Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 131–140 of 165

131

ذَٰلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا غَٰفِلُونَ

Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!

Heç bir kimsəyə elçilər göndərilmədən və ona dəvət çatmadan öncə etdiyi günaha görə əzab verilməməsi üçün insan və cinlərə xəbərdarlıq edən elçilər göndərdik. Biz hər hansı bir ümmətə elçilər göndərmədən öncə onlara əzab vermərik.

Al-An'aam 6:131Listen in Qur'an →
132

وَلِكُلٍّۢ دَرَجَٰتٌۭ مِّمَّا عَمِلُوا۟ ۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا يَعْمَلُونَ

Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!

Onların hər birinin etdiyi əməl­lə­rə görə dərəcələri vardır. Yaxşı əməllər edənlərin savabı eyni səviyyədə olmadığı kimi, şər əməlləri çox olanla az olan da eyni səviyyədə ola bilməz. Rəb­bin on­ların etdik­lərindən qafil deyil­dir. Əksinə, onların nə etdiklərindən xəbərdardır. Ona heç bir şey gizli qalmaz və Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.

Al-An'aam 6:132Listen in Qur'an →
133

وَرَبُّكَ ٱلْغَنِىُّ ذُو ٱلرَّحْمَةِ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِنۢ بَعْدِكُم مَّا يَشَآءُ كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ ءَاخَرِينَ

Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər.

Ey Peyğəmbər! Rəbbin Öz qullarına möhtac deyil - Allahın nə qullarına, nə də onların ibadətinə ehtiyacı var. Onların Allaha küfr etməsi Ona zərər verməz. Allahın qullarına ehtiyacı olmasa da, O, qullarına qarşı rəhmlidir. Ey Günahkar insanlar! Allah sizi və sizdən əvvəliki başqa bir qövmün nəslindən yaratdığı kimi, əgər Allah sizi məhv etmək istəsə sizə əzab göndərib məhv edərdi və sizi məhv etdikdən sonra Allaha iman gətirib və Ona itaət edən istədiyi bir qövmün yaratardı.

Al-An'aam 6:133Listen in Qur'an →
134

إِنَّ مَا تُوعَدُونَ لَءَاتٍۢ ۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ

Sizə və’d edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!

Ey Kafirlər! Şübhə yoxdur ki, sizə vəd olu­nan - qəbirlərdən dirilib çıxma, haqq-hesab və əzab günü mütləq gələcəkdir. Siz ondan qaçıb yaxa qurtara bil­məyəcəksiniz. O, sizin kəkillərinizdən tutaraq sizə Öz əzabını dadıracaqdır.

Al-An'aam 6:134Listen in Qur'an →
135

قُلْ يَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَامِلٌۭ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِ ۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ

(Ya Rəsulum! Qüreyş kafirlərinə) de: “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Axirət yurdunun (gözəl) aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!

Ey Peyğəmbər! De: "Ey qövmüm! Elə olduğunuz kimi küfr və azğınlığınıza davam edin. Artıq mən sizə haqqı açıq-aydın dəlillərlə bəyan edərək sizi xəbərdar etim. Bundan sonra sizin küfür etməniz və zəlalətdə olmanız məni maraqlandırmaz. Mən isə bundan sonra da elə olduğum haqq üzərində sabit qalacam. Siz Allahın dünyada kimə yardım etdiyini, yer üzünə kimin varis olduğunu və axirət yurdunun kimə nəsib ola­ca­ğını bi­lə­cək­si­niz. Şübhəsiz ki, müşriklər nə dünyada nə də axirətdə nicat taparlar. Onlar dünyada nə qədər dünya nemətlərindən ləzzət alsalarda, axirətdə isə aqibətləri xüsrana düçar olmaqdır".

Al-An'aam 6:135Listen in Qur'an →
136

وَجَعَلُوا۟ لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ ٱلْحَرْثِ وَٱلْأَنْعَٰمِ نَصِيبًۭا فَقَالُوا۟ هَٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَٰذَا لِشُرَكَآئِنَا ۖ فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلَا يَصِلُ إِلَى ٱللَّهِ ۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَآئِهِمْ ۗ سَآءَ مَا يَحْكُمُونَ

(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!

Müşriklər Allahın yarat­dı­ğı əkindən və mal-qa­ra­dan Allah üçün pay ayırmaqı özlərindən icad edib və bunun Allah aid olduğunu, başqa bir payda ayıraraq onunda isə bütlərinə aid olduğunu id­dia­ etdilər. Şə­rikləri üçün ayır­dıqları pay fəqirlər və miskinlər kimi Alla­h üçün olan yerlərə çatmaz, Allah üçün ayır­dıq­ları pay isə Allaha şərik­ qoşduqları bütlərə çatar. On­ların pay bölgüsü barədə verdik­ləri hökm necə də pisdir!

