Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 165

11

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ ثُمَّ ٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ

(Ya Rəsulum!) De: “Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?”

Ey Peyğəmbər! Yalan sayan və istehza edən kimsələrə de: "Yer üzündə gəzib do­laşın, sonra da Allahın elçilərini yalan sayan­la­rın aqibətinin ne­cə olduğunu düşünün. Onlar güclü və qüvvətli olduqdan sonra Allahın əzabına düçar oldular".

Al-An'aam 6:11Listen in Qur'an →
12

قُل لِّمَن مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُل لِّلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ ۚ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Öz- Özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!

Ey Peyğəmbər! Onlara de: "Göylərdə, yerdə və olanların arasında olan mülk kimə məxsusdur?" De: "Hamısının mülkü Alla­ha məx­sus­dur!" Allah Özü­­nə, qullarına lütf edərək, rəhmli olmağı yaz­mış­­­dır. Onlara əzab verməyə tələsməz, əgər onlar tövbə etməsələr Qiyamət günü hamısını bir yerə cəm edəcəkdir. Bu, şübhə edilməyən bir gündür. Allaha küfr etməklə öz­lə­ri­ni ziyana uğradanlar iman gətirməzlər, elə isə özlərini ziyandan xilas etsinlər.

Al-An'aam 6:12Listen in Qur'an →
13

۞ وَلَهُۥ مَا سَكَنَ فِى ٱلَّيْلِ وَٱلنَّهَارِ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir, biləndir.

Gecə və gündüz də olanların hamısı, hər bir şeyin mülkü tək Allaha məxsusdur. O, sözlərinizi eşidəndir, əməllərinizi bi­ləndir və mükafatınızı verəcəkdir.

Al-An'aam 6:13Listen in Qur'an →
14

قُلْ أَغَيْرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيًّۭا فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ

(Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə buyuruldu).

Ey Peyğəmbər! Allahla yanaşı başqa bütlərə və s. məbudlara ibadət edən müşriklərə de: "Mənim? Allahdan başqa­sı­nı özünə dost tutub, ondan yardım diləməyin ağılabatan bir şeydirmi?! O, göyləri və ye­ri misilsiz olaraq, heç vaxt belə bir yaradılış olmadan yaratmışdır. O, qullarından istədiyinə ruzi verir. Ona isə heç kəs ruzi vermir. O, qullarına möhtac deyil, əksinə qulları Ona möhtacdırlar. Ey Peyğəmbər! De: "Mənə Pak olan Rəbbim bu ümmətdən mənə Allaha təs­lim olanla­rın və Ona boyun əyənlərin ən birincisi olmağı əmr etdi və Ona başqasını şərik qoşanlardan olmağı qadağan etdi".

Al-An'aam 6:14Listen in Qur'an →
15

قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ

De: “Əgər mən Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından qorxaram”.

Ey Peyğəmbər! De: "Əgər mən Allahın mənə haram etdiyi şirki və s. günahları edərək, yaxud əmr etdiyi imanı və s. itaətləri tərk edərək Allaha asi olsam, Onun Qiyamət günü mənə böyük əzab verməsindən qorxaram".

Al-An'aam 6:15Listen in Qur'an →
16

مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍۢ فَقَدْ رَحِمَهُۥ ۚ وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْمُبِينُ

O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur (uğurdur).

Qiyamət günü Allah kimi əzabdan uzaqlaşdırarsa, Allah ona rəhm et­miş olar. Qiyamət gününün əzabından xilas olmaq, misli-bərabəri olmayan açıq-aydın bir uğur­dur.

Al-An'aam 6:16Listen in Qur'an →
17

وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّۢ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ ۖ وَإِن يَمْسَسْكَ بِخَيْرٍۢ فَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!

Ey Adəm övladı! Əgər Allahdan sənə bir bəla gələrsə, səni o bəladan Allahdan baş­qa heç kəs qoruya bil­məz. Əgər Allahdan sənə bir xe­yir gələrsə, heç kəs ona mane ola bil­məz. O, hər şeyə qa­dirdir. Onu heç bir şey aciz etməz.

Al-An'aam 6:17Listen in Qur'an →
18

وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ

O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!

Allah Öz qullarna istədiyini edəndir, onları zəlil etməyə qadirdir. O, qullarından hər bir baxımdan ucadır, Onu heç bir şey aciz etməz. Kimsə Ona məğlub edə bilməz. Bütün bəşəriyyət Onun hökmünə tabedir. Pak olan Allah Ona layiq şəkildə Öz qulları üzərindədir. O, yaratmaqda, idarə etməkdə və şəri hökmlərində hikmət sahibidir. O, hər şeydən xəbərdardır, Ona heç bir şey gizli qalmaz.

Al-An'aam 6:18Listen in Qur'an →
19

قُلْ أَىُّ شَىْءٍ أَكْبَرُ شَهَٰدَةًۭ ۖ قُلِ ٱللَّهُ ۖ شَهِيدٌۢ بَيْنِى وَبَيْنَكُمْ ۚ وَأُوحِىَ إِلَىَّ هَٰذَا ٱلْقُرْءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخْرَىٰ ۚ قُل لَّآ أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌۭ وَٰحِدٌۭ وَإِنَّنِى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ

De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Qur’an mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”

Ey Peyğəmbər! Səni yalan sayan müşriklərə de: "Mənim həqiqətən də Allahın elçisi olduğuma hansı şeyin şahidliyi da­ha böyük­dür?" De: "Mənim həqiqətən də Allahın elçisi olduğuma ən böyük şahid Allahdır. O, mənimlə sizin aranızda şahiddir, O, mənim sizə nəyin gətirdiyimi və sizin hara qaytarılacağınızı (yaxud: sizin nə cavab verəcəyinizi) bilir. Allah bu Quran mənə sizi və onun çata­ca­ğı insan və cinləri xəbər­dar edib qorxutmağım üçün vəhy etdi. Ey Müşriklər! Mə­gər siz Allah­la ya­naşı ibadətə la­yiq olan başqa məbud­ların oldu­­ğu­na inanrsınız?" Ey Peyğəmbər! De: "Mən iqrar etdiyinizin batil olduğuna görə şa­hidlik et­mirəm. Şübhəsiz ki, Allah təkdir və Onun şəriki yoxdur. Mən si­zin Allaha şərik qoş­duqla­rınız hər bir şeydən uza­ğam".

Al-An'aam 6:19Listen in Qur'an →
20

ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمُ ۘ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!

Özlərinə Tövrat verdiyi­miz yəhudilər və özlərinə İncili verdiyimiz nəsranilər Muhəmməd peyğəmbərin - sallallahu aleyhi və səlləm - öz oğul­larını başqasının oğlundan tanı­dıq­ları ki­mi lap yaxşı tanı­yır­lar. Özlərini oda salmaqla ziyana uğradan o, kimsələr iman gə­tir­məzlər.

Al-An'aam 6:20Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.