Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 165

31

قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ ۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمُ ٱلسَّاعَةُ بَغْتَةًۭ قَالُوا۟ يَٰحَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَآءَ مَا يَزِرُونَ

Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!

Qiyamət günü dirilməyi və Allah ilə qarşılaşmağı ya­­lan sa­yanlar artıq ziyana uğ­ramış­lar. Qiyamət saatı onları qəf­lə­tən, xəbərsiz halda haqla­dıqda onlar böyük peşmançılıq çəkib, öz günahlarını bellərində daşıyaraq de­yəcəklər: "Qiyamət günü üçün hazırlıq görməyib Allaha qarşı küfr edərək Allaha itaət barəsində etdiyimiz təqsirlərə görə vay ha­lımıza!" Bellərində daşı­dıqları bu günahlar necə də pisdir!

Al-An'aam 6:31Listen in Qur'an →
32

وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَعِبٌۭ وَلَهْوٌۭ ۖ وَلَلدَّارُ ٱلْءَاخِرَةُ خَيْرٌۭ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

Meyil etdiyiniz dünya həyatı orada Allahı razı salan əməl etməyən kimsə üçün oyun və əy­lən­cə­dən başqa bir şey de­yil. Amma Allaha iman və itaət edərək Onun əmr etdiyini yerinə yetirib, şirk və günahlardan çəkinərək qadağan etdiyi əməlləri tərk edib Allahdan qorxan kimsələr üçün isə Axi­rət yurdu daha xeyirlidir. Ey Müşriklər! Məgər Allaha inam gətirib, saleh əməllər etməniz üçün bunu anlamır­sı­nız?!

Al-An'aam 6:32Listen in Qur'an →
33

قَدْ نَعْلَمُ إِنَّهُۥ لَيَحْزُنُكَ ٱلَّذِى يَقُولُونَ ۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ ٱلظَّٰلِمِينَ بِـَٔايَٰتِ ٱللَّهِ يَجْحَدُونَ

Bilirik ki, onların (Qur’an barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.

Ey Peyğəmbər! Biz bilirik ki, onların aşkarda sə­ni yalan saymaları səni kədərləndirir. Bil ki, onlar, sənin sadiqliyinə və düzgünlüyünə bələd olduqları üçün, qəlblərində səni ya­lançı hesab etmirlər. Lakin onlar zalım bir qövmdür, sənin peyğəmbər olduğunu zahirdə inkar etsələr də, qəlblərində buna yəqin inanırlar.

Al-An'aam 6:33Listen in Qur'an →
34

وَلَقَدْ كُذِّبَتْ رُسُلٌۭ مِّن قَبْلِكَ فَصَبَرُوا۟ عَلَىٰ مَا كُذِّبُوا۟ وَأُوذُوا۟ حَتَّىٰٓ أَتَىٰهُمْ نَصْرُنَا ۚ وَلَا مُبَدِّلَ لِكَلِمَٰتِ ٱللَّهِ ۚ وَلَقَدْ جَآءَكَ مِن نَّبَإِى۟ ٱلْمُرْسَلِينَ

Səndən əvvəl də peyğəmbərlər təkzibə mə’ruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi və’dləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bə’zisi sənə gəlib çatdı.

Onların sənin gətirdiyin dini yalan saymalarının xüsusilə sənə aid olduğunu əsla güman etmə. Belə ki, səndən əvvəlki elçiləri də yalançı sayılmış və öz qövmləri tərəfindən əziyyətlərə məruz qalmışdılar. Lakin onlar Allahdan kömək gələ­nə­dək, Allah yolunda dəvət və cihad etməklə səbir nümayiş etdirdilər. Heç kəs Allahın yazdığı köməyi və peyğəmbərlərinə verdiyi vədi də­yi­şə bil­məz. Ey Peyğəmbər! Artıq səndən əvvəlki peyğəmbərlər, onların öz qövmündən gördükləri əziyyətlər və Allah onlara düşmənçilik edənləri həlak edərək onlara necə kömək etdiyi bə­zi xə­bər­lər sənə gəlib çatdı.

Al-An'aam 6:34Listen in Qur'an →
35

وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ ٱسْتَطَعْتَ أَن تَبْتَغِىَ نَفَقًۭا فِى ٱلْأَرْضِ أَوْ سُلَّمًۭا فِى ٱلسَّمَآءِ فَتَأْتِيَهُم بِـَٔايَةٍۢ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمْ عَلَى ٱلْهُدَىٰ ۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلْجَٰهِلِينَ

Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha yaxşı) bir mö’cüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmək istədiyini) bilməyənlərdən olma!

