Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 165

61

وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ ۖ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ

(Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!

Allah Öz qulları üzərində yenilməz qüvvət sahibidir və onları zəlil etməyə qadirdir. O, qullarından hər bir baxımdan ucadır. Hər bir şey Ona boyun əymişdir. Pak və uca olan Allah cəlalına layiq şəkildə Öz qulları üzərindədir. Ey İnsanlar! O sizə ölüm mələyi və onun köməkçiləri ruhunuzu alıb əcəliniz sona çatana qədər əməllərinizi yazan hörmətli mə­ləklər gön­də­rir və onlar əmr olunduqları işdə heç bir səhvə yol verməzlər.

Al-An'aam 6:61Listen in Qur'an →
62

ثُمَّ رُدُّوٓا۟ إِلَى ٱللَّهِ مَوْلَىٰهُمُ ٱلْحَقِّ ۚ أَلَا لَهُ ٱلْحُكْمُ وَهُوَ أَسْرَعُ ٱلْحَٰسِبِينَ

Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!

Sonra ruhları alınmış kimsələrin hamısı əməllərinin əvəzini almaq üçün öz­lə­rinin hə­qiqi hi­mayədarı olan Allaha qayta­rılacaq­lar. Ədalətli hökm yalnız Ona məx­susdur və O, sizin saydıqlarınızın ən tez sayanı və əməllərinizi ən tez haqq-hesab çəkən­dir.

Al-An'aam 6:62Listen in Qur'an →
63

قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ تَدْعُونَهُۥ تَضَرُّعًۭا وَخُفْيَةًۭ لَّئِنْ أَنجَىٰنَا مِنْ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ

(Ya Rəsulum!) De: “Gizlində (Allaha) dua edib:” Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?”

Ey Peyğəmbər! Müşriklərə de: "Gizlində və aşkarda, zəlil bir halda yalvararaq tək Ona dua edib: "Ey Rəbbimiz! Əgər bizi bu təhlükədən qurtarsan, bizə olan bu nemətinə görə Sənə şükür əlaməti olaraq əsla Səndən başqasına ibadət etmərik" – deyə yal­var­dı­ğınız za­man sizi qu­runun və dənizin zülmətlərindən xilas edib, təhlükədən kim sovuşdurdu?"

Al-An'aam 6:63Listen in Qur'an →
64

قُلِ ٱللَّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍۢ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ

De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bütün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?”

Ey Peyğəmbər! Onlara de: "Sizi ondan və bütün başqa sıxın­tılardan Allah xilas edir. Bundan sonra isə siz xoş vaxtlarında yenə də Ona şərik qoşur­sunuz. Sizcə bundan da daha böyük zülm nə ola bilər ki?!"

Al-An'aam 6:64Listen in Qur'an →
65

قُلْ هُوَ ٱلْقَادِرُ عَلَىٰٓ أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًۭا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًۭا وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍ ۗ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْءَايَٰتِ لَعَلَّهُمْ يَفْقَهُونَ

De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!

Ey Peyğəmbər! Onlara de: "Allah üs­tünüz­ə daş, ildırım, tufan kimi və ya al­tınızdan zəlzələ və ya yerə batırmaq kimi sizə əzab gön­dər­məyə yaxud qəlblərinizi bir-birinizə qarşı çevirib və sonda hər biriniz öz istəyinin ardınca gedərək sizi bir-birinizlə vuruşdurmağa qa­dirdir". Ey Peyğəmbər! Gör biz onlara dəlilləri necə bir-bir bəyan edirik ki, bəl­kə sənin gətirdiyinin haqq, özlərində olanın isə batil olduğunu anlasınlar.

Al-An'aam 6:65Listen in Qur'an →
66

وَكَذَّبَ بِهِۦ قَوْمُكَ وَهُوَ ٱلْحَقُّ ۚ قُل لَّسْتُ عَلَيْكُم بِوَكِيلٍۢ

(Ya Rəsulum!) Sənin camaatın onu (Qur’anı), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: “Mən sizin vəkiliniz deyiləm!”

