Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 165

71

قُلْ أَنَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِى ٱسْتَهْوَتْهُ ٱلشَّيَٰطِينُ فِى ٱلْأَرْضِ حَيْرَانَ لَهُۥٓ أَصْحَٰبٌۭ يَدْعُونَهُۥٓ إِلَى ٱلْهُدَى ٱئْتِنَا ۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ ۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ ٱلْعَٰلَمِينَ

De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,

Ey Peyğəmbər, müşriklərə de: "Məgər biz Allahı qoyub bi­zə nə bir xeyir, nə də bir zərər verəməyə qadir olmayan bütlərəmi iba­dət edəcə­yik?! Allah bizi doğ­ru yola müvəffəq etdikdən sonra, şey­tan­la­rın azdırıb çaşbaş buraxaraq doğru yola yönəlməyən kim­sə ki­mi iman etdikdən sonra mürtədmi olacağıq?!" Halbuki onun doğru yolda olan mömin dostları onu haqqa çağırdıqda isə o, onların çağırışlarına cavab verməkdən imtina edirdi. Ey Peyğəmbər, onlara de: "Həqiqətən Alla­­hın doğru yolu, doğru haqq yoldur! Allah bizə, pak və uca olan Allaha ibadət edməyi əmr edmişdir. O, aləm­lərin Rəb­bidir.

Al-An'aam 6:71Listen in Qur'an →
72

وَأَنْ أَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّقُوهُ ۚ وَهُوَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ

Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (deyə buyurulmuşdur)”.

Biz kamil şəkildə namaz qılıb, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qor­­xmağı əmr etmişdik. Qiyamət günü Allah, qullarının etdikləri əməllərin əvəzini vermək üçün onların hamısı məhz Onun hüzuruna top­lana­caqdır.

Al-An'aam 6:72Listen in Qur'an →
73

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُ ۚ قَوْلُهُ ٱلْحَقُّ ۚ وَلَهُ ٱلْمُلْكُ يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ ۚ عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ

Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!

Göyləri və yeri haqq ola­­raq xəlq edən Pak və Uca olan Allahdır. Allah: "Ol!"– de­di­yi gün hər şey olar. Qiyamət günü onlara: "Qalxın" – dedikdə onlarda qalxarlar. Onun sözü haq­dır, mütləq baş verəcəkdir buna şübhə ola bilməz. İsrafil ikinci dəfə sura üfürü­lə­cə­yi Qiyamət günü hökm yalnız pak və uca olan Allaha məxsus ola­caq­dır. O, qeybdə və aşkarda nə varsa hamısını bi­ləndir. O, yaratmağında və idarə etməyində hikmət sahibidir.Allah, Ona heç bir şey gizli qalmayan, hər şeydən xəbər­dardır. Gizlində olan işlər Onun qatında aşkarda olan kimidir.

Al-An'aam 6:73Listen in Qur'an →
74

۞ وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصْنَامًا ءَالِهَةً ۖ إِنِّىٓ أَرَىٰكَ وَقَوْمَكَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ

(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”

Ey Peyğəmbər! Bir zaman İbrahim - aleyhissəlam - müşrik atası Azərə: "Ey Atacan sən bütləri Allahdan başqa ibadət etdiyin mə­bud­ qə­bul edirsən?! Mən səni və sənin bütlərə tapınan qövmü­nü, Allahdan başqasına ibadət etdiyinizə görə, açıq-aydın azğın­lıq için­də olduğunuzu və haqq yoldan azdığınızı görü­rəm. Pak olan Allah haqq məbuddur. Ondan başqa olan məbudlar isə batildir"– dediyini yadına sal.

Al-An'aam 6:74Listen in Qur'an →
75

وَكَذَٰلِكَ نُرِىٓ إِبْرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلِيَكُونَ مِنَ ٱلْمُوقِنِينَ

Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!

Biz, İbrahimə atasının və qövmünün azğınlıqda olduqlarını göstərdiyimiz kimi ona göy­­lərin və geniş yerin mülkünü gös­tərdik ki, o bu geniş mülklə Allahın təkliyinə və yalnız Onun ibadətə layiq olduğuna dəlil gətirsin və beləliklə də Allahın tək və Onun heç bir şəriki olmadığına yəqin­lik­lə inanan­lar­dan olsun. Çünki O hər şeyə qadirdir.

