Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 165

101

بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٌۭ وَلَمْ تَكُن لَّهُۥ صَٰحِبَةٌۭ ۖ وَخَلَقَ كُلَّ شَىْءٍۢ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ

O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!

Göyləri və yeri misilsiz yaradan pak və uca olan Allahdır. Onun zövcəsi olma­dığı hal­da övladı necə ola bi­lər?! O, hər şeyi yaratmışdır. O, hər şeyi bi­lir və Ona heç bir şey gizli qalmaz.

Al-An'aam 6:101Listen in Qur'an →
102

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ خَٰلِقُ كُلِّ شَىْءٍۢ فَٱعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌۭ

O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!

Ey İnsanlar! Bu sifətlərlə vəsf olunan sizin Rəb­bi­niz olan Allah. On­dan başqa iba­də­tə layiq olan haqq məbud yoxdur. O, hər şeyin Ya­ra­dıcısıdır. Elə isə siz tək Ona ibadət edin, çünki O, ibadətə layiq olan və hər bir şeyi Qo­ruyandır.

Al-An'aam 6:102Listen in Qur'an →
103

لَّا تُدْرِكُهُ ٱلْأَبْصَٰرُ وَهُوَ يُدْرِكُ ٱلْأَبْصَٰرَ ۖ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ

Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!

Gözlər Onu əhatə edə bilməz. Pak olan Allah isə gözləri dərk edib və o gözləri əhatə edə bilər. O, əməlisaleh qullarına qarşı lütfkardır və onların hər bir işindən xəbərdardır.

Al-An'aam 6:103Listen in Qur'an →
104

قَدْ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِۦ ۖ وَمَنْ عَمِىَ فَعَلَيْهَا ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ

Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçı deyiləm. (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir)

Ey İnsanlar! Artıq Rəbbinizdən sizə açıq-aydın dəlillər gəl­miş­dir. Kim bu dəlillərə tabe olub boyun əyərsə, xeyri onun özünə, kim də bunları görməkdən kor olub, tabeçilik göstərməyib boyun əyməsə, bunun zərəri yalnız öz əleyhinə olar. Mən sizin üstü­nüzdə, əməllərinizi haqq-hesab edən gözətçi deyiləm. Mən yalnız Rəbbimdən olan bir elçiyəm. Sizin üzərinizdə gözətçi isə Allahdır.

Al-An'aam 6:104Listen in Qur'an →
105

وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلْءَايَٰتِ وَلِيَقُولُوا۟ دَرَسْتَ وَلِنُبَيِّنَهُۥ لِقَوْمٍۢ يَعْلَمُونَ

Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, - desinlər və Biz də onu (Qur’anı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, mö’minlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar).

Biz Allahın qüdrətinə dəlalət edən dəlilləri növbənöv etdiyimiz kimi, Cənnət, Cəhənnəm və öyüd-nəsihət barədə olan ayələrimizi də növbənöv etmişik. Müşriklər: "Bu, vəhy deyildir, sən bunu özündən əvvəlki Kitab əhlindən dərs al­mı­san"– deyəcəklər. Biz bu ayələri Muhəmmədin - səllallahu aleyhi və səlləm - ümmətindən olan möminlər üçün növbənöv etməklə insanlara haqqı bəyan edirik. Çünki haqqı qəbul edib, ona tabe olanlar məhz elə onlardır.

Al-An'aam 6:105Listen in Qur'an →
106

ٱتَّبِعْ مَآ أُوحِىَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ

(Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qur’ana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!

Ey Peyğəmbər! Rəbbin sənə haqqdan vəhy etdiyinə tabe ol! O pak Allahdan başqa ibadətə layiq olan haqq mə­bud yox­dur. Qəlbini kairlərlər və onların sənə qarşı inadkarlıq etmələri ilə məşğul etmə. Onların işi Allaha aiddir.

