قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ ثُمَّ ٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ
(Ya Rəsulum!) De: “Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?”
Ey Peyğəmbər! Yalan sayan və istehza edən kimsələrə de: "Yer üzündə gəzib dolaşın, sonra da Allahın elçilərini yalan sayanların aqibətinin necə olduğunu düşünün. Onlar güclü və qüvvətli olduqdan sonra Allahın əzabına düçar oldular".