Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 165

91

وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِذْ قَالُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٍۢ مِّن شَىْءٍۢ ۗ قُلْ مَنْ أَنزَلَ ٱلْكِتَٰبَ ٱلَّذِى جَآءَ بِهِۦ مُوسَىٰ نُورًۭا وَهُدًۭى لِّلنَّاسِ ۖ تَجْعَلُونَهُۥ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًۭا ۖ وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوٓا۟ أَنتُمْ وَلَآ ءَابَآؤُكُمْ ۖ قُلِ ٱللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ

Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Qur’an) nazil etməmişdir”, - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Qur’an vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).

Müşriklər, Muhəmməd peyğəmbərə - sallallahu aleyhi və səlləm: "Allah insana vəhydən heç bir şey nazil etməmişdir"– de­dikləri zaman Allahı la­yiqincə təzim etmədilər. Ey Peyğəmbər! Onlara de: "Tövratı qövmü üçün nur, hidayət və doğru yolu göstərən rəhbər olaraq Mu­sa­ya kim nazil et­mişdir? Yəhudilər Tövratı dəftərlərə yazıb öz nəfslərinə müvafiq gələni insanlara göstərir və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - vəsf olunması kimi nəfslərinə müxalif olanları isə giz­lə­dirlər. Ey ərəblər! Axı, sizin də, əcdadınızın da bundan əvvəl Qurandan bilmədiyiniz şey­lər si­zə öy­rədilmiş­dir". Ey Peyğəmbər! Onlara: "Onu Allah nazil etmişdir!"- de, sonra da əcəl onları haqlayanadək onları öz cahillikləri və azğınlıqları içində - dini məsxərəyə qoyub istehza etdikləri halda tərk et.

Al-An'aam 6:91Listen in Qur'an →
92

وَهَٰذَا كِتَٰبٌ أَنزَلْنَٰهُ مُبَارَكٌۭ مُّصَدِّقُ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا ۚ وَٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ يُؤْمِنُونَ بِهِۦ ۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

Bu (Qur’an) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qilarlar).

Ey Peyğəmbər! Bu Quran, Mək­kə əhalisinin, habelə yer üzünün məşriqində və məğribində yaşayan insanların doğru yola yönəlməsi üçün sənə nazil etdiyi­miz, özündən əvvəl nazil edilmiş səmavi kitabları təs­diq edən mü­ba­rək bir Kitabdır. Axi­rət həyatına iman gətirənlər bu Qurana iman gətirir, içində buyurulanlara əməl edir və namazlarının rükunlarını, fərzlərini və müstəhəblərini şəriətin müəyyən etdiyi vaxtlarda yerinə yetirərək qoruyub saxlayarlar.

Al-An'aam 6:92Listen in Qur'an →
93

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِىَ إِلَىَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَىْءٌۭ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَآ أَنزَلَ ٱللَّهُ ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِى غَمَرَٰتِ ٱلْمَوْتِ وَٱلْمَلَٰٓئِكَةُ بَاسِطُوٓا۟ أَيْدِيهِمْ أَخْرِجُوٓا۟ أَنفُسَكُمُ ۖ ٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيْرَ ٱلْحَقِّ وَكُنتُمْ عَنْ ءَايَٰتِهِۦ تَسْتَكْبِرُونَ

Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!

Allaha qarşı yalan uy­du­­raraq: "Allah heç bir bəşərə bir şey nazil etməmişdir", yaxud Allah ona vəhy nazil etmədiyi bir halda yalandan: "Allah mə­nə də vəhy etmişdir"– söylə­yəndən və yaxud: "Mən də Allahın Qurandan nazil et­di­yi­nin bənzə­rini endirəcəyəm"– deyən­dən da­ha zalım kimsə ola bilməz. Ey Peyğəmbər! O zalımları ölüm girda­bın­da olduqda, mə­lək­lərin də əl­lərini onlara tərəf uzadıb onlara əzab verərək və onları vuraraq: "Canları­nızı çı­xarın, biz onları götürəcəyik! Allaha qarşı yalan söz­lər söylədiyinizə, peyğəmbərlik və vəhyin nazil olması idda etdiyinizə, Allahın nazil etdiyinin bənzərini nazil etməyə qadir olduğunuza və Onun ayə­lərinə iman etməkdən təkəbbür göstərdiyi­ni­zə gö­rə bu gün siz alçaldıcı və zəlil edici əzabla cəzalan­dırı­la­caq­sı­nız!"– dediklərini görsəydin sən çox dəhşətli bir hal gö­rərdin.

Al-An'aam 6:93Listen in Qur'an →
94

وَلَقَدْ جِئْتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقْنَٰكُمْ أَوَّلَ مَرَّةٍۢ وَتَرَكْتُم مَّا خَوَّلْنَٰكُمْ وَرَآءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَٰٓؤُا۟ ۚ لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ

Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz (bütlər) də sizdən (uzaqlaşıb) qeyb olmuşdur.

Qəbirlərdən diriləcəyi gün onlara: "Bu gün hüzurumuza ilk dəfə si­zi xəlq etdiyimiz kimi ayaqyalın, lüt-üryan, sünnət olunmamış, mal-dövlətiniz və başçılıq etməyiniz əlinizdən çıxmış bir halda, tək-tən­ha, həm də sizə verdiyimiz ne­mətləri özünüz də istəmədən dünya həyatında arxanızda qoyub gəl­di­niz. Bu gün öz ara­nızda Allaha vasitəçilər say­dığınız ilahlarınızı ya­nı­nızda gör­mü­rük. Halbuki siz onların ibadətə layiq olmaları barədə Allahın şərikləri olduqlarını iddia edirdiniz. Artıq onlarla sizin ara­nız­da olan əlaqə qırıl­mış, onların Allahın şərikləri və sizə şəfaətçilər olacaqları iddianız isə sizdən uzaq­laşmışdır"– deyiləcəkdir.