Sənin qövmün bu Quranın, həqiqətən də, Allah tərəfindən olmasına heç bir şübhə olmadığı bir təqdirdə onu yalan saydı. Ey Peyğəmbər! Onlara de: "Mən sizi qorumağa müvəkkil deyi­ləm, mən yalnız sizi şiddətli əzab barədə xəbərdar edənəm".

Al-An'aam 6:66Listen in Qur'an →
67

لِّكُلِّ نَبَإٍۢ مُّسْتَقَرٌّۭ ۚ وَسَوْفَ تَعْلَمُونَ

Hər bir xəbərin (Qur’anda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz.

Hər bir xəbərin zamanı çatıb gerçəklə­şə­cəyi mü­əyyən vaxtı vardır, bu xəbərlərdən biri də sizin sonunuzun və aqibətinizin necə olacağı xəbəridir. Siz onu Qiyamət günü qəbirlərinizdən dirildiyiniz zaman biləcəksiniz.

Al-An'aam 6:67Listen in Qur'an →
68

وَإِذَا رَأَيْتَ ٱلَّذِينَ يَخُوضُونَ فِىٓ ءَايَٰتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦ ۚ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيْطَٰنُ فَلَا تَقْعُدْ بَعْدَ ٱلذِّكْرَىٰ مَعَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ

(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma.

Ey Peyğəmbər! Ayələrimizi məsxərəyə qoyan və istehza edən müşrikləri gördüyün zaman, ayələrimizə istehza etməkdən baş­qa söhbətə keçənə qə­dər on­lardan uzaq dur. Əgər şey­tan bunu sənə unutdurub onlarla birgə otursan, xatırla­dıq­dan son­ra isə dərhal o məclisi tərk et və həddi aşan kimsələrlə birgə otur­ma.

Al-An'aam 6:68Listen in Qur'an →
69

وَمَا عَلَى ٱلَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍۢ وَلَٰكِن ذِكْرَىٰ لَعَلَّهُمْ يَتَّقُونَ

Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, (kafirlər onun tə’sirilə) pis əməllərdən çəkinsinlər.

Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan kimsələr, zalımların törət­dik­lərinə görə azca da olsa məsuliy­yət daşı­mır­lar. Mütəqilərə vacib olan, onları etdikləri pis əməllərdən çəkindirməkdir ki, bəl­kə Allahdan qor­xub, Onun əmrlərinə mültəzim olub, qadağalarından çəkinsinlər.

Al-An'aam 6:69Listen in Qur'an →
70

وَذَرِ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَهُمْ لَعِبًۭا وَلَهْوًۭا وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۚ وَذَكِّرْ بِهِۦٓ أَن تُبْسَلَ نَفْسٌۢ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ وَلِىٌّۭ وَلَا شَفِيعٌۭ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍۢ لَّا يُؤْخَذْ مِنْهَآ ۗ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ أُبْسِلُوا۟ بِمَا كَسَبُوا۟ ۖ لَهُمْ شَرَابٌۭ مِّنْ حَمِيمٍۢ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْفُرُونَ

Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Qur’anı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli əzab gözləyir!

Ey Peyğəmbər! Dinlərini məsxərəyə qoyub, onu oyun və əy­ləncə edənləri və dünya hə­ya­tının keçici naz-nemətləri ilə al­datdığı müşrikləri tərk et. Ey Peyğəmbər! İnsanlara Quranla öyüd-nəsihət ver ki, heç kəs etdiyi günahlar səbəbindən özünü həlaka sürükləməsin. Allah­dan baş­qa onun, ona yardım edən nə bir hamisi, nə də ki, Qiyamət günü onu Allahın əzabından qoruyan bir havadarı olacaqdır. O, canını Allahın əzabından xilas etmək üçün nə cür fidyə versə də, fidyəsi on­dan qə­bul olun­maya­caq. Onlar qa­zan­dıqları gü­nahlar səbəbindən özlərini həlaka sürükləyən kimsələrdir. Kafir olduqlarına görə onlar üçün Qiyamət günü son dərəcədə qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

Al-An'aam 6:70Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.