Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 165

81

وَكَيْفَ أَخَافُ مَآ أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ عَلَيْكُمْ سُلْطَٰنًۭا ۚ فَأَىُّ ٱلْفَرِيقَيْنِ أَحَقُّ بِٱلْأَمْنِ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ

Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?

Siz, Allahın sizə, haq­qın­da heç bir dəlil nazil etmə­diyi Allahın yaratdıqlarını Ona şə­rik qoşmaqdan qorxmursunuzsa, mən sizin şə­rik qoş­duğunuz bütlərdən niyə qor­xmalıyam?! Əgər bilirsinizsə, deyin gö­rüm bu iki dəstədən: tövhid əhli olan dəstə, yoxsa müşriklər olan dəstə - bunlardan hansı biri əmin-aman­lıq­da olmağa daha haq­lıdır, elə ona da tabe olun?! Şübhə yoxdur ki, əmin-aman­lıq­da olmağa daha haq­lı olan dəstə, tövhid əhi olan möminlərin dəstəsidir.

Al-An'aam 6:81Listen in Qur'an →
82

ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يَلْبِسُوٓا۟ إِيمَٰنَهُم بِظُلْمٍ أُو۟لَٰٓئِكَ لَهُمُ ٱلْأَمْنُ وَهُم مُّهْتَدُونَ

İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!

Allaha iman gətirib, Onun şəriətinə tabe olub sonra iman­la­rına şirk qarışdırma­yan­ları əmin-aman­­lıq gözləyir. Bu, başqaları üçün deyil, yalnız onlara aiddir. Rəbbi onları doğru yola yönəltdiyi üçün məhz Onlar Allahın müvəffəq etdiyi insanlardır.

Al-An'aam 6:82Listen in Qur'an →
83

وَتِلْكَ حُجَّتُنَآ ءَاتَيْنَٰهَآ إِبْرَٰهِيمَ عَلَىٰ قَوْمِهِۦ ۚ نَرْفَعُ دَرَجَٰتٍۢ مَّن نَّشَآءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌۭ

Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.

Uca Allahın: (Əgər bilirsinizsə, deyin görək bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?) sözü, İbrahimin - aleyhissəlam - öz qövmünə qələbə çalıb və onların dəlillərini batil etdiyi dəlildir. Bu, Bizim dəlillərimizdir, biz İbrahimin - aleyhissəlam - öz qövmü ilə mübahisə etmək üçün onu bu dəlilə müvəffəq edib ona verdik. Biz istə­diyi­miz qulumuzun dünyada və axirətdə dərəcələrini ucaldarıq. Ey Peyğəmbər! Şüb­­həsiz ki, sənin Rəb­bin yaratmaqda, idarə etməkdə hikmət sahibidir və qullarından xəbərdardır.

Al-An'aam 6:83Listen in Qur'an →
84

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ ۚ كُلًّا هَدَيْنَا ۚ وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ ۖ وَمِن ذُرِّيَّتِهِۦ دَاوُۥدَ وَسُلَيْمَٰنَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَٰرُونَ ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

Biz İshaqı və Yə’qubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq.

Biz İbrahimi oğlu İshaq və nəvəsi Ya­qubla ruziləndirdik. Onların hər ikisini doğru yola müvəffəq etdik. Onlardan əvvəl Nuhu da doğru yola müvəffəq etmişdik. Biz Nuhun nəslindən olan Da­vudu və onun oğlu Süley­manı, Əy­yubu, Yusifu, Mu­­sanı və onun qardaşı Ha­runu - aleyhimussəlam - da haqq yoluna müvəffəq etmişdik. Biz Peyğəmbərlərə etdikləri yaxşı əməllərinə görə bu mükafatı bəxş etdiyimiz kimi onlardan başqa yaxşı əməl sa­hib­lərini də etdikləri yaxşı əməllərinə görə belə mükafatlandırırıq.

Al-An'aam 6:84Listen in Qur'an →
85

وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَ ۖ كُلٌّۭ مِّنَ ٱلصَّٰلِحِينَ

Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi.