Al-An'aam 6:94Listen in Qur'an →
95

۞ إِنَّ ٱللَّهَ فَالِقُ ٱلْحَبِّ وَٱلنَّوَىٰ ۖ يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَمُخْرِجُ ٱلْمَيِّتِ مِنَ ٱلْحَىِّ ۚ ذَٰلِكُمُ ٱللَّهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan (ölü yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta yaradan) Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz?

Toxumu yarıb oradan bitki çıxardan, çəyirdəkdən xurma, üzün və s. ağaclar çıxardan, insan və heyvanları nütfədən xəlq edərək ölü­dən diri çıxardan, insandan nütfə, toyuqdan isə yumurta çıxardaraq diridən də ölü çıxardan, məhz tək olan Allahdır. Bütün bunları edən sizin xaliqiniz olan Allahdır! Ey müşriklər! Siz Allahın misilsiz yaratdıqlarına şahid olduqdan sonra necə də haqdan döndərilir­siniz!

Al-An'aam 6:95Listen in Qur'an →
96

فَالِقُ ٱلْإِصْبَاحِ وَجَعَلَ ٱلَّيْلَ سَكَنًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ حُسْبَانًۭا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ

(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).

Gecənin zülmətindən səhərin nurunu yarıb çıxardan da, gecəni insanların gündüz ikən ruzi axtarıb yorulduqdan sonra dincəlmək üçün istirahət vaxtı edən də, günəşi və ayı müəyyən he­sabla hərəkət edən vaxt ölçüsü edən də, pak və uca olan Allahdır. Bu deyilən misilsiz yaradılış, məğlub edilməz və qulları üçün nəyin daha xeyirli olduğunu bilən qüdrətli Allahın əzəldən müəyyən etdiyi hökmdür.

Al-An'aam 6:96Listen in Qur'an →
97

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهْتَدُوا۟ بِهَا فِى ظُلُمَٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ ۗ قَدْ فَصَّلْنَا ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ

Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.

Ey Adəm övladı! Siz səfərdə ikən quruda və ya dənizdə olan zaman yolu azdıqda yolu tapa bilə­si­niz de­yə sizin üçün səmada ulduzları yaradan pak və uca olan Allahdır. Artıq Biz, qüdrətimizə dəlalət edən dəlilləri, bu dəlillərdən düşünüb faydalana bilən kimsələrə izah etdik.

Al-An'aam 6:97Listen in Qur'an →
98

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ فَمُسْتَقَرٌّۭ وَمُسْتَوْدَعٌۭ ۗ قَدْ فَصَّلْنَا ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَفْقَهُونَ

Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik.

Sizi tək bir candan, atanız Adəmdən ya­ra­dan pak və uca olan Allahdır. Allah sizin yaradılışınıza atanızı torpaqdan yaradaraq başlamışdır. Sonra isə sizi ondan yaratmışdır. Allah sizin üçün analarınızın bətinləri kimi qərar tu­ta­ca­ğı­nız və atalarınızın belləri kimi əmanət sax­la­ndığınız bir yer yaratmışdır. Artıq Biz ayələri Allahın kəlamını anlayan bir qövmə izah etdik.

Al-An'aam 6:98Listen in Qur'an →
99

وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦ نَبَاتَ كُلِّ شَىْءٍۢ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًۭا نُّخْرِجُ مِنْهُ حَبًّۭا مُّتَرَاكِبًۭا وَمِنَ ٱلنَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌۭ دَانِيَةٌۭ وَجَنَّٰتٍۢ مِّنْ أَعْنَابٍۢ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُشْتَبِهًۭا وَغَيْرَ مُتَشَٰبِهٍ ۗ ٱنظُرُوٓا۟ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَيَنْعِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكُمْ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ

Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.

Səmadan su - yağış suyu endirən pak və uca olan Allahdır. Biz bu yağış suyu ilə hər bir bitki növündən yetişdirir, o bitkilərdən əkin və yaşıl ağac bitirir, onlardan da sünbülün üzərində olduğu kimi üst-üstə düzülmüş toxumlar çıxarırıq. Xurma ağacının tumurcuqlarından, ayaqda duran və ya oturan adamın dərə biləcəyi salxımlar yetişdirir. Biz, həmçinin, üzüm talvarları, yarpaqları bir-birinə bənzəyən və meyvəsi isə bir-birinə bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Ey İnsanlar! Ağac ilk dəfə bar verdiyi və meyvəsinin yetişdiyi zaman onların meyvəsinə baxın. Ey İnsanlar! Şübhəsiz ki, bunlarda Allaha iman gətirən kimsələr üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır. Məhz onlardır bu dəlillərdən faydalanan kimsələr.

Al-An'aam 6:99Listen in Qur'an →
100

وَجَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ ٱلْجِنَّ وَخَلَقَهُمْ ۖ وَخَرَقُوا۟ لَهُۥ بَنِينَ وَبَنَٰتٍۭ بِغَيْرِ عِلْمٍۢ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ

Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəksə durur.

Müşriklər cinlərin fayda və zərər verə biləcəklərini etiqad etdikləri zaman, onları Allaha ibadətdə şə­rik qəbul etdilər. Halbuki onları da, Allahdan başqası yox, məhz Allah yaratmışdır. Elə buna görə də yalnız Allah, ibadət olunmağa layiqdir. Yəhudilər Üzeyirin, nəsranilər isə İsanın Allahın oğlu olduğunu, müşriklər də mələklərin Allahın qızları olduğunu iddia etdilər. Allah batil əhlinin vəsf etdikləri sifətlərdən uzaq­dır və uca­dır.

Al-An'aam 6:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.