt­lə­ri­nə tapınan bir qövmə rast gəl­dilər. Bu zaman İsrail oğulları Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! On­la­rın Allahdan başqa ibadət etdikləri məbudları ol­duğu ki­mi, bi­zim də ibadət etməyimiz üçün bizə bir məbud düzəlt". Mu­­sa - aleyhissəlam - onlara de­di: "Ey Qövmümü! Hə­qi­qətən, siz, Allahı təzim etməkdən, ibadətdə Onu təkləşdirməkdən və Ona layiq olmayan şərikləri Ona qoşmaqdan cahil bir tayfasınız".

Al-A'raaf 7:138Listen in Qur'an →
139

إِنَّ هَٰٓؤُلَآءِ مُتَبَّرٌۭ مَّا هُمْ فِيهِ وَبَٰطِلٌۭ مَّا كَانُوا۟ يَعْمَلُونَ

Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!”

Şübhəsiz ki, bütlərinə ibadət edən bu kimsələr Allahdan başqasına ibadət etdikləri üçün məhvə məh­kum­ olan kimsələrdir. İbadətdə Allahdan başqasını Ona şərik qoşduqları üçün etdikləri bütün itaət əməlləri isə ba­tildir".

Al-A'raaf 7:139Listen in Qur'an →
140

قَالَ أَغَيْرَ ٱللَّهِ أَبْغِيكُمْ إِلَٰهًۭا وَهُوَ فَضَّلَكُمْ عَلَى ٱلْعَٰلَمِينَ

(Musa yenə) dedi: “Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”

Mu­sa - aleyhissəlam - qövmünə dedi: "Ey qövmüm! Pak və uca olan Allah sizi zamanınızdakı bütün insanlardan üstün edərək, düşməninizi məhv etməklə sizə nemət bəxş edib, sizi yer üzərində xəlifələr təyin etməklə sizi orada bərqərar etdikdən sonra özünüz də Allahın mövüzələrinə öz gözlərinizlə şahid olduğunuz bir halda, mən si­zin Allah­dan qeyrisinə ibadət etməniz üçün sizə Onda baş­q bir məbud necə axtara bilərəm?!".

Al-A'raaf 7:140Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.