قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ ۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمُ ٱلسَّاعَةُ بَغْتَةًۭ قَالُوا۟ يَٰحَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَآءَ مَا يَزِرُونَ
Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!
Qiyamət günü dirilməyi və Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. Qiyamət saatı onları qəflətən, xəbərsiz halda haqladıqda onlar böyük peşmançılıq çəkib, öz günahlarını bellərində daşıyaraq deyəcəklər: "Qiyamət günü üçün hazırlıq görməyib Allaha qarşı küfr edərək Allaha itaət barəsində etdiyimiz təqsirlərə görə vay halımıza!" Bellərində daşıdıqları bu günahlar necə də pisdir!