وَكَيْفَ أَخَافُ مَآ أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ عَلَيْكُمْ سُلْطَٰنًۭا ۚ فَأَىُّ ٱلْفَرِيقَيْنِ أَحَقُّ بِٱلْأَمْنِ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ
Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?
Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi Allahın yaratdıqlarını Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduğunuz bütlərdən niyə qorxmalıyam?! Əgər bilirsinizsə, deyin görüm bu iki dəstədən: tövhid əhli olan dəstə, yoxsa müşriklər olan dəstə - bunlardan hansı biri əmin-amanlıqda olmağa daha haqlıdır, elə ona da tabe olun?! Şübhə yoxdur ki, əmin-amanlıqda olmağa daha haqlı olan dəstə, tövhid əhi olan möminlərin dəstəsidir.