Ey Peyğəmbər! Əgər onların sənin gətirdiyin haqdan üz döndər­məsi və səni yalançı hesab etməsi sənə ağır gəlirsə, on­da ba­carır­san­sa yerin altına ata biləcəyin bir lağım və göyə çıxa biləcə­yin bir nərdivan tapıb onlara Bizim sənə verdiyimizdən başqa bir dəlil gətirə bilərsənsə, durma gətir! Əgər Allah istə­səy­di on­ları sənin gətirdiyin din üzərində top­layıb doğru yola yö­nəl­dərdi. Lakin Allah bunu müəyyən bir hikmət üçün istəmədi. Elə isə cahillər­dən ol­ma və onların iman gətirmədiklərinə görə özünü üzüb həlak etmə.

Al-An'aam 6:35Listen in Qur'an →
36

۞ إِنَّمَا يَسْتَجِيبُ ٱلَّذِينَ يَسْمَعُونَ ۘ وَٱلْمَوْتَىٰ يَبْعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ

(Sənin də’vətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar.

Sənin gətirdiyin dini ancaq sözü dinləyib başa düşənlər qəbul edər. Kafirlər isə ölüdürlər, onlar səni anlamazlar, çünki onların qəlbləri artıq ölmüşdür. Ölü­lərə gəl­dik­də isə, Allah qiyamət günü onları di­rildəcək, son­ra da on­lar etdikləri əməllərin əvəzini almaq üçün tək Onun hü­zuruna qayta­rıla­caqlar.

Al-An'aam 6:36Listen in Qur'an →
37

وَقَالُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۚ قُلْ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةًۭ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

(Məkkə müşrikləri) dedilər: “Məgər ona (Peyğəmbərə) Rəbbindən bir mö’cüzə endirilməli deyildimi?” De: “Allah mö’cüzə endirməyə qadirdir. Lakin onların çoxu (belə bir mö’cüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti) bilməz!

Müşriklər iman gətirməkdən inadkarlıq edərək dedilər: "Niyə Muhəmmədə - səllallahu aleyhi və səlləm - Rəb­bin­dən onun gətirdiyi dinin doğru olmasını təsdiqləyən fövqəladə bir möcüzə en­diril­mə­yib?" Ey Peyğəmbər! De: "Şüb­hə­siz ki, Allah onların istədikləri fövqəladə bir möcüzəni endirməyə qa­­dir­dir. La­­kin bunu tələb edən müşriklərin çoxu fövqəladə bir möcüznin enməsinin heç də onların tələbi ilə deyil əksinə, bunun Uca Allahın hikməti ilə olduğunu bil­mir, çünki Allah onların istədiklərini endirsə bundan sonra da onlar iman gətirməsələr Allah onları həlak edər".

Al-An'aam 6:37Listen in Qur'an →
38

وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا طَٰٓئِرٍۢ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّآ أُمَمٌ أَمْثَالُكُم ۚ مَّا فَرَّطْنَا فِى ٱلْكِتَٰبِ مِن شَىْءٍۢ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ

Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şə’ninə tə’rif deyirlər). Biz Kitabda (Qur’anda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.

Ey Adəm övladı! Yer üzündə hərəkət edən hey­van­ların və göydə uçan quşların ha­mısı yaradılış və ruzi baxımından sizin ki­mi üm­mətlərdir. Biz Lövhi-məhfuzda hər bir şeyi qeydə almışıq. Hamısının elmi Allah yanındadır. Sonra Qiyamət günü on­ların arasında hökm vermək üçün Rəbbinin hü­zuruna top­la­na­caq­lar və O, hər kəsə əməllərinin əvəzini layiq olduğu şəkildə verəcəkdir.

Al-An'aam 6:38Listen in Qur'an →
39

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا صُمٌّۭ وَبُكْمٌۭ فِى ٱلظُّلُمَٰتِ ۗ مَن يَشَإِ ٱللَّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır. Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər.

Ayələrimizi yalan sa­yan­ kimsələr eşitməyən kar, danışmayan lal kimidirlər və onlar bununla yanaşı qa­ran­lıqlar içində qalmış korlardır. Bu halda olan kimsə necə düz yola yönəlsin?! Allah insanlardan azdırmaq istədi­yini az­dırar, doğru yola yönəltmək istədiyini isə heç bir əyrilik olmayan düz yola yö­nəl­dər.

Al-An'aam 6:39Listen in Qur'an →
40

قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ أَوْ أَتَتْكُمُ ٱلسَّاعَةُ أَغَيْرَ ٱللَّهِ تَدْعُونَ إِن كُنتُمْ صَٰدِقِينَ

(Müşriklərə) de: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğrudanışanlarsınızsa (deyin görək)!”

Ey Peyğəmbər! Müşriklərə de: "Elə isə mənə de­yin görüm əgər sizə Alla­hdan əzab gəlsə və ya vaqe olacağı sizə vəd olunmuş Qiyamət saat sizi haqlasa, sizə baş vermiş bəlanı və ya sıxıntını aradan qaldırmaq üçün Allah­dan baş­qa­sı­nı­mı çağıra­caqsı­nız?! Əgər ibadət etdiyiniz ilahların sizə fayda və ya zərər verməyə qadir olduğu iddanızda doğru danı­şan­lar­sı­­nızsa".

Al-An'aam 6:40Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.