Al-An'aam 6:75Listen in Qur'an →
76

فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ رَءَا كَوْكَبًۭا ۖ قَالَ هَٰذَا رَبِّى ۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلْءَافِلِينَ

Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.

Gecənin zülməti İbrahimi bü­rü­düyü zaman o, ulduz görüb: "Bu mə­nim Rəbbim­dir!"– dedi. Ulduz yox olduqda isə: "Mən yoxa olanı sevmi­rəm, çünki həqiqi İlah həmişə mövcuddur və O yoxa olmaz!"– dedi.

Al-An'aam 6:76Listen in Qur'an →
77

فَلَمَّا رَءَا ٱلْقَمَرَ بَازِغًۭا قَالَ هَٰذَا رَبِّى ۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِى رَبِّى لَأَكُونَنَّ مِنَ ٱلْقَوْمِ ٱلضَّآلِّينَ

(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, - söylədi.

İbrahim ayın çıxdığını gördükdə: "Bu mənim Rəbbim­dir!"– dedi. Ay yox olduqda isə: "Əgər Rəbbim məni tək Ona ibadət etməyə müvəffəq etmə­səy­di, mən Onun haqq dinindən uzaq düşənlərdən olar­dım"– dedi.

Al-An'aam 6:77Listen in Qur'an →
78

فَلَمَّا رَءَا ٱلشَّمْسَ بَازِغَةًۭ قَالَ هَٰذَا رَبِّى هَٰذَآ أَكْبَرُ ۖ فَلَمَّآ أَفَلَتْ قَالَ يَٰقَوْمِ إِنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ

(Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzağam!

O günəşin çıxdığını gördük­də: "Bu çıxan mə­nim Rəbbim­dir, bu ulduzdan və aydan da­ha bö­yükdür!"– dedi. O yox olduqda isə dedi: "Ey qöv­müm! Hə­qiqətən, mən sizin Allaha şərik qoşduq­larınızdan uzağam!

Al-An'aam 6:78Listen in Qur'an →
79

إِنِّى وَجَّهْتُ وَجْهِىَ لِلَّذِى فَطَرَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ حَنِيفًۭا ۖ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ

Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”

Doğrudan da, mən, şirkdən xalis tövhidə meyil edərək, dinimi ixlasla göyləri və yeri misilsiz ya­radana etdim. Mən Allahdan başqasına ibadət edən müş­riklər­dən deyiləm.

Al-An'aam 6:79Listen in Qur'an →
80

وَحَآجَّهُۥ قَوْمُهُۥ ۚ قَالَ أَتُحَٰٓجُّوٓنِّى فِى ٱللَّهِ وَقَدْ هَدَىٰنِ ۚ وَلَآ أَخَافُ مَا تُشْرِكُونَ بِهِۦٓ إِلَّآ أَن يَشَآءَ رَبِّى شَيْـًۭٔا ۗ وَسِعَ رَبِّى كُلَّ شَىْءٍ عِلْمًا ۗ أَفَلَا تَتَذَكَّرُونَ

Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?

Müşrik qövmü onunla pak olan Allahın təkliyi barədə höcət­ləş­ib, onu öz bütlərindən qorxuzmağa çalışdılar. İbrahim - aleyhissəlam - onlara de­di: "Siz mənimlə Allahn təkliyi və ibadətdə Onu təkləşdirmək barəsində hö­cət­ləşir­siniz? Artıq Rəbbim məni doğru yola yönəlt­diyi, mən sizin bütlərinizdən qorxmuram, çünki onlar Allahın istədiyindən başqa mənə zərər və ya fayda verməyə qadir deyillər, Allah nə istəsə o, olur. Hər bir şeyin elmi Allah qatındadır, yerdə və göydə Ona heç bir şey gizli qalmaz. Ey Qövmüm! Mə­gər Allaha qarşı küfr edib, Ona şərik qoşduğunuzu düşü­nüb, tək Ona iman gətirməyəcəksinizmi?!"

Al-An'aam 6:80Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.