ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَ ۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ يَعْدِلُونَ
Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tə’rif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar.
Mütləq kamilliklə vəsf olunmaq, məhəbbətlə yanaşı ali gözəlliklərlə həmd-sənaya layiq olmaq, göyləri və yeri misli olmadan yaratmaq yalnız Allaha aiddir. O, bir-birini təqib edən gecə və gündüzü - gecəni zülmət, gündüzü isə nur üçün yaradmışdır. Bu dəlillərdən sonra kafir olanlar hələ də başqalarını Ona tay tutub, onları Allah şərik qoşurlar.