Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 151–160 of 165

151

۞ قُلْ تَعَالَوْا۟ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًۭٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًۭا ۖ وَلَا تَقْتُلُوٓا۟ أَوْلَٰدَكُم مِّنْ إِمْلَٰقٍۢ ۖ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا۟ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ

(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!

Ey Peyğəmbər! İnsanlara de: "Gəlin, Allahın nə­lə­ri haram etdiyini sizə oxu­yum. Allah sizə məxluqatı Ona şərik qoş­mağı, valideynlərin üzünə ağ olmağı haram etmiş, onlara yaxşılıq etməyi isə sizə vacib etmişdir. Cahiliyyə dövründə öz uşaqlarını öldürdükləri kimi, Allah sizə yox­sul­luq üzündən uşaq­larınızı öldürməyi haram etmişdir. Sizin də, onla­rın da ru­zisini ve­rən Allahdır. Allah sizə çirkin əməl­­lərin aşka­rına da, gizlisinə də ya­xın­laş­mağı, evləndikdən sonra zina edən, İslama gəldikdən sonra mürtəd olan şəxs kimi haqlı yerə öldürülən kimsələr müstəsna olmaqla, Allahın, öldürül­məsini haram bu­yurduğu şəxsi haqsız yerə öldürməyi haram etmişdir. Allah bu deyilənləri sizə tövsiyə etmişdir ki, bəlkə Allahın əmr və qadağalarını an­la­­yasınız.

Al-An'aam 6:151Listen in Qur'an →
152

وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ ۖ وَأَوْفُوا۟ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَإِذَا قُلْتُمْ فَٱعْدِلُوا۟ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۖ وَبِعَهْدِ ٱللَّهِ أَوْفُوا۟ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!

Allah sizə, yetim həddi-buluğa ça­tıb və mallarından düzgün istifadə etdiyi bəlli olana qə­dər, malı ar­tırmaq məq­sədilə istifadə etmək is­tis­na olmaqla, onun malına toxunmağı haram etmişdir. Allah sizə öl­çüdə və çəkidə aldatmağı haram, alış-veriş edərkən aldıqda və ya verdikdə isə ədalətli olmağı vacib etmişdir. Biz hər kəsi yalnız onun taqəti çat­dığı qədər yükləyərik. Öl­çüdə, çəkidə və s. bu kimi az və ya çoxluğunun dəqiq bilinməsi mümkün olmayan kiçik şeylərə görə sizə günah yoxdur. Allah sizə söz söy­lə­diyiniz yaxud şahidlik etdiyiniz zaman, qohuma və ya dosta tərəfkeşlik etməyinizi haram etmişdir. Allah sizə, Allahın əhdini və ya Allaha verdiyiniz əhdi yaxud Allahla bağladığınız əhdi pozmağı haram, bunlara sa­diq qalmağı isə vacib etmişdir. Allah bunları sizə əmr edir ki, bəlkə, işinizin sonunu düşü­nüb ib­rət alasınız.

Al-An'aam 6:152Listen in Qur'an →
153

وَأَنَّ هَٰذَا صِرَٰطِى مُسْتَقِيمًۭا فَٱتَّبِعُوهُ ۖ وَلَا تَتَّبِعُوا۟ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِۦ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَتَّقُونَ

Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”

Allah sizə zəlalət yollarına tabe olmağı haram, Allahın doğru və heç bir əyriliyi olmayan yoluna tabe olmağınızı isə vacib etmişdir. Zəlalət yolları sizi parçalanmağa və haqq yoldan uzaqlaşmağa aparır. Bu Allahın düzğün yoluna tabe olmaq üçündür. Allah bunu si­zə töv­siyə etmiş­dir ki, bəlkə sizə əmr olunanları yerinə yetirib və qadağa olunanlardan çəki­nərək Allahdan qorxasınız.

Al-An'aam 6:153Listen in Qur'an →
154

ثُمَّ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ تَمَامًا عَلَى ٱلَّذِىٓ أَحْسَنَ وَتَفْصِيلًۭا لِّكُلِّ شَىْءٍۢ وَهُدًۭى وَرَحْمَةًۭ لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمْ يُؤْمِنُونَ

Sonra Biz yaxşı işlər görən kimsəyə - Musaya (bəxş etdiyimiz ne’məti) tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və (ilahi) mərhəmət olaraq kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşacaqlarına (Onun hüzuruna gedəcəklərinə) inansınlar!

Bunları xəbər verdikdən sonra, Biz Musaya - aleyhissəlam - əməlini yax­şı etdiyinə görə ona mükafat olaraq nemə­timizi ta­mam­lamaq məqsədilə, dində ehtiyac olan hər şe­yi müfəssəl izah edən, haqq yolun gös­tə­ricisi, mər­həmət və onların Qiyamət günü Allahla qar­şılaşa­caq­la­rına iman gətirmələrinə ümid edib və o gün üçün xeyirli əməllər edərək hazırlaşmaları üçün Tövratı verdiyimizi xəbər veririk.

Al-An'aam 6:154Listen in Qur'an →
155

وَهَٰذَا كِتَٰبٌ أَنزَلْنَٰهُ مُبَارَكٌۭ فَٱتَّبِعُوهُ وَٱتَّقُوا۟ لَعَلَّكُمْ تُرْحَمُونَ

Bu nazil etdiyimiz (Qur’an) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!

Bu Quran, dini və dünyavi mənfəətləri özündə əhatə etdiyinə görə, nazil etdiyi­miz bərəkəti bol olan bir Kitabdır. Orada nazil edilənə tabe olun və rəhm olunmanız üçün ona müxalif olmaqdan çəkinin.

