Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 165

21

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ

Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!

Allahın şəriki olduğunu qərar verib, Ondan başqasına ibadət edən, yaxud Allahın Öz elçisinə nazil etdiyi ayələrini ya­lan he­sab edən kim­sədən daha zalım kim ola bilər? Şüb­hə­siz ki, zalımlar tövbə etməsələr, Allaha şərik qərar verdikləri və Onun ayələrini yalan hesab etdikləri üçün heç vaxt nicat tapmaya­caq­lar!

Al-An'aam 6:21Listen in Qur'an →
22

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوٓا۟ أَيْنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ

O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!

Qiyamət günü heç kəsi gözdən qaçırmadan, onların hamısını bir yerə top­layacağımızı sonra isə Allahla yanaşı başqalarına ibadət edənlərə, məzəmmət edərək : "Onların Allahın şərikləri olduqlarını yalandan id­dia etdi­yiniz şərikləriniz hara­dadır?!" - deyəcəyimizi yadına sal.

Al-An'aam 6:22Listen in Qur'an →
23

ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلَّآ أَن قَالُوا۟ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ

Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq.

Bu imtahandan sonra onların yalandan: "Rəbbimiz Allaha and olsun ki, biz dünyada ikən Sənə şərik qoşanlardan deyildik, əksinə, Sənə iman edən və tək Sənə ibadət edənlərdə idik!"– deyərək ibadət etdikləri bütlərdən uzaq olduqdan başqa bir bəhanə­ləri qal­ma­ya­caq.

Al-An'aam 6:23Listen in Qur'an →
24

ٱنظُرْ كَيْفَ كَذَبُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!

Ey Muhəmməd! Bax gör, onlar Allaha şərik qoşduqlarını inkar edərək özlərinə qarşı necə yalan söyləyirlər. Dünya həyatında ibadətdə Allahla yanaşı uydur­duq­ları bütlər isə onlar­dan uzaqlaşıb yox olacaq və onları köməksiz qoyacaq.

Al-An'aam 6:24Listen in Qur'an →
25

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ ۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًۭا ۚ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍۢ لَّا يُؤْمِنُوا۟ بِهَا ۚ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

(Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə) onu (Qur’anı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir mö’cüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə:” Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!, - deyərlər.

Ey Peyğəmbər! Müşriklərdən Quran oxuduğun zaman səni dinlə­yənlər də vardır. Lakin onların inadkarlığları və üz çevirmələri səbəbindən Quranı anla­masın­lar deyə onla­rın qəlblə­rinə pərdə çək­dik, qulaq­la­rı­na da, haqqı eşidib faydalanmasınlar deyə tıxac vurduq. Elə buna görə də onlar eşitdikləri ayələrdən faydalana bilməzlər. Onlar istə­ni­lən açıq-aydın dəlilləri görsələr belə, yenə də ona inan­maz­lar. Hətta ya­nına gəldikdə sə­ninlə haqq barədə batil ilə mü­ba­hisə edərək: "Bu gətirdiyin, keçmişdəkilərin kitablarından əldə olunan məlumatdan baş­­qa bir şey deyildir"– de­yər­lər.

Al-An'aam 6:25Listen in Qur'an →
26

وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْـَٔوْنَ عَنْهُ ۖ وَإِن يُهْلِكُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

(Müşriklər özlərinə uyanları Qur’anı) dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar.

Onlar həm insanlara peyğəmbərə iman gətirməyi qadağan edər, həm də özləri ondan uzaqlaşırlar, nə bir kimsənin peyğəmbərdən faydalanmasına izin verir, nə də ki, özləri peyğəmbərdən faydalanırlar. Onlar bu əməlləri ilə ancaq özlərini həlak edir və bu əməllərinin onları həlak edilməsinə səbəb olduğunu bilmirlər.

Al-An'aam 6:26Listen in Qur'an →
27

وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُوا۟ عَلَى ٱلنَّارِ فَقَالُوا۟ يَٰلَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ

(Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mö’minlərdən olaydıq!” – demələrini görəydin!

Ey Peyğəmbər! Qiyamət günü onların oda ərz olunduqları vaxt həsrət çəkərək: "Kaş, bizi dünya­ həyatına qay­taraydılar! Onda biz Allahın ayə­lə­rini yalan say­mayıb, Allaha iman gətirənlərdən olar­dıq"– dediklərini görsəydin, hallarının pis olmasından təəccüblü bir hal görərdin!

Al-An'aam 6:27Listen in Qur'an →
28

بَلْ بَدَا لَهُم مَّا كَانُوا۟ يُخْفُونَ مِن قَبْلُ ۖ وَلَوْ رُدُّوا۟ لَعَادُوا۟ لِمَا نُهُوا۟ عَنْهُ وَإِنَّهُمْ لَكَٰذِبُونَ

Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!

Bu, heç də onların: "Əgər geri qaltarılsaydılar iman gətirərdilər"– dedikləri kimi deyildir. Əksinə, əzaları onların əleyhinə şahidlik etdikdə: "Allaha and olsun ki, biz şərik qoşanlardan deyildik"– əvvəlcə gizlət­dik­­­ləri sözlər onlara aşkar oldu. Əgər onlar dünyaya qay­tarılsay­dı­lar, yenə də özlərinə qada­ğan olun­muş küfr və şirk əməllərə qayıdardılar. Şüb­hə­siz ki, onlar əgər dünyaya qay­tarılsay­dı­lar iman gətirərdilər iddalarında yalan danışırlar.

Al-An'aam 6:28Listen in Qur'an →
29

وَقَالُوٓا۟ إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ

(Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər.

Müşriklər dedilər: "Yaşadığımız dünya hə­ya­tı­ndan başqa bir həyat yox­dur və biz haqq-hesab üçün diril­dilmə­yə­cə­yik!"

Al-An'aam 6:29Listen in Qur'an →
30

وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ قَالَ أَلَيْسَ هَٰذَا بِٱلْحَقِّ ۚ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi? Onlar:” Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!”.

Ey Peyğəmbər! Öldükdən sonra dirilməyi inkar edənlərin Rəbbinin hüzuruna gətirilərkən Allahın onlara: "Məgər yalan hesab etdiyiniz bu dirilmə heç bir şəkk-şübhə olmayan həqiqət deyilmi?"– dediyi zaman görsəydin, hallarının pis olmasınmdan çox təəccüblü bir hal görərdin! Onlar: "Bizi yaradan Rəbbimizə and olsun ki, bu heç bir şək-şübhə olmayan həqiqətdir!"– deyəcəklər. Bu zaman Allah onlara buyuracaqdır: "Elə isə bu günü dünya həyatında yalan sayıb, inkar etdiyinizə görə dadın əzabı!"

Al-An'aam 6:30Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.