قُلْ إِنَّنِى هَدَىٰنِى رَبِّىٓ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ دِينًۭا قِيَمًۭا مِّلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا ۚ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ
(Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”
Ey Peyğəmbər! Yalan hesab edən müşriklərə de: "Həqiqətən, Rəbbim məni doğru yola, dunya və axirət xeyirlərini özündə cəm edən həqiqi din yoluna, batildən haqqa meyil edən və heç bir zaman müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!