وَلَا تَأْكُلُوا۟ مِمَّا لَمْ يُذْكَرِ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَإِنَّهُۥ لَفِسْقٌۭ ۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوْلِيَآئِهِمْ لِيُجَٰدِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ
Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.
Ey Müsəlmanlar! Üstündə Allahdan qeyrisinin adı çəkilib və ya çəkilməməsindən aslı olmayaraq, Allahın adı çəkilməmiş – "bismilləh" deyilib kəsilməmiş heyvanların ətindən yeməyin. Çünki bu cür kəsilmiş heyvanın ətindən yemək, Allaha itaətdən çıxıb asiliyə meyl etməkdir. Həqiqətən, şeytanlar öz dostlarının qəlbinə şübhə salaraq ölmüş heyvan ətindən yemək barədə sizinlə mübahisə etmək üçün onlara vəsvəsə edirlər. Ey Müsəlmanlar! Əgər onların ölmüş heyvanın halal olması barədə qəlbinizə şübhə saldıqları şeydə onlara itaət etsəniz, sözsüz ki, siz və onlar Allaha şərik qoşmaqda eyni səviyyədə olarsınız.