Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 121–130 of 206

121

قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ ٱلْعَٰلَمِينَ

Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə -

Sehrbazlar dedilər: "Biz bütün məxluqatın Rəb­binə iman gətirdik –

Al-A'raaf 7:121Listen in Qur'an →
122

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ

Musanın və Harunun Rəbbinə!”

Musa və Harunun - aleyhiməssalam - Rəb­binə! O, batil ilahlardan başqa ibadətə layiq olan yalnız Odur.

Al-A'raaf 7:122Listen in Qur'an →
123

قَالَ فِرْعَوْنُ ءَامَنتُم بِهِۦ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّ هَٰذَا لَمَكْرٌۭ مَّكَرْتُمُوهُ فِى ٱلْمَدِينَةِ لِتُخْرِجُوا۟ مِنْهَآ أَهْلَهَا ۖ فَسَوْفَ تَعْلَمُونَ

Fir’on (onlara) dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu (sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!

Onlar tək Allaha iman gətirdikdən sonra Firon onları hədələyərək dedi: "Mən sizə izin ver­mə­zdən əvvəl siz Musaya iman gətir­di­niz? Şübhəsiz ki, sizin Musaya iman gətirib onu təsdiqləməniz, şə­hər sakinlərini oradan çıxarmaq üçün, sizin və Musanın qur­du­ğu­ bir hiy­lə və məkirdir. Ey sehribazlar! Tez­liklə başınıza gələn əzabı biləcəksi­niz.

Al-A'raaf 7:123Listen in Qur'an →
124

لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَٰفٍۢ ثُمَّ لَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!”

Sizin hər birinizin sağ əli ilə sol ayağını və sol əli ilə də sağ ayağını kəsəcək, həm sizə əzab vermək, həm də ki, sizi bu halda görənləri qorxutmaq üçün ha­mı­nı­zı xurma ağaclarının kötüklərindən asacağam.

Al-A'raaf 7:124Listen in Qur'an →
125

قَالُوٓا۟ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ

(Sehrbazlar) belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)

Sehrbazlar Fironun təhdidlərinə cavab olaraq belə dedilər: "Şübhə­siz ki, biz tək olan Rəbbimizin hüzuruna qayıda­cağıq. Elə buna görə də sənin bizə hədə-qorxu gəlməyinin heç bir mənası yoxdur".

Al-A'raaf 7:125Listen in Qur'an →
126

وَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنْ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتْنَا ۚ رَبَّنَآ أَفْرِغْ عَلَيْنَا صَبْرًۭا وَتَوَفَّنَا مُسْلِمِينَ

Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin mö’cüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!”

Ey Firon! Sən bizdən sadəcə, Musanın - aleyhissəlam - vasitəsi ilə Rəb­bimi­zin ayələri bizə gəldikdə on­la­ra iman gətir­məyimizə görə intiqam alırsan. Əgər bu eyib edilən bir günahdırsa, bu sənin deyil, bizim günahımızdır. Sonra onlar: Ey Rəb­bimiz! Bi­zə haqq üzərində sabitqədəm qalmağımız üçün bizə çoxlu səbir ver və bi­zi mü­səlman, əmrlərinə müti və elçinə tabe olaraq öldür" – deyib Allaha yalvararaq dua etdilər.

Al-A'raaf 7:126Listen in Qur'an →
127

وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِ فِرْعَوْنَ أَتَذَرُ مُوسَىٰ وَقَوْمَهُۥ لِيُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ وَيَذَرَكَ وَءَالِهَتَكَ ۚ قَالَ سَنُقَتِّلُ أَبْنَآءَهُمْ وَنَسْتَحْىِۦ نِسَآءَهُمْ وَإِنَّا فَوْقَهُمْ قَٰهِرُونَ

Fir’on tayfasının ə’yan-əşrafı dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” (Fir’on onlara) belə cavab verdi: “Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)”

