وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ
Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!
Allahın şəriki olduğunu qərar verib, Ondan başqasına ibadət edən, yaxud Allahın Öz elçisinə nazil etdiyi ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar tövbə etməsələr, Allaha şərik qərar verdikləri və Onun ayələrini yalan hesab etdikləri üçün heç vaxt nicat tapmayacaqlar!