Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 165

41

بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِن شَآءَ وَتَنسَوْنَ مَا تُشْرِكُونَ

Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!)

Haqq budur ki, siz, sizi yaradan, istədiyi təqdirdə sizi bəladan qoruyan və zərəri sizdən sovuşduran Allahı qoyub başqasına dua etməyəsiniz. Çünki bunlara qadir olan yalnız Allahdır. Allaha şərik qoşaraq ibadət etdiyiniz bütlərin sizə xeyir və zərər verməyə qadir olmadıqlarını bildiyiniz üçün onları tərk etməlisiniz.

Al-An'aam 6:41Listen in Qur'an →
42

وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍۢ مِّن قَبْلِكَ فَأَخَذْنَٰهُم بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ

Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar.

Ey Peyğəmbər! Səndən əvvəl də üm­mət­lərə elçilər göndərmişdik, lakin onlar elçiləri yalançı hesab etdilər və elçilərin onlara gətirdiklərindən üz çevirdilər. Elə buna görə də Biz onların Allaha boyun əyib və Onun qarşısında zəlil olsunlar deyə onları yoxsulluq və sağlamlıqlarına zərər verən xəstəlik kimi sıxın­tılarla əzab verdik.

Al-An'aam 6:42Listen in Qur'an →
43

فَلَوْلَآ إِذْ جَآءَهُم بَأْسُنَا تَضَرَّعُوا۟ وَلَٰكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ مَا كَانُوا۟ يَعْمَلُونَ

Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.

Heç olmasa bəlamız on­la­ra gəldiyi zaman bəlanı onlardan sovuşması üçün Allah qarşısında zəlil olub, Ona boyun əy­səydilər, Biz onlara rəhm edərdik. Lakin onlar bunu etmədilər, əksinə on­ların qəlb­ləri sərt­ləş­di və başlarına gələn bu bəladan ibrət çıxarıb, öyüd-nəsihət almadılar və şeytan da onlara etdikləri küfr və asi əməlləri gözəl­ gösdərdi və beləliklə də olduqları əməllər üzərində davam etdilər.

Al-An'aam 6:43Listen in Qur'an →
44

فَلَمَّا نَسُوا۟ مَا ذُكِّرُوا۟ بِهِۦ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَٰبَ كُلِّ شَىْءٍ حَتَّىٰٓ إِذَا فَرِحُوا۟ بِمَآ أُوتُوٓا۟ أَخَذْنَٰهُم بَغْتَةًۭ فَإِذَا هُم مُّبْلِسُونَ

(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün ne’mətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən ne’mətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular.

Onlar yoxsulluq və xəstəlik sıxıntısı səbəbində özlərinə edilmiş öyüd-nəsihəti unudub, Allahın əmrlərini tərk etdikləri zaman ruzi qapı­la­rını onların üzünə açaraq, onlara yoxsulluqdan sonra zənginlik, xəsdəlikdən sonra bədənlərinə sağalamlıq bəxş etdik, elə ki onlar, özlərinə ve­ri­lən nemətlərə görə təkəbbürlük edib, özlərindən razı qaldıqda isə on­ları qəf­lə­tən əzabımızla yaxaladıq və onlar ümüd içində yaşadıqları bir halda ümidsiz və heyrət içində qal­­dılar.

Al-An'aam 6:44Listen in Qur'an →
45

فَقُطِعَ دَابِرُ ٱلْقَوْمِ ٱلَّذِينَ ظَلَمُوا۟ ۚ وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!

Beləliklə, kafir qöv­mün hamısı həlak olmaqla, Allahın Öz elçilərinə yardım etməsi sayəsində kafirlərin kökü kə­sildi. Allah Ona düşmənçilik edənləri məhv etdiyinə və elçilərinə göstərdiyi yardımna görə şükür və səna aləm­lə­rin Rəbbi tək Allaha məxsudur!

Al-An'aam 6:45Listen in Qur'an →
46

قُلْ أَرَءَيْتُمْ إِنْ أَخَذَ ٱللَّهُ سَمْعَكُمْ وَأَبْصَٰرَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِهِ ۗ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْءَايَٰتِ ثُمَّ هُمْ يَصْدِفُونَ

(Ya Rəsulum!) De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər.

Ey Peyğəmbər! Müşriklərə de: "Bir mənə deyin görək, əgər Allah eşitmə qa­­bi­liy­yə­tinizi əli­­nizdən alıb sizi kar və gör­mə qa­­bi­liy­yə­tinizi əli­­nizdən alıb siz kor edib, qəlb­­lərinizə mö­hür vurub heç bir şey anlamasaz, hansı haqq məbud itirdiyiniz bu şeyləri si­zə qay­tara bilər?" Ey Peyğəmbər! Bax gör, Biz müxtəlif növ dəlilləri onlara ne­cə bəyan edi­rik, sonra onlar ye­nə də bu dəlillərdən üz çe­vi­rirlər.

Al-An'aam 6:46Listen in Qur'an →
47

قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلظَّٰلِمُونَ

De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?”

ُEy Peyğəmbər! Onlara de: "Bir deyin görək, əgər sizə Alla­hın əzabı hiss etmədiyiniz bir halda, qəflə­tən və ya hiss etdiyiniz bir halda, açıq-aşkar gəlsə, bu əzab Allaha küfr etdikləri və elçiləri yalan saydıqların görə yalnız zalım qövmə olardı".

Al-An'aam 6:47Listen in Qur'an →
48

وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۖ فَمَنْ ءَامَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

Biz göndərdiyimiz elçiləri yalnız iman və itaət əhlinə, sonsuz, əbədi olan nemətləri müjdə verən, küfr və asiliklər edənlərə isə şiddətli əzabımızla qorxudan kimi gön­dəririk. Elçilərə iman gətirib əməlini islah edən kimsələri axirətdə gözləyən şeylərə görə heç bir qorxu­su yoxdur və onlar dünyada ikən əldə edə bilmədikləri dünya naz-nemətlərinə görə həsrət və kədər çəkməzlər.

Al-An'aam 6:48Listen in Qur'an →
49

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا يَمَسُّهُمُ ٱلْعَذَابُ بِمَا كَانُوا۟ يَفْسُقُونَ

Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!

Ayələrimizi yalan sa­yan­­lara isə Allahın itaətindən xaric olduqları səbəbindən əzab toxu­na­caqdır.

Al-An'aam 6:49Listen in Qur'an →
50

قُل لَّآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ لَكُمْ إِنِّى مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ

De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”

Ey Peyğəmbər! Müşriklərə de: "Mən sizə demirəm ki, Alla­hın ruzi xəzinələri mənim ya­nım­dadır və mən də bu xəzinələrdən istədiyim kimi istifadə edirəm. Mən sizə demirəm ki, Allahın mənə vəhy edərək bildirdiyindən savayı qeybdən nəsə bil­mirəm. Mən sizə demirəm ki, mən mələklərdən bir mə­lə­­yəm. Lakin mən Allahın elçisiyəm. Mən yalnız mə­nə vəhy olu­nana tabe olu­ram və bilmədiyim bir şeyi də idda etmirəm". Ey Peyğəmbər! Onlara de: "Mə­gər gözləri haqqı görməkdən kor olan kafir kimsə ilə haqqı görüb ona iman gətirəm mömin kimsə eyni ola bilərmi? Ey Müşriklər! Məgər ətrafınızda olan Allahın aləyini gördükdən sonra ağılınızla fikirləşmirsinizmi?"

Al-An'aam 6:50Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.