Firon qövmünün hakim və kübar təbəqəsindən olan insanları, Fironu, Musaya - aleyhissəlam - və onunla birgə olan möminlərə qarşı qaldıraraq dedilər: "Ey Firon! Sən Musanı və onun qöv­mü­nü yer üzün­də fəsad yaymaq, həm səni, həm də sənin ilahlarını bir kənara atıb və tək Allah ibadət etməyə çağırmaları üçün başlı-başına bu­ra­xırsanmı?". Firon de­di: "Biz hök­mən İsrail oğul­larının oğlan uşaq­larını öl­dürəcək, qa­dın­la­rını isə bizə xidmət etmək üçün sağ bura­xa­cağıq. Şüb­həsiz ki, onların üzə­rində sar­sıl­maz hökm­ranlığa va güc-qüvvətə ma­lik olan bizik".

Al-A'raaf 7:127Listen in Qur'an →
128

قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱسْتَعِينُوا۟ بِٱللَّهِ وَٱصْبِرُوٓا۟ ۖ إِنَّ ٱلْأَرْضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ وَٱلْعَٰقِبَةُ لِلْمُتَّقِينَ

Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!” - dedi.

Musa - aleyhissəlam - öz qövmünə nəsihət edərək de­di: "Ey Qövmüm! Zərəri sizdən sovuşdurmaq və sizə xeyir bəxş etmək üçün tək Allah­dan yardım diləyin və sizə baş vermiş bu müsibətə görə səbir edin. Şüb­həsiz ki, yer üzü tək Alla­hındır. Bu yer üzü heç də Fironun və ya başqasının deyil ki, orada kimsə istədiy hökümü versin. Allah yer üzündə qalibiyyəti və məğlubiyyəti insanlar arasında istədiyi kimi növbə ilə dəyişər. Lakin yer üzündə gözəl aqibət isə Rəbbinin əmrlərini yerinə yetirib, Onun qadağalarından çəkinən möminlər üçündür. Onlar bu dünya da çətin imtahanlarla üzləşsələrdə bilin ki, gözəl aqibət onlarındır".

Al-A'raaf 7:128Listen in Qur'an →
129

قَالُوٓا۟ أُوذِينَا مِن قَبْلِ أَن تَأْتِيَنَا وَمِنۢ بَعْدِ مَا جِئْتَنَا ۚ قَالَ عَسَىٰ رَبُّكُمْ أَن يُهْلِكَ عَدُوَّكُمْ وَيَسْتَخْلِفَكُمْ فِى ٱلْأَرْضِ فَيَنظُرَ كَيْفَ تَعْمَلُونَ

(Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!”

Musanın - aleyhissəlam - İsrail oğul­larından olan qövmü Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! Sən bi­zim yanımıza gəlməzdən əvvəl də, sə­nin gəli­şin­dən son­ra da Firon tətəfdən oğlan övladlarımızı öldurməklə, qadınlarımızı sağ buraxmağla bizə əziyyət verildi". Musa - aleyhissəlam - onlara müjdə verərək de­di: "Ola bil­sin ki, Rəbbiniz düş­mə­ni­niz Fironu və onun əyanlarını məhv edib sizi onlardan sonra yer üzünün varis­ləri tə­yin etsin, sonra da sizin orada Allaha şükür yoxsa küfür edə­cə­yi­ni­zə baxsın".

Al-A'raaf 7:129Listen in Qur'an →
130

وَلَقَدْ أَخَذْنَآ ءَالَ فِرْعَوْنَ بِٱلسِّنِينَ وَنَقْصٍۢ مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

Biz Fir’on əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına mə’ruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!

Biz Firon xalqını quraqlığa, yağışın yağmamasına, meyvələrin və məhsulun qıt­lığına məruz qoyaraq imtahana çəkdik ki, bəlkə onlar başlarına gələn müsibətlərin etdikləri küfürlər səbəbindən olduğunu dü­şü­nüb ibrət alsınlar və beləliklə də, günahlardan tövbə edib Allaha qayıtsınlar.

Al-A'raaf 7:130Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.