Al-An'aam 6:155Listen in Qur'an →
156

أَن تَقُولُوٓا۟ إِنَّمَآ أُنزِلَ ٱلْكِتَٰبُ عَلَىٰ طَآئِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَٰفِلِينَ

Biz onu sizin: “Bizdən əvvəl kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik”,- deməməyiniz.

Ey Ərəb müşrikləri: "Allah Tövratı və İncili yal­nız biz­dən əv­vəl­ki yəhu­dilərə və nəsranilərə nazil etmiş, bizə isə heç bir kitab nazil etməmişdir. O Kitablar bizim dilimizdə deyil, əksinə, onların dillərində olduğu üçün biz onu oxuya bilmirik" –deməməyiniz üçündür.

Al-An'aam 6:156Listen in Qur'an →
157

أَوْ تَقُولُوا۟ لَوْ أَنَّآ أُنزِلَ عَلَيْنَا ٱلْكِتَٰبُ لَكُنَّآ أَهْدَىٰ مِنْهُمْ ۚ فَقَدْ جَآءَكُم بَيِّنَةٌۭ مِّن رَّبِّكُمْ وَهُدًۭى وَرَحْمَةٌۭ ۚ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنْهَا ۗ سَنَجْزِى ٱلَّذِينَ يَصْدِفُونَ عَنْ ءَايَٰتِنَا سُوٓءَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يَصْدِفُونَ

Və ya: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, - söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq!

və ya: "Əgər Allah yəhudi və nəsranilərə kitab nazil etdiyi kimi, bizə də bir kitab nazil etsəydi, biz onlardan daha çox doğru yol­da olar­dıq" – de­məyə­si­niz. Artıq Allah peyğəmbəriniz Muhammədə - sallallahu aleyhi və səlləm - öz dilinizdə kitab nazil etdi. Bu kitab, açıq-ay­dın bir dəlil, haqq yol göstəricisi və ümmət üçün bir rəhmətdir. Elə isə bəhanə və batil dəlillər gətirərək özünüzə bəraət qazandırmayın. Alla­hın ayə­lə­rini yalan sayan və onlar­dan üz çe­virən kimsədən daha za­lım kimsə ola bilməz. Biz ayələrimizdən üz çevi­rənləri üz və arxa çevir­dik­lə­ri­nə görə Cəhənnəm oduna daxil edərək şiddətli əzab­la cəza­lan­dıra­cağıq.

Al-An'aam 6:157Listen in Qur'an →
158

هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَٰٓئِكَةُ أَوْ يَأْتِىَ رَبُّكَ أَوْ يَأْتِىَ بَعْضُ ءَايَٰتِ رَبِّكَ ۗ يَوْمَ يَأْتِى بَعْضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفْسًا إِيمَٰنُهَا لَمْ تَكُنْ ءَامَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِىٓ إِيمَٰنِهَا خَيْرًۭا ۗ قُلِ ٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ

(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bə’zi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) Rəbbinin bə’zi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!”

Ey Peyğəmbər! Yoxsa yalan hesab edənlər ancaq onlara dünyada canlarını almaq üçün ölüm mələyinin, yaxud onun köməkçilərinin və ya Qiyamət günü Rəbbinin onlar arasında hökm vermək üçün və yaxud Rəbbinin Qiyamət saatının vaqe olmasına dəlalət edən bəzi əlamət­lərinin gəlmə­sini gözləyir­lər? Rəbbinin, günəşin məğribdən çıxması kimi bəzi əlamətləri gələ­cəyi gün əv­vəlcə iman gətir­mə­miş kafir kimsəyə və ya ima­n etdikdən sonra heç bir xeyir əməl etməyən mömin kimsəyə iman gə­tirməsi fayda verməyə­cək­dir. Ey Peyğəmbər! Yalan hesab edən müşriklərə de: "Bu əlamətlərdən birinin gəlməsini gözləyin, şübhə­siz ki, Biz də göz­ləyirik".

Al-An'aam 6:158Listen in Qur'an →
159

إِنَّ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًۭا لَّسْتَ مِنْهُمْ فِى شَىْءٍ ۚ إِنَّمَآ أَمْرُهُمْ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُوا۟ يَفْعَلُونَ

(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!

Ey Peyğəmbər! Dinlərini parçalayıb fir­qə-fir­qə edən - dinin bəzi tələblərini yerinə yetirib, bəzisini də tərk edən, özləri də müxtəlif firqələrə bölünən yəhudi və nəsranilərlə sənin heç bir əla­qən yox­dur. Sən onların olduğları zəlalətdən uzaqsan. Sənin üzərinə düşən yalnız onları xəbərdar etməyindir. Onların işi Alla­ha aiddir. Sonra Allah Qiyamət günü onlara dünyada etdik­ləri əməlləri bildirəcək və etdikləri əməllərin müqabilini verə­cəkdir.

Al-An'aam 6:159Listen in Qur'an →
160

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ عَشْرُ أَمْثَالِهَا ۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ

Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.

Möminlərdən kim yax­şı əməl gə­tirərsə, Allah ona gətir­diyinin on qat əvəzini artırar. Kim pis əməl gə­tirərsə, ona gərirdiyindən çox olmadan yalnız gə­tirdi­yi­nin yüngüllükdə və ağırlıqda onun misli qədər cəza ve­rilər. On­lara qiyamət günü yaxşı əməllərinin savabı azaldılaraq və ya pis əməllərinin günahı çoxaldılaraq zülm edilməz.

Al-An'aam 6:160Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.