وَأَنذِرْ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوٓا۟ إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُم مِّن دُونِهِۦ وَلِىٌّۭ وَلَا شَفِيعٌۭ لَّعَلَّهُمْ يَتَّقُونَ
Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Qur’anla) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!
Ey Peyğəmbər! Qiyamət günü Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları bu Quranla qorxut ki, Allahdan başqa onların nə bir fayda verən hamisi, nə də zərəri onlardan sovuşduran bir havadarı vardır. Bəlkə Allahın əmrlərini yerinə yetirib və qadağan etdiyindən uzaq duraraq pis əməllərdən çəkinələr. Məhz belə kimsələrdir, Qurandan faydalanan kimsələr.