Al-An'aam 6:106Listen in Qur'an →
107

وَلَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكُوا۟ ۗ وَمَا جَعَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًۭا ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍۢ

Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!

Əgər Allah kiminsə ona şərik qoşmamasını istəsəydi, bu zaman heç kəs ona şərik qoşa bilməzdi. Ey Peyğəmbər! Biz səni on­la­rın üs­tündə, onların əməllərini haqq-hesab edən gözətçi qoy­ma­mışıq və sən on­ların qəyyumu da de­yil­sən, sən yalnız bir elçisən, sənin öhdənə düşən isə təbliğ etməkdir.

Al-An'aam 6:107Listen in Qur'an →
108

وَلَا تَسُبُّوا۟ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّوا۟ ٱللَّهَ عَدْوًۢا بِغَيْرِ عِلْمٍۢ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرْجِعُهُمْ فَيُنَبِّئُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ

Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. (Mö’minlərə Allah rizasına gördükləri işləri gözəl göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı göstərdik). Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!

Ey Möminlər! Müşriklərin Allahdan baş­qa­la­rı­na ibadət etdikləri bütlər ən həqir şeylərə və söyüşə layiq olsalar belə, müşriklərin Allaha qarşı cahillik edib Onu söyməsinlər deyə, siz onların bütlərini söy­mə­yin. Onlara öz azğınlıqlarını gözəlləşdirdiyimiz kimi, biz hər bir ümmətə öz əməl­lə­ri­ni xeyir və şər olmasından aslı olmayaraq be­ləcə gözəl­ləş­dir­dik. Onlar isə özlərinə gözəlləşdirdiyimiz əməlləri etdilər. Qiyamət günü isə on­la­rın dönüşü öz Rəbbinə olacaq, O da nə onların dünyada ikən et­dikləri əməlləri bildirəcək və hər bir kəsin əməlinin əvəzini verəcəkdir.

Al-An'aam 6:108Listen in Qur'an →
109

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ لَئِن جَآءَتْهُمْ ءَايَةٌۭ لَّيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا ٱلْءَايَٰتُ عِندَ ٱللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَآ إِذَا جَآءَتْ لَا يُؤْمِنُونَ

(Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. (Onlara) de: “Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən bilirsiniz ki, onlara (istədikləri) ayə (mö’cüzə) gəldikdə yenə də iman gətirməyəcəklər!”

Müşriklər bacardıqları ən möhkəm andlarla Allaha and içdilər ki, əgər Muhəmməd - səllallahu aleyhi və səlləm - on­ların təklif etdikləri ayələrdən hər hansı birini gəlsə, mütləq ona ina­nacaqlar. Ey Peyğəmbər! Onlara de: "Tələb etdiyiniz ayələr məndə deyil ki, onları sizin üçün nazil edim. Onlar Alla­hın ya­nındadır və istədiyi vaxt nazil edir". Ey Möminlər! Siz hara­dan bilə­siniz ki, əgər bu ayələr onların tələbinə uygun olaraq gəl­dik­də onlar ye­nə də iman gə­tir­məyəcəklər. Əksinə, yenə də öz inadkarlığında qalıb, inkar edəcəklər, çünki onlar haqq yolunu istəmirlər.

Al-An'aam 6:109Listen in Qur'an →
110

وَنُقَلِّبُ أَفْـِٔدَتَهُمْ وَأَبْصَٰرَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا۟ بِهِۦٓ أَوَّلَ مَرَّةٍۢ وَنَذَرُهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ

Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qur’ana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq.

Biz onların ürəklərini və göz­lə­rini ilk dəfə inadkarlıqları üzündən Qurana iman etməyə mane olduğumuz kimi haqqa yönəlməyə də mane olub tərsinə çe­vi­rər və onları öz azğınlıq­ları və günahları ilə birgə Allaha qarşı çaşqınlıq içə­risində dola­şan bir halda buraxarıq.

Al-An'aam 6:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.