تِلْكَ ٱلْقُرَىٰ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآئِهَا ۚ وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ بِمَا كَذَّبُوا۟ مِن قَبْلُ ۚ كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلْكَٰفِرِينَ
(Ya Rəsulum!) O məmləkətlərin bə’zi xəbərlərini (əhvalatlarını) sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (mö’cüzələr) gətirmişdilər. (Həmin məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (mö’cüzələrə, dəlillərə) yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər.
Ey Peyğəmbər! Misal çəkdiyimiz diyar, Nuh, Hud, Saleh, Lut və Şueyb qövmünün diyarıdır ki, Biz onların xəbərlərindən - elçiləri yalan hesab edib, onlara qarşı inadkarlıq etmələrindən və bu üzdən onları həlaka düçar etdiyimizin bəzisini sənə söyləyirik ki, qoy başqaları üçün bir ibrət və öyüd-nəsihət olsun. Artıq o diyarın əhlinə elçiləri onlara özlərinin həqiqətən də Allah tərəfindən göndərilən elçilər olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirdilər. Amma elçilər onlara gəldikdə isə iman gətirmədilər. Halbuki Allah onların iman gətirməyəcəyini əzəldən bilirdi. Allah elçiləri yalan hesab edən o diyar əhlinin qəlblərini möhürlədiyi kimi, Muhəmmədə - sallallahu aleyhi və səlləm - iman gətirməyənlərin də gəlblərini eləcə möhürləyər və onlar əsla imana yönələ bilməzlər.