Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 165

51

وَأَنذِرْ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوٓا۟ إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُم مِّن دُونِهِۦ وَلِىٌّۭ وَلَا شَفِيعٌۭ لَّعَلَّهُمْ يَتَّقُونَ

Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Qur’anla) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!

Ey Peyğəmbər! Qiyamət günü Rəbbinin hüzuruna top­la­na­caq­larından qorxanları bu Quranla qorxut ki, Allahdan başqa onların nə bir fayda verən hamisi, nə də zərəri onlardan sovuşduran bir havadarı vardır. Bəlkə Allahın əmrlərini yerinə yetirib və qadağan etdiyindən uzaq duraraq pis əməl­­lərdən çə­kinələr. Məhz belə kimsələrdir, Qurandan faydalanan kimsələr.

Al-An'aam 6:51Listen in Qur'an →
52

وَلَا تَطْرُدِ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍۢ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَىْءٍۢ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ ٱلظَّٰلِمِينَ

(Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də (onları qovsan) zalımlardan olarsan.

Ey Peyğəmbər! Gündüzün əvvəlində və sonunda daima ixlasla Allaha ibadət edən yoxsul müsəlmanları müşriklərin başçılarının İslama meyil etmələri üçün öz məclisindən uzaqlaşdırma. Nə sən o yoxsulların verəcəkləri he­sa­bata cavab­deh­sən, - çünki onların hesabatı Allah yanındadır, - nə də onlar sənin verə­cəyin hesabatına ca­vab­dehdirlər. Əgər sən on­ları öz məclisindən qov­san, bu zaman sən Allahın hüdudlarını aşanlardan olarsan.

Al-An'aam 6:52Listen in Qur'an →
53

وَكَذَٰلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍۢ لِّيَقُولُوٓا۟ أَهَٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيْهِم مِّنۢ بَيْنِنَآ ۗ أَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِٱلشَّٰكِرِينَ

Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar desinlər: “Əcəba, Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?”

Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq və onları dünya naz-nemətlərində bir-birindən fərqli etdik ki, qoy zəngin kafirlər yoxsul möminlərə belə de­sinlər: "Mə­gər Allah bizim ara­mızdan ancaq bu yoxsullara doğru yola göstərərək lütf etmişdir?! Əgər iman xeyirli bir şey olsaydı, onlar bu işdə bizdən qabağa düşə bilməzdilər, çünki öndə gedən yalnız bizik". Məgər Allah Onun bəxş etdiyi nemətlərə şü­­kür edən­ləri daha yaxşı tanı­yan, onları iman gətirməyə müvəffəq edən və Onun nemətlərini nankorluğ edənləri rəzil edib imana müvəffəq etməyən de­yil­­mi?! Əlbətdə ki, Allah onları daha yaxşı tanıyır.

Al-An'aam 6:53Listen in Qur'an →
54

وَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِـَٔايَٰتِنَا فَقُلْ سَلَٰمٌ عَلَيْكُمْ ۖ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۖ أَنَّهُۥ مَنْ عَمِلَ مِنكُمْ سُوٓءًۢا بِجَهَٰلَةٍۢ ثُمَّ تَابَ مِنۢ بَعْدِهِۦ وَأَصْلَحَ فَأَنَّهُۥ غَفُورٌۭ رَّحِيمٌۭ

Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”

Ey Peyğəmbər! Sənin gətirdiyin dinin doğru olduğuna şahidlik edərək ayələrimizə iman gəti­rən­lər sə­nin yanına gəldikdə onlara hörmət olaraq salamlarını qaytar və onları Allahın rəhmətinin geniş olması ilə müjdə ver. Allah qullarına bir lütf olaraq Özünə rəhmli ol­mağı əzəldən vacib etmişdir. Sizlərdən hər kəs cahillik və ya səfehlik üzündən günah iş görsə və günah etdikdən son­ra töv­bə edib əməl­lə­rini islah etsə, Allah onun günahını ba­ğış­layar. Həqiqətən, Allah, Ona tövbə edən qullarını ba­ğış­la­yan­dır və onlara qarşı rəhmlidir.

Al-An'aam 6:54Listen in Qur'an →
55

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ وَلِتَسْتَبِينَ سَبِيلُ ٱلْمُجْرِمِينَ

Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.

Qeyd edilən ayələrdə günahkarların tutduğu yo­lun və onların üslublarının ay­dın olması və bundan çəkinilməsi üçün sənə bəyan etdiyimiz kimi, Biz batil əhlinə də dəlillərimizi be­ləcə bir-bir izah edirik.