Biz həmçinin Zəkəriyyani, Yəhyani, Məryəm oğlu İsa­nı və İl­yası - aleyhimussəlam - bunların hər birini müvəffəq etdik. Bunların hamısı Allahın insanlara elçi olaraq seçib göndərdiyi əməli­saleh peyğəmbər­lər­dən idilər.

Al-An'aam 6:85Listen in Qur'an →
86

وَإِسْمَٰعِيلَ وَٱلْيَسَعَ وَيُونُسَ وَلُوطًۭا ۚ وَكُلًّۭا فَضَّلْنَا عَلَى ٱلْعَٰلَمِينَ

Biz, həmçinin İsmaili, Əlyəsə’i, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq.

Biz İsmaili, Əlyəsəni, Yunu­su və Lu­tu - aleyhimussəlam - da hər birini müvəffəq etdik. Biz bu peyğəmbərlərin hamısını başqa Muhəmməd peyğəmbər - sallallahu aleyhi və səlləm - olmaqla onları aləm­lərdən üstün et­dik.

Al-An'aam 6:86Listen in Qur'an →
87

وَمِنْ ءَابَآئِهِمْ وَذُرِّيَّٰتِهِمْ وَإِخْوَٰنِهِمْ ۖ وَٱجْتَبَيْنَٰهُمْ وَهَدَيْنَٰهُمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik.

Biz onların atalarını, övladlarını və qardaşlarının bəzilə­ri­ni istədiyimiz şeylərə müvəffəq etdik. Biz on­ları seçdik və Allahın təkliyinə və Onun itaətinə aparan doğru-düzün yola yönəltdik.

Al-An'aam 6:87Listen in Qur'an →
88

ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۚ وَلَوْ أَشْرَكُوا۟ لَحَبِطَ عَنْهُم مَّا كَانُوا۟ يَعْمَلُونَ

Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.

Onların nail olduqları müvəffəqiyyət, bu, Allahın qullarından istədiyinə bəxş etdiyi müvəffəqiyyətdir. Əgər onlar Allaha başqasını şərik qoşsaydılar, əl­bəttə, et­dik­ləri əməllər batil olar­dı, çünki Allaha şərik qoşmaq saleh əməli batil edir.

Al-An'aam 6:88Listen in Qur'an →
89

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ۚ فَإِن يَكْفُرْ بِهَا هَٰٓؤُلَآءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًۭا لَّيْسُوا۟ بِهَا بِكَٰفِرِينَ

Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik).

Bu adları çəkilən peyğəmbərlər, Biz onlara kitab, hikmət və pey­ğəm­bərlik verdiyimiz kəs­lr­dir. Əgər sənin qövmün peyğəmbərlərə verdiyimiz bu üç şeyi in­kar edirlərsə, Biz onları inkar et­məyən, əksinə, bunlara iman edib və bunlardan möhkəm yapışan başqa bir qövm təyin edib hazırlamışıq. Bu kimsələr qiyamət gününədək onların yolunu tutub gedən mühacir və ənsarlardır.

Al-An'aam 6:89Listen in Qur'an →
90

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۖ فَبِهُدَىٰهُمُ ٱقْتَدِهْ ۗ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَٰلَمِينَ

Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (islam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Qur’an) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir (öyüd-nəsihətdir)”.

O peyğəmbərlər və onlarla birgə atalarının, övladlarının və qardaşlarının adları çəkilənlər, həqiqətən də, doğru yo­lda olan kimsələrdir. Sən də on­la­ra tabe ol və onların ardınca get. Ey Peyğəmbər! Öz qövmünə de: "Mən bu Quranı sizə təbliğ etdiyimə görə sizdən heç bir mü­kafat istəmirəm. Bu Quran insan və cinləri doğru yola yönəltmək üçün aləmlərə görə yalnız bir öyüd-nəsihətdir".

Al-An'aam 6:90Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.