بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِن شَآءَ وَتَنسَوْنَ مَا تُشْرِكُونَ
Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!)
Haqq budur ki, siz, sizi yaradan, istədiyi təqdirdə sizi bəladan qoruyan və zərəri sizdən sovuşduran Allahı qoyub başqasına dua etməyəsiniz. Çünki bunlara qadir olan yalnız Allahdır. Allaha şərik qoşaraq ibadət etdiyiniz bütlərin sizə xeyir və zərər verməyə qadir olmadıqlarını bildiyiniz üçün onları tərk etməlisiniz.