Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 206

111

قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِى ٱلْمَدَآئِنِ حَٰشِرِينَ

Onlar dedilər: “Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,

Onlar Firona dedilər: "Musanı və onun qar­da­şı­ Harunu gözlət və Misirin şəhərlərinə oradan sehr­baz­ları top­la­yan adamlar göndər ki,

Al-A'raaf 7:111Listen in Qur'an →
112

يَأْتُوكَ بِكُلِّ سَٰحِرٍ عَلِيمٍۢ

Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”

Misirin şəhərlərindən sehribazları toplamaq üçün göndərdiyin kimsələr bütüb bilikli və sehirdə mahir olan sehrbazların ha­mı­­sını sənin yanına gətir­sin­lər".

Al-A'raaf 7:112Listen in Qur'an →
113

وَجَآءَ ٱلسَّحَرَةُ فِرْعَوْنَ قَالُوٓا۟ إِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَٰلِبِينَ

Sehrbazlar Fir’onun yanına gəlib dedilər: “Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”

Beləliklə də Firon sehrbazları toplamaq üçün Misirin şəhərlərinə adamlar göndərdi. Nəhayət, onlar Fironun ya­nına gəldikdə, ona belə dedilər: "Əgər biz öz sehiimizlə Musanı məğlub edib, ona qalib gəl­sək bizim üçün bir mükafat olacaqmı?"

Al-A'raaf 7:113Listen in Qur'an →
114

قَالَ نَعَمْ وَإِنَّكُمْ لَمِنَ ٱلْمُقَرَّبِينَ

(Fir’on:)” Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaqsınız!” – deyə cavab verdi.

Firon onlara belə cavab verdi: "Bəli, siz üçün əcr və mükafat vardır və siz vəzifə etibarı ilə mənə ən yaxın olan adamlardan olacaq­­sı­nız".

Al-A'raaf 7:114Listen in Qur'an →
115

قَالُوا۟ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ نَحْنُ ٱلْمُلْقِينَ

Sehrbazlar dedilər: “Ya Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”

Sehrbazlar Musaya - aleyhissəlam - qələbə çalacaqlarından özlərindən əmin olaraq təkəbbürlük və lovğalıq edərək dedilər: "Ey Musa! Seçim sənindir, ya sən atmaq istədiyini birinci at, ya da ki, biz birinci ataraq başlayaq!"

Al-A'raaf 7:115Listen in Qur'an →
116

قَالَ أَلْقُوا۟ ۖ فَلَمَّآ أَلْقَوْا۟ سَحَرُوٓا۟ أَعْيُنَ ٱلنَّاسِ وَٱسْتَرْهَبُوهُمْ وَجَآءُو بِسِحْرٍ عَظِيمٍۢ

(Musa:) “Siz atın” – dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər.

Musa heç onlara fikir vermədən və Rəbbinin ona yardım edəcəyinə inanaraq dedi: "Əllərinizdəki əsalarınızı və iplərinizi birinci siz atın!" On­lar əllərindəkiləri at­dıq­da, in­san­ların göz­lərini sehr­ləyib canlarına qorxu saldılar və insanların gözündə güclü bir sehr göstərdilər.

Al-A'raaf 7:116Listen in Qur'an →
117

۞ وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَلْقِ عَصَاكَ ۖ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ

Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur.

Allah, peyğəmbəri və heç bir vasitəçiz danışdığı Musaya - aleyhissəlam - ey Musaya!: "Əsanı ye­rə at!"– deyə vəhy etdi. Musa - aleyhissəlam - əlindəki əsasını yerə atan kimi o, dərhal bir ilan olub insanların gözü qarşısında sürətlə sürünüb, sehribazların camaatı qorxudub aldatmaq üçün yerə atdıqları ipləri və əsaları udmağa başladı.

Al-A'raaf 7:117Listen in Qur'an →
118

فَوَقَعَ ٱلْحَقُّ وَبَطَلَ مَا كَانُوا۟ يَعْمَلُونَ

Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu.

Artıq haqq üzə çıxdı, Musanın - aleyhissəlam - doğru yolda olduğu bəyan oldu və sehribazların etdikləri sehir isə batil oldu.

Al-A'raaf 7:118Listen in Qur'an →
119

فَغُلِبُوا۟ هُنَالِكَ وَٱنقَلَبُوا۟ صَٰغِرِينَ

(Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.

Sehrbazlar rüsvay və məğ­lub oldular. Musa - aleyhissəlam - isə camaatın qarşısında onlara qalib gəldi. Sehrbazlar oradan zəlil olaraq və həqir bir halda geri dön­dülər.

Al-A'raaf 7:119Listen in Qur'an →
120

وَأُلْقِىَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ

Onlar (hamı birlikdə) səcdəyə qapanıb

Sehrbazlar Allahın qüdrətinin əzəmətinə şahid olub və Onun açıq-aydın ayələrini öz gözləri ilə gördükləri an pak və uca olan Allaha səcdə etmək üçün yerə qa­pan­dılar.

Al-A'raaf 7:120Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.