Al-An'aam 6:55Listen in Qur'an →
56

قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ ۚ قُل لَّآ أَتَّبِعُ أَهْوَآءَكُمْ ۙ قَدْ ضَلَلْتُ إِذًۭا وَمَآ أَنَا۠ مِنَ ٱلْمُهْتَدِينَ

(Ya Rəsulum) De: “Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!”

Ey Peyğəmbər! De: "Allah məni sizin Ondan başqa ibadət etdiklərinizə ibadət etməyi qadağan etmişdir". Ey Peyğəmbər! De: "Mən sizin Allahdan başqasına ibadət etmək istəyinizə uymaram. Əgər sizin bu istəyinizə tabe olsam bu zaman mən haqq yoldan azar və doğru yola yönələn olmaram, bu ancaq Allahdan heç bir burhan olmadan öz istəklərinə tabe olanların işidir".

Al-An'aam 6:56Listen in Qur'an →
57

قُلْ إِنِّى عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَكَذَّبْتُم بِهِۦ ۚ مَا عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦٓ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۖ يَقُصُّ ٱلْحَقَّ ۖ وَهُوَ خَيْرُ ٱلْفَٰصِلِينَ

De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qur’ana) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!”

Ey Peyğəmbər! Müşriklərə de: "Mən öz istəyimə deyil, Rəbbimdən na­zil edilən açıq-aydın dəlilə əsasla­nı­ram. Lakin siz bu dəlili yalan saydınız. Sizin səbir­siz­lik­lə tələb etdiyiniz əzab və fövqəladə möcüzələr məndə deyildir. Bu, yal­nız Allahın əlində olan bir işdir. Hökm - həmçinin tələb etdiyiniz də - yalnız tək Allaha məxsusdur. Allah haqqı söy­ləyir və haqqla hökm verər. Pak olan Allah, haqqlını haqqsızdan ayırd edənlərin ən yaxşısıdır".

Al-An'aam 6:57Listen in Qur'an →
58

قُل لَّوْ أَنَّ عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦ لَقُضِىَ ٱلْأَمْرُ بَيْنِى وَبَيْنَكُمْ ۗ وَٱللَّهُ أَعْلَمُ بِٱلظَّٰلِمِينَ

De: “Əgər tə’cili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı tanıyandır!”

Ey Peyğəmbər! Onlara de: "Əgər sizin səbir­siz­lik­lə tələb etdiyiniz əzab və fövqəladə möcüzələr mənim əlim­də ol­saydı, əlbət­tə, mən onu sizə endirərdim, beləliklə də, mənimlə si­zin ara­nızda bu iş bitmiş olar­dı. Allah za­lımlara nə vaxta qədər möhlət verdiyini və onlara və zaman əzab verəcəyini daha yaxşı bilir".

Al-An'aam 6:58Listen in Qur'an →
59

۞ وَعِندَهُۥ مَفَاتِحُ ٱلْغَيْبِ لَا يَعْلَمُهَآ إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍۢ فِى ظُلُمَٰتِ ٱلْأَرْضِ وَلَا رَطْبٍۢ وَلَا يَابِسٍ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍۢ

Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!

Qeybin xəzinələri yalnız Allah ya­nında­dır. Qeybi Ondan başqa kimsə bilməz. O, quruda və də­nizdə olan hər bir heyvanı, bitki və cansız məxluqatı bilir. Harada olmasından aslı olmayaraq ye­rə düşən elə bir yarpaq, yerin qaranlıq­la­rında gizli qalan elə bir to­xum, elə bir yaş və elə bir quru şey yoxdur ki, o, əzəldən açıq-aydın kitabda, Lövhi-Məh­fuzda olmasın.

Al-An'aam 6:59Listen in Qur'an →
60

وَهُوَ ٱلَّذِى يَتَوَفَّىٰكُم بِٱلَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُم بِٱلنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَىٰٓ أَجَلٌۭ مُّسَمًّۭى ۖ ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.

Yatdığınız zaman ruhlarınızı müvəqqəti olaraq alan, gün­düz­lər isə nələr etdiyinizi bilən Allahdır. Siz yuxuda ikən ruhlarınızı aldıqdan son­ra O, sizi sə­hər­lər oya­dır ki, Allah yanında müəyyən olun­muş həyatınızın sonu gəlib çatana qədər əməllər edəsiniz. Son­ra isə Qiyamət günü qəbirlərinizdən dirilərək dönü­şünüz tək Ona ola­caq. Sonra O, dünya həyatında nə etdiklə­ri­niz ba­rədə sizə bildirəcək və etdiyiniz əməllərin mükafatını sizə verəcək­dir.

Al-An'aam 6:60Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.