وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِذْ قَالُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٍۢ مِّن شَىْءٍۢ ۗ قُلْ مَنْ أَنزَلَ ٱلْكِتَٰبَ ٱلَّذِى جَآءَ بِهِۦ مُوسَىٰ نُورًۭا وَهُدًۭى لِّلنَّاسِ ۖ تَجْعَلُونَهُۥ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًۭا ۖ وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوٓا۟ أَنتُمْ وَلَآ ءَابَآؤُكُمْ ۖ قُلِ ٱللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ
Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Qur’an) nazil etməmişdir”, - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Qur’an vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).
Müşriklər, Muhəmməd peyğəmbərə - sallallahu aleyhi və səlləm: "Allah insana vəhydən heç bir şey nazil etməmişdir"– dedikləri zaman Allahı layiqincə təzim etmədilər. Ey Peyğəmbər! Onlara de: "Tövratı qövmü üçün nur, hidayət və doğru yolu göstərən rəhbər olaraq Musaya kim nazil etmişdir? Yəhudilər Tövratı dəftərlərə yazıb öz nəfslərinə müvafiq gələni insanlara göstərir və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - vəsf olunması kimi nəfslərinə müxalif olanları isə gizlədirlər. Ey ərəblər! Axı, sizin də, əcdadınızın da bundan əvvəl Qurandan bilmədiyiniz şeylər sizə öyrədilmişdir". Ey Peyğəmbər! Onlara: "Onu Allah nazil etmişdir!"- de, sonra da əcəl onları haqlayanadək onları öz cahillikləri və azğınlıqları içində - dini məsxərəyə qoyub istehza etdikləri halda tərk et.