Al-An'aam 6:136Listen in Qur'an →
137

وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍۢ مِّنَ ٱلْمُشْرِكِينَ قَتْلَ أَوْلَٰدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا۟ عَلَيْهِمْ دِينَهُمْ ۖ وَلَوْ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!

Allahın haqsız yerə qətlə yetirməyi haram etdiyi canı qətlə yetirərək həlaka sürüklənmələri və dinlərinə qarma­qarı­şıq­lıq salıb nəyin icazəli və nəyin də qadağan olduğunu bilməmələri məqsədi ilə şeytan müşriklərə bu zalım hökmü gözəl göstərdiyi kimi, müşriklərin bir çoxuna şeytanlardan olan şərikləri yoxsuzluq qorxusundan uşaqlarını öldürməyi də gözəl göstərdi. Əgər Allah bunun etməmələrini istə­səy­di, onlar bu­nu heç vaxt edə bilməzdilər. Lakin Allah bunun böyük bir hikmət üçün belə olmasını istədi. Ey Peyğəmbər! Elə isə müşrikləri Allah adından uydur­ub yalan danışanlar ilə birlikdə tərk et. Çünki bu sənə zərər verə bilməz. Onları Allaha burax.

Al-An'aam 6:137Listen in Qur'an →
138

وَقَالُوا۟ هَٰذِهِۦٓ أَنْعَٰمٌۭ وَحَرْثٌ حِجْرٌۭ لَّا يَطْعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعْمِهِمْ وَأَنْعَٰمٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَٰمٌۭ لَّا يَذْكُرُونَ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا ٱفْتِرَآءً عَلَيْهِ ۚ سَيَجْزِيهِم بِمَا كَانُوا۟ يَفْتَرُونَ

(Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”,- dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir.

Müşrəklər dedilər: "Bu mal-qara və əkin­lər haramdır. Onlar öz iddiala­rına və iftiralarına əsasən, bun­ları bizim istədiklərimiz bütlərə xidmət edən kişilərdən başqa kiminsə yeməsi qadağandır. Bu mal-qaranın bəzisinin minilməsi haram edilmiş, minilməyən və üzərində yük daşınılmayan heyvanlardır. Bunlar: Bə­hi­ra, saibə və hami heyvanlarıdır. Bu heyvanları da kəsərkən üstündə Alla­hın adını çək­ərək deyil, yalnız bütlərinin adını çəkərək kəsirlər. Onlar bu­nların hamısını yalandan Allaha iftira ataraq bunun Allahdan olduğunu iddia edirlər. Allahda on­la­rı atdıq­la­rı bu iftiralarına görə cəza­landıracaqdır.

Al-An'aam 6:138Listen in Qur'an →
139

وَقَالُوا۟ مَا فِى بُطُونِ هَٰذِهِ ٱلْأَنْعَٰمِ خَالِصَةٌۭ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزْوَٰجِنَا ۖ وَإِن يَكُن مَّيْتَةًۭ فَهُمْ فِيهِ شُرَكَآءُ ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ ۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌۭ

(Müşriklər) həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur (halaldır), onlar qadınlarımıza haram edilmişdir”,- dedilər. Əgər (bala) ölü doğularsa, (kişilər və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir!

Onlar: "Bu saibə və bəhirə heyvanlarının qarın­la­rın­dakı balalar diri doğulduğu təqdirdə kişiləri­mi­zə halal, qadın­larımıza isə haramdır­, əgər o balalar ölü do­ğu­larsa, kişiləri­mi­z və qadın­larımız ona şə­rikdirlər"– deyirlər. Allah on­ları bu sözlərinə görə onlara layiqli cəza ­verəcəkdir. Hə­qiqətən, Allah, şəri hökmlərində, işlərində, qullarının idarə etməkdə hikmət sahibidir və qullarından xəbərdardır.

Al-An'aam 6:139Listen in Qur'an →
140

قَدْ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓا۟ أَوْلَٰدَهُمْ سَفَهًۢا بِغَيْرِ عِلْمٍۢ وَحَرَّمُوا۟ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفْتِرَآءً عَلَى ٱللَّهِ ۚ قَدْ ضَلُّوا۟ وَمَا كَانُوا۟ مُهْتَدِينَ

Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər.

Ağılsızlıqları və cahillikləri üzündən öz övladlarını öldü­rən və Allaha iftira ataraq Alla­hın onlara ruzi olaraq ver­diyi heyvanları haram edənlər həlak oldular. Onlar doğru yoldan azdılar və bu yo­la yönəl­mədilər.

Al-An'aam